Laksatif xəstəliyin elmi izahı

Bu gün etiraf etməliyik ki, insanın psixi fəaliyyəti, müasir informasiya axını, gərgin rejim  həzm orqanlarının funksiyalarına getdikcə daha pis təsir edir və fiziki fəaliyyətin paradoksal şəkildə azalması ilə müşayiət olunur. Son vaxtlara qədər hesab edilirdi ki, xroniki qəbizlikdən əziyyət çəkənlər dünyadakı yetişkin insanların, orta hesabla, 12%-ni təşkil edir. Bu gün III Roma Funksional Patoloji konsensusuna (2006) görə, bu problemdən əziyyət çəkənlərin sayı 2 dəfə artaraq 27%-ə çatıb.

Müəllif: Lalə Hüseynova, Allerqoloq, diyetoloq, ANDOP mütəxəssisi

Həssas xəstəlik

Xroniki xəstəliyi olanların, təqribən, 90%-i həkimə getmir və reseptsiz şəkildə laksatiflərdən istifadə edir. Qalanları isə həkimə müraciət etsə də, müalicənin nəticələrindən razı qalmadıqlarını bildirirlər.

Qeyd etməliyik ki, qəbizliyə səbəb olan patologiya əhəmiyyətli dərəcədə “gəncləşib”. Əvvəllər xroniki xəstəlikdən, əsasən, yaşlılar əziyyət çəkirdi, indi isə erkən yaş dövründə olan uşaqlar da daxil olmaqla, gənc xəstələrin sayı xeyli artıb və getdikcə daha da artır.

Həkim, qastroenteroloq və proktoloqa müraciət etmə səbəbləri arasında xroniki xəstəliklər hemoroiddən sonra ilk yerlərdə dayanır. Patologiyanın həssaslığına görə, çox zaman xəstələr uzun müddət həkimə müraciət etmirlər, xəstəliyə laqeyd yanaşırlar, həkim məsləhəti olmadan imalədən, laksatiflərdən kor-koranə istifadə edirlər. Bu xəstələr, əslində, səbəblə deyil, qəbizlik sindromuna səbəb olan gizli patologiyanın əlamətləri ilə mübarizə aparırlar. Bütün bunlar ağır fəsadlara, həmçinin laksatif xəstəliyə səbəb ola bilər. Yəni bəzi laksatif vasitələrin əlavə təsirləri patoloji proseslərlə nəticələnə bilər.

Bu qədər geniş yayılmış bir patologiyanın əsas səbəbi laksatiflərin kütləvi dərəcədə nəzarətsiz qəbul edilməsidir. Hətta yetərli dərəcədə səbəbi olmayan insanlar da ondan istifadə edir.

Xroniki qəbizliyin səbəbləri

“Qəbizlik” termini bağırsaq boşalmasının sərt olmasını və ya fasilələrlə pozulmasını ifadə edir. Qeyd etmək lazımdır ki, qəbizlik anlayışının nəcisə çıxma tezliyi ilə o qədər də əlaqəsi yoxdur. Çünki xəstələr qəbizliklə bağlı şikayətlərində  çox subyektivdirlər və hər bir simptomu çox əhəmiyyətli hesab edirlər. Xroniki xəstəliyi olanların yarıdan çoxu nəcisə çıxarkən intensivliyə və uzun müddətə ehtiyac duyarlar, bəzən isə gərginlik olar, amma bağırsaq natamam boşalar. Bağırsaq hərəkətləri zamanı, xüsusilə də, nəcis düz bağırsağın sərt hissələrini keçərkən ağrı hiss edərlər.

Ümumiyyətlə, epidemioloji və kliniki araşdırmalara görə, xroniki xəstəliyin ən etibarlı əlamətləri nəcisə çıxan zaman sistematik olaraq, anal tıxanmasının müşahidə edilməsi, xəstənin çox gərgin olması, uzunmüddətli gərginləşmə və yüksək sıxlıqlı nəcisin olmasıdır.

Patologiya haqqında

Qəbizliyə səbəb olan patoloji mexanizmlərdən bəhs edərkən, ilk növbədə, onu qeyd etmək lazımdır ki, xroniki xəstəliklər çoxlu sayda etioloji faktorlara məruz qaldıqda baş verə bilər. Ortaq patogenetik səbəb isə mədə-bağırsaq traktının, xüsusilə də, yoğun bağırsağın motor fəaliyyətinin pozulmasıdır. Ümumiyyətlə, yoğun bağırsağın diskineziyası zamanı itələyici və antiperistaltik motor aktivliyi arasındakı uyğunluq pozulur. Antiperistaltis güclənir və retroqrad dalğaların təsir zonası bağırsağın uzunluğu boyunca nəzərə çarpacaq dərəcədə artır, seqmentasiya daralmaları aktivləşir və fraqmentasiya ilə nəcis kütləsinin normadan artıq konsolidasiyası baş verir. Bağırsaq divarının hipo və hipertonikliyi fonunda qəbizlik inkişaf edə bilər. Bağırsağın artan spastik aktivliyi zamanı, hipertoniklikdə itələyici aktivlik əhəmiyyətli dərəcədə azalır, seqmentasiya daralmaları isə nəzərə çarpacaq dərəcədə artır. Bu zaman qəbizliyə səbəb olan konsolidasiya və “quruma” baş verir.

Məlumdur ki, defekasiya təkcə bioloji komponentlərdən deyil, həm də sosial şəraitdən asılı olaraq ixtiyari və saxlanıla bilən bir aktdır. Bağırsaq boşalma ritminin pozulması, şərtsiz reflekslərin (mədə-bağırsaq, ortostatik) bastırılması düz bağırsaq divarının reseptor aparatının həssaslığının artmasına (rektal həssaslığın azalması), nəcisin toplanmasına, itələyici funksiyanın pozulmasına, orqan dilatasiyasına səbəb olur.  Bu tip qəbizlik zamanı yoğun bağırsağın digər hissələrinin motor funksiyasının pozulması nadir hallarda müşahidə edilir.

Pelvik mərtəbə əzələlərinin rektumun sfinkter aparatı ilə koordinasiyası az əhəmiyyət kəsb etmir. Defekasiyanın funksional pozğunluqları zamanı – pubik-rektal əzələnin və ya rektumun xarici sfinkterinin disfunksiyası olduqda həddindən artıq, ağrılı gərginlik, rektumun natamam boşalması hissi yarana bilər.

Qidalanmanın rolu

Müasir insanın qidalanma xüsusiyyətləri və qida sənayesində yeni texnologiyalar ilə yaradılmış, tərkibində az miqdarda ballast maddələr olan, rafinə edilmiş qidaların istifadəsi alimentar – sadə qəbizlikdən “cəmiyyət xəstəliyinə” çevrilməsinə şərait yaradır. Yuxarıda göstərilənlərə əlavə olaraq, qəbul edilən qidanın miqdarı və suyun həcmi də  qəbizliyə gətirib çıxara bilər. Bundan əlavə, nəcisin susuzlaşması bağırsaq mikroflorasının tərkibinə də təsir edir. Bunun xroniki xəstəliyin patogenezinə təsiri tibbi məqalələrdə çox müzakirə olunur.

Xroniki xəstəliklər zamanı bakteroideteslərin səviyyəsi sağlam olanlara nisbətən 1,5 dəfə yüksək idi. Bir araşdırmaya görə, qəbizlik butirat istehsal edən Faecalibacteriumun artması ilə də əlaqəlidir. Butirat yoğun bağırsaqdakı selik ifrazını azaldır və suyun, elektrolitlərin reabsorbsiyasını artırır. Bu isə qəbizliyə səbəb olur. Qəbizliyin səbəblərindən biri də endokrin sistemi xəstəlikləri ola bilər: hipotiroid; yüksək kalsium səviyyəsi; hipofiz xəstəliyi. Kalium səviyyəsinin aşağı olması, triptofan çatışmazlığı və diabet kimi metabolik xəstəliklər də xroniki xəstəliyə səbəb ola bilər. Səbəblər arasında mədə turşuluğunun az ifraz olunması, mədəaltı vəzin ekzokrin fəaliyyətində azalma, həmçinin qida həssaslığı da mühüm rol oynayır;

Dərman qəbizliyi reseptor mexanizminin, sinir-əzələ aparatının, mədə-bağırsaq traktının neyroxumoral tənzimlənməsinin, mərkəzi və periferik hemodinamikanın, metabolik proseslərin pozulması və s. nəticəsində yaranır.

Laksatiflərin yoğun bağırsağın sinir pleksusuna toksik təsirini də xüsusi vurğulamaq lazımdır. Bu, 50 il əvvəl müəyyən edilib və “kataratik bağırsaq və ya LX” adlanır.

Kliniki aspektlər

Laksatif xəstəliklərin klinik mənzərəsi ən çox aşağıdakı simptomlarla özünü göstərir: qeyri-sabit nəcis, həzmsizlik/ zəif absorbsiya nəticəsində, az miqdarda steatorreya (gündə 15 qrama qədər) ilə hiperkinetik ishal, bağırsaq boyunca ağrı, meteorizm, anal qaşınma, ərpli dil, xoşagəlməz ağız qoxusu, ürəkbulanma, bəzən qusma, anoreksiya, çəki itkisi, halsızlıq, yorğunluq, baş ağrısı, susuzluq, poliuriya, ödəm, dəri piqmentasiyası, hipokalemiya, hiponatremiya, renin ifrazı və aldosteron səviyyəsinin artması, böyrək funksiyasının pozulması.

Endoskopik əlamət yoğun bağırsağın psevdomelanozunun (antraqlikozid metabolitlərinin çökməsi – antrakinon), əsasən, onun proksimal hissələrinin inkişafı, laksatif vasitələrin qəbulundan imtina etdikdən 4-12 ay sonra geriləməsidir. Selikli  qişanın şişməsi, selik ifrazının artması da müşahidə olunur. Histoloji olaraq, selikli qişanın atrofiyasına və bağırsağın avtonom sinir pleksuslarında qanqlionların sayında azalmaya tez-tez rast gəlinir. Sonuncu, görünür, bağırsağın stimullaşdırıcı laksatiflərə, xüsusən də, antraqlikozidlərə həssaslığının artması ilə əlaqəlidir.

Hal-hazırda bütün laksatif vasitələr əsas fəaliyyət mexanizmlərinə görə 5 qrupa bölünür:

  • nəcisin həcminin artmasına səbəb olan vasitələr (həcmli, ballast vasitələr);
  • osmotik təzyiqi artıran dərmanlar (osmotik laksatif vasitələr);
  • mənimsənilməyən di- və oliqosakkaridlər (prebiyotiklər);
  • sekresiyasını stimullaşdıran, bağırsaq epitelinə təsir edən, yoğun bağırsağın reseptoruna və əzələ aparatına təsir edən qıcıqlandırıcı vasitələr;
  • bağırsaqların tərkibinə yumşaldıcı təsir göstərən vasitələr (sürüşkənləşdirici gellər).

Qeyd etmək lazımdır ki, təqdim olunan bütün laksatif vasitələrin sistemləşdirilməsi şərtidir, çünki bir çox preparatlar kompleks təsir göstərir.

Prokinetik dərmanlar istisna olmaqla, bütün laksatif vasitələr bağırsaq lümeninə təsir göstərir və oxşar təsir effektiləri var –  ishal və ya qəbizlik; fizioloji cəhətdən, həssaslıq, mümkün fəsadların mövcudluğu, toksiklik, asılılığın olması və s. ilə fərqlənir. Qeyd etmək lazımdır ki, laksatif vasitələrin mənşəyinin bitki və ya sintetik olması onun fizioloji baxımdan təhlükəsiz və ya əksinə, sağlamlıq üçün bir risk olduğunun göstəricisi deyil.

Məsələn, bitki mənşəli, sennadan hazırlanmış laksatif vasitələr uzun müddət qəbul edildikdə bağırsağın selikli qişasını ciddi şəkildə zədələyir. Buna görə bəzi ölkələrdə qadağan edilib və ya istifadəsi məhdudlaşdırılıb.

Ümumiyyətlə, toksikliyi yüksək olan ən aqressiv, kimyəvi, farmakoloji cəhətdən aktiv birləşmələr tərkibindən asılı olmayaraq, stimulyator qrupuna daxil olan preparatlardır. Bu dərman preparatları həm senna, ağtikan, mundarça kimi bitki mənşəli, həm də fenolftalein, isafenin, bisakodil kimi sintetik mənşəlidir. Bu preparatlar uzun müddət istifadə edildikdə asılılıq yaratdığı üçün dozanın yüksəldilməsini tələb edir, həmçinin  kolorektal xərçəngin inkişaf riski də daxil olmaqla, ciddi yan təsirləri və komplikasiyaları ola bilər. Senna tərkibli preparat qəbul edən insanlarda bağırsaq bakteriyalarının mutagen və kanserogen xüsusiyyətləri aşkar olunub.

Bu günkü dövrdə sübut olunub ki, tərkibində antraxinonlar olan laksatif preparatlar yoğun bağırsaqda maddələr mübadiləsinə aktiv şəkildə məruz qalır, uzun müddət istifadə olunduqda yoğun bağırsağın intramural sinir pleksuslarında toksik və atrofik proseslərə yol açır, yoğun bağırsağın inertiyasına səbəb olur. Bundan başqa, epiteli zədələyir, absorbsiyanı, sekresiyanı və hərəkətliliyi pozur. Bu da refrakter qəbizliyə gətirib çıxarır. Zədələnmiş epitel hüceyrələri apoptoza məruz qalır. Bu, selikli qişanın piqmentli sahələrində aydın şəkildə görünür.

Nəticə etibarı ilə, laksatif xəstəliklər orqanizmdə ümumi dəyişikliklərə – duz mübadiləsinin pozulmasına, həm də yoğun bağırsağın selikli qişasında lokal – distrofik və nekrobiotik dəyişikliklərə səbəb olur. Bu qrup dərmanların uzun müddət istifadəsi  ciddi elektrolit pozğunluqlar – susuzlaşma meydana gətirir: kalium və kalsium itkisi, bağırsaq atoniyası, hiperaldosteronizm, metabolik pozğunluqlar, mədə-bağırsaq əzələlərinin funksiyasının zəifləməsi: tonus itkisi, bağırsaq fermentlərinin inaktivasiyası, zəif absorbsiya, çəki itkisi, trofoloji çatışmazlıq, toksik hepatit və s.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *