fbpx

ANDOP Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin (СOM) Türkiyə Milli Sammitinə qatıldı

ANDOP Piylənmənin İdarə Edilməsi üzrə Avropa Birliyi (EASO) tərəfindən akkreditə edilmiş, Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin – СOM nümayəndələrinin də qatıldığı, virtual formatda keçirilən Türkiyə Milli Sammitində iştirak etdi. Tədbir Türkiyə Obezite Araşdırma Dərnəyinin (TASO) təşkilatçılığı ilə baş tutdu.

COM – Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlər bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün hərtərəfli xidmətlər göstərən, ixtisaslaşmış müəssisədir. Təcrübə göstərir ki, 21-ci əsrin xəstəliyi kimi tanınan obozitenin müalicəsinə kompleks yanaşma təklif etdikləri üçün bu cür klinikaların fəaliyyəti müsbət nəticə verir.

Qeyd edək ki, bir şəhərdə səmərəli fəaliyyət göstərən belə mərkəzlərin sayı əhali arasında piylənmənin yayılma dərəcəsindən asılıdır. Yeri gəlmişkən, Birminhem Universitetinin (UOB) Tibbi Tədqiqatlar üzrə Milli İnstitutunun (NIHR) doktoru Abd Tehraninin sözlərinə görə, Bakıda iki belə mərkəz səmərəli fəaliyyət göstərə bilər (Abd Tehrani həmçinin Birminhemdəki belə mərkəzlərdən birinin rəhbəridir). Ümumiyyətlə, Azərbaycanda piylənmə probleminin artım səviyyəsi qlobal tendensiyalara uyğundur və bu istiqamətdə fəaliyyət qaçılmazdır.

Onlayn tədbirdə ANDOP-u rəhbəri doktor Sevinc Zaman, həmsədr doktor Emil Hidayətli və beynəlxalq layihələr uzrə menecer doktor Əsmər Kərimli təmsil edib. Hazırda ANDOP Azərbaycanda belə mərkəzin təsis edilməsi yolunda addımlar atır. Buna görə Türkiyədə belə klinikaların fəaliyyət təcrübəsi onun öyrənilməsi baxımından çox vacibdir.

Maraqlıdır

Qırmızı ət və ət məhsullarının karsinogenliyi – Dr. Emil Hidayətli ilə müsahibə

ÜST-ün Xərçəngin Tədqiqatı üzrə Beynəlxalq Agentliyi (XTBA) İşçi Qrupu insan xərçəngi ilə bağlı 800-dən çox tədqiqatı nəzərdən keçirib (bəzi tədqiqatlarda hər iki növ ət məhsulunun karsinogenliyi haqqında məlumat verilib).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir