fbpx

ANDOP daha bir beynəlxalq layihənin iştirakçısı olub

Metabolic Balance beynəlxalq proqram çərçivəsində, Sağlam Qidalanma, Diyet və Piylənmənin Profilaktikası Akademiyasında (ANDOP) 3 günlük intensiv təlim keçirildi. Bu təlim ANDOP və Metabolic Balance International arasında rəsmi əməkdaşlığın başlanğıcı olub, gələcəkdə də Azərbaycanda ekspertlərin hazırlanmasını həyata keçirəcək.

Təlimdə Metabolic Balance International-ın Türkiyyədən dəvət olunmuş ekspertləri və təlimçiləri — Dr. Altay Öktəm və Kamuran Dəmirtaş, o cümlədən ANDOP-un həmsədri və MetabolicBalance proqramının Azərbaycan Təmsilçisi — Dr. Emil Hidayətli də iştirak edirdi.

Proqramın təqdimatında Metabolic Balance International-ın icraçı direktoru Rayner Herbert Keller açılış sözü ilə çıxış etdi və fərdi qidalanma hesabına metabolizmin tənzimlənməsinin hər birimizin sağlamlığı üçün çox vacib olduğunu qeyd etdi.

Metabolik Balans hər kəs üçün fərdi olaraq hazırlanan qidalanma proqramıdır. Bu proqram vasitəsi ilə sağlam şəkildə sabit, ideal çəkiyə sahib olmaq mümkündür.

Cari sağlamlıqvəziyyəti, laboratoriya analizləri və fiziki xüsusiyyətlərnəzərə alınaraq, Metabolik Balans proqramı hər kəs üçün fərdihazırlanır: əvvəlki qidalanma vərdişləri dəyişdirilərək, daha sağlam, daha balanslı və özəl bir qidalanma vərdişinin qazanılmasına kömək edir.

Metabolik Balans təkcə arıqlamaq üçün yox, həmçinin kökəlmək və ya maddələr mübadiləsini normallaşdırmaq üçün də tətbiq edilə bilər.

Almaniyada doktor Volf Ekart Funfək tərəfindən təsis edilərək, təkmilləşdirilən bu proqram təxminən 30 ölkədə tətbiq edilir. Türkiyyədə isə 2009-cu ildən etibarən, geniş şəkildə tətbiq edilir.Dünyanın təxminən 30 ölkəsində bu proqramın 3000-ə yaxın təmsilçisi, 1 milyondan çox istifadəçisi var.

Üzərində kliniki tədqiqatlar aparılan yeganə qidalanma proqramı olan Metabolik Balans günü-gündən daha çox insanın ideal çəkiyə sahib olmasını təmin edərək, sağlam həyat tərzi sürmələrinə dəstək olur.

Dünya miqyasında sağlamlıqla bağlı ciddi problemlərə səbəb olan piylənmə ilə mübarizə aparmaq üçün insanın bu problemin fərqinə varması, öz metabolizminə uyğun qaydada qidalanması lazımdır.

Bu baxımdan, Metabolik Balansı adi bir pəhriz saymaq düzgün olmazdı. Bu, insan orqanizminə ən çox uyğun olan qidaların sayəsində metabolizmin tarazlı şəkildə işləməsini təmin edən və bunun nəticəsində, həyat səviyyəsini artıran sağlam qidalanma proqramıdır. 4 mərhələdən ibarət olan bu proqramı məqsədyönlü şəkildə həyata keçirdikdə istənilən çəkiyə asanlıqla sahib olmaq mümkündür.

Ölkəmizdə yalnız “Metabolik Balans” təhsili alan həkimlər tərəfindən həyata keçirilən bu proqramın “Hazırlıq dövrü” iki gün çəkir. İkinci mərhələ“Çətin dövr” adlanır və ən azı 14 gün çəkir. “Rahat dövr” adlanan üçüncü mərhələdə isə rasiona əlavə qidalar daxil edilir. Dördüncü mərhələ isə ömür boyu davam edəcək “Qoruma dövrü”dür. Bu mərhələdə qidalanmanın əsas şərtlərinə əməl edərək, nəzarətli şəkildə bütün sağlam qidalar yeyilə bilər.

Bir şəxs üçün Metabolik Balans proqramı hazırlanarkən qidaların kimyəvi tərkibləri onun biokimyası ilə müqayisə edilir, ehtiyacı olduğu miqdarda və çeşiddə makro və mikronutriyentlər, protein, vitamin, mineralların istifadəsi təmin edilir. Fərdi olaraq hazırlanan bu qidalanma proqramı ancaq həmin insanın metabolizminə uyğun olur: bütünlükdə, həmin şəxsin sağlamlıq vəziyyətinə, cari laboratoriya dəyərlərinə və fiziki xüsusiyyətlərinə görə hazırlanır.

Bədənimizin tarazlığı hormonlar tərəfindən idarə olunur. Orqanizmimiz bu hormonları ifraz etdikdə problem yaranmır. Amma artıq çəkili insanlarda hormonların ifrazında əskiklik olur.Bədənimizin hormonal tarazlığını bərpa etsək, sağlam şəkildə arıqlaya və metabolik sindrom sayılan hipertoniya, qanda triqliseridlərin artımı, 2-ci tip diabet kimi xəstəliklərdən qoruna bilərik. Metabolik Balans proqramı bu hormonal tarazlığı, xüsusilə də, orqanizmdə insulini normal səviyyədə saxlamaq üçün hazırlanan bir sistemdir. Bu tarazlığı qorumaq üçün çox vacib 8 əsas qayda var.

8 əsas qayda

1. Hər gün 3 dəfə qidalanmaq lazımdır. 2. Qidalanmalar arasında fasilə ən azı 5 saat olmalıdır. 3. Hər dəfə qidalanma müddəti 1 saatdan çox olmamalıdır. 4. Yeməyə proteinlə başlamaq lazımdır. İlk qida mütləq protein olmalıdır. 5. Hər qidalanmada təkcə bir çeşid protein yeyilməlidir və növbəti qidalanmada həmin çeşid proteinyeyilməməlidir. 6. Son qidalanma maksimum saat 21:00-da bitməlidir. 7. Hər gün 1 ədəd alma mütləq yeyilməlidir. 8. Orqanizmimizin ehtiyacı olduğu miqdarda su içilməsi mütləqdir (hər kq-a 35 ml).

Metabolik Balans qidalanma proqramı metabolizmin sağlam qaydada işləməsini təmin edərək, ideal çəkiyə sahib olmağa və bu çəkini sabit saxlamağa kömək edir.

Proqram məqsədyönlü şəkildə həyata keçirildikdə insan ideal çəkiyə sahib ola bilir. Eyni zamanda, əzələ və birləşdirici toxumalarda da tarazlıq yaranır, dəri elastikləşir və hamarlaşır. Həmçinin, insan daha enerjili olur və gün ərzində məhsuldarlığında, konsentrasiyasında hiss ediləcək dərəcədə fərq görülür. Bu proqramla qidalanan insan get-gedə daha rahat yuxulayır, fiziki baxımdan özünü daha güclü hiss edir. Nəticədə, daha sağlam, daha aktiv, daha gümrah olur və bu xüsusiyyətləri ətrafındakılara da yansıdır.

Bu proqram nə zaman uğurlu və faydalı ola bilər?

— Öz istəyinizlə arıqlamaq və ya kökəlmək üçün konkret bir üsula ehtiyacınız var və əlaxüsus, bunu sağlam bir şəkildə həyata keçirtmək istəyirsinizsə;

— Artıq çəki və ya yanlış qidalanma nəticəsində sağlamlıqla bağlı probleminiz varsa (məsələn, şəkər xəstəliyi, revmatizm, xroniki miqren, maddələr mübadiləsinin pozğunluğu, yüksək təzyiq və s.) ;

— Enerjili, gümrah və fiziki cəhətdən formada olmaq istəyirsinizsə;

Maraqlıdır

Etiologiyasına görə piylənmənin klassifikasiyası

Piylənmə multifaktorlu , qarışıq etiopatogenezi olan patologiya olduğu üçün onun klassifikasiyasını təyin etmək hər zaman çətin olub. Ona görə də hazırda piylənmənin dünya üzrə qəbul olunmuş stabil müəyyən bir klasifikasiyası yoxdur. Və tarix boyu piylənmənin müxtəlif klassifikasiyaları təklif olunmuşdur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *