WhatsApp qrupuna qoşul

Prediabet və piylənmə

Beynəlxalq Diabet Federasiyasının (İDF) 2019-cu il məlumatına görə dünyada 463 mln. şəkərli diabet xəstəsi qeydə alınıb və proqnozlara görə bu rəqəm 2045-ci ilə qədər 700 mln. çatacaq. Şəkərli diabet ölümün əsas səbəblərindən biridir. Diabeti olan xəstələrdə müxtəlif səbəblərdən ölüm riski 2-3 dəfə artıq olur.

Daha ətraflı

D vitamini yağda həll olan hormon vitamindir

D vitamini – kalsiyumun bağırsaqdan sorulmasını təmin etməklə sümüklərin inkşafını  təmin edir, əzələ tonusunu artırır, immuniteti təmin edir, qalxanvari vəzin normal fəaliyyəti üçün vacibdir, qanın laxtalanmasında və arterial təyziqin idarə olunmasında iştirak edir, lipid spektrinə təsir edir, toxumaların insulinə həssaslığını artırır, şiş toxumasının əmələ gəlməsinin qarşısını alır.

Daha ətraflı

Insulin dirəncinin inkişafında kortizolun rolu

Bədənin stres hormonu olaraq geniş bilinsə də, kortizol bədənin müxtəlif funksiyalarına müxtəlif təsir göstərir. Bu, adrenal korteksin zona fasciculata qatından ayrılan əsas qlükokortikoiddir. Hipotalamus-hipofiz-adrenal ox həm kortizolun istehsalını, həm də ifrazını tənzimləyir. Tənzimləmə itkisi, Kuşinq sindromu kimi kortizol həddindən artıq xəstəliklərə və ya Addison xəstəliyi kimi kortikal çatışmazlığa səbəb ola bilər.

Daha ətraflı

Piylənmə və COVİD – 19. Iki pandemiyanın toqquşması.

Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.

Daha ətraflı

Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi

Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.

Daha ətraflı