ANDOP-un nəzdində Funksional Tibb Məktəbi açılacaq
Funksional tibb və reabilitasiya bütün dünyada gündəlik tibbi praktikaya çoxdan daxil edilsə də, Azərbaycan üçün tamamilə yeni bir istiqamətdir. Tezliklə ANDOP-un nəzdində həkimlərin bu metodlarla tam təhsil ala biləcəkləri Funksional Tibb Məktəbi açılacaq.
Bəs, funksional tibb nədir?
Dünya funksional diaqnostikası xəstəliklərin profilaktikasında və orqanizmin pozulmuş funksiyalarının korreksiyasında effektiv olduğunu təsdiqləyən beynəlxalq dəlil bazası toplayıb. Xəstəliklərin simptomlarını müalicə etmək üzrə ixtisaslaşan dərman yönümlü klassik təbabətdən fərqli olaraq, funksional tibb orqanizmdə xəstəliyə səbəb olan disbalanslığı aradan qaldırmağa yönəlmişdir.
Bəzən funksional tibbi yaşlanma əleyhinə və ya profilaktik tibb də adlandırırlar. Bu tibbin mahiyyəti biyokimyəvi, hormonal və digər müayinələrin aparılması yolu ilə problemin səbəblərini müəyyənləşdirmək, kompleks şəkildə aradan qaldırmaq və xəstəni hətta xroniki xəstəliklərin ağırlaşmış formalarından xilas etməkdir. Bütün sistemlərin, orqanların, xarici amillərin, irsiyyətin bir-biri ilə əlaqəli olduğunu dərk etmək — insan sağlamlığına gedən yoldur. Funksional diaqnostika da məhz buna əsaslanır.
Bu səhnə sizə tanış gəlir: Analizin cavabları normaldır, amma siz özünüzü sağlam hiss etmirsiniz? Təəssüf ki, bu halla tez-tez qarşılaşılır və bu, müasir ənənəvi tibbin bir problemidir.
Funksional tibb sağlamlığa yeni baxış tərzidir. Lakin bu tibb qədim həkimlər üçün xarakterik idi. Bu tibb tək bir orqanın və ya aşkar simptomların yox, bütün insan bədəninin müalicəsinə yönəlib. Miqren və ya mədə ağrısının simptomları bütün insanlarda oxşar olsa da, səbəbi hər kəsdə fərqlidir və çox vaxt səbəb bir yox, bir neçə ola bilər. Buna görə müalicə müəyyən bir insanın xəstəliyinin konkret səbəblərini aradan qaldırmağa yönəldilməlidir.
Bu tibb praktiki olaraq necə işləyir?
Funksional tibb həkimləri xəstələri ilə çox vaxt keçirirlər. Onlar yalnız simptomları deyil, həm də qidalanma vərdişlərini, həyat tərzini, fiziki məşğuliyyəti, travmaların və ətraf mühitin risk faktorlarının mövcudluğunu müzakirə edirlər. Beləliklə, xəstəliyin ilkin səbəbləri müəyyən edilir. Bu isə funksional tibbin əsas vəzifəsidir. Məsələn, piylənmənin səbəblərindən biri orqanizmdəki hər hansı bir iltihab prosesi, hormonal pozğunluq, bağırsaq mikroflorasının pozulması, gərgin iş, yanlış qidalanma və ya genetik meyil ola bilər. İltihab, həmçinin yuxarıda sadalanan digər amillər kimi, orqanizmdə digər funksiyaların pozulmasının səbəbi ola bilər. Orqanizmin fəaliyyətinin tam mənzərəsi olduqda — genetik markerlər, gündəlik stres səviyyələri, qidalanma tərzi və xəstənin ətraf mühiti haqqında məlumat əsasında, sağlamlığın təməli olan balansı bərpa etməklə xroniki xəstəliklərdən qurtula bilərik.
ANDOP-a tez-tez belə sual ünvanlanır:
“Funksional tibb ilə ənənəvi tibbin fərqi nədir və həkimlər niyə bu yöndə təhsili almalıdırlar”? Funksional və ənənəvi tibb arasındakı fərqi başa düşməyin ən yaxşı yolu laborator müayinələrdir.
Əksər həkimlər ixtiyarlarında olan biomarkerlərin yalnız az bir hissəsini yoxladırlar. Təbii ki, bu həkimlərin günahı deyil. Bu, səhiyyə sisteminin xəstəliyin əlamətlərinin aşkar olunmasını gözləməsinin və sonra dərmanla müalicə etməsinin birbaşa nəticəsidir. Funksional laboratoriya testləri isə istifadəsi elmi cəhətdən əsaslanmış, ümumi sağlamlığın necə optimallaşdırılması və ən əsası, patologiyanın yaranmasının qarşısının necə alınması barədə məlumat verən genişmiqyaslı biomarkerləri sınaqdan keçirir.
Digər problem isə odur ki, ənənəvi tibdə laborator referans dəyərlərin normal aralığı çox genişdir. Bu isə o deməkdir ki, göstəriciləriniz yalnız çox güclü patoloji vəziyyət olduqda bu aralıqdan kənara çıxacaq. Siz müəyyən bir xəstəlikdən bir addım uzaqda ola bilərsiniz, ancaq dəyərləriniz referans aralığı çərçivəsində olduğu üçün göstəricilərinizin normal hesab olunacaq.
Bunun əksinə olaraq, funksional laboratoriya tədqiqatlarında istifadə olunan referans dəyərlər, əksinə, optimal sağlamlıq üçün tələb olunan dəyər aralığındadır. Buna görə də xəstəliyi yaranandan əvvəl müəyyən etməyə və qarşısını almağa kömək edir.
Simptomları aradan qaldıran həkimdənsə, xəstəliyi kökündən həll edən həkim olmaq daha yaxşıdır. Bu ifadə ilə razısınızsa, yeni layihəmiz — «Funksional Tibb Məktəbi» məhz sizin üçündür! Ətraflı məlumat üçün (+994 50) 661-09-33 nömrəsi ilə əlaqə saxlayın.