Post-prandial leykositoz – Uzun illərdir tibbə məlum olsa da təəssüflər olsun ki, research səhfələrində bu haqda elmi araşdırma çox azdır. Üç ilə yaxındır ki, bu mövzu məni çox maraqlandırır. Funksional Tibb, bağırsaq sağlamlığı, İBS, qidalanmadan sonrakı inflamasyon bu iddeaların sadəcə hipotez olmadığını təsdiqləyir.
Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.
O zaman gəlin baxaq qida leykositozu nedir?
Qida leykositozu qida qəbulundan sonra ağ qan hüceyrələrinin artmasıdır. Bunu fizioloji proses kimi düşünürlər.
Həqiqətən belədirmi?
Fasiləsiz, tez tez qidalanma və hər dəfəsində yalnız bişmiş qida qəbulu və bunun da yaşlanmanı, xəstəlikləri stimulə etməsi həqiqətən bizə lazımdırmı? Ya biz qidalanma vərdişlərimizi dəyişməklə “fizioloji” adlandığımız bu halın qarşısını ala bilərik.
Qida leykositozu sankı infeksiya, travma, zəhərli kimyəvi maddəyə məruz qalma kimi orqanizmin bişmiş qidaya qarşı stress reaksiyası kimi cavab verməsidir. Üstəlik, qida yalnız damağa toxunduqda leykositlər səfərbər olur, qidanın zərərli təsirlərini aradan qaldırmaq üçün çoxlu sayda leykosit mədə-bağırsaq traktına göndərilir. Bu proses 1-1,5 saat davam edir. Əgər insan fasiləsiz, aralıq olmadan , bişmiş qida ilə qidalanırsa gün ərzində dayanmadan bu proses gedir , orqanizm tükənir. Və ən əsası, bu zaman leykositlər əsas qoruyucu funksiyalarını yetərli səviyyədə yerinə yetirə bilmirlər.
Post – prandial leykositoz – Ilk 1930 cu ildə Paris Mikrobiologiya konqresində isveçrəli həkim Pol Kuçakov verdiyi muhazirədə bildirmişdir. Hələ o dövrdə məlum olub ki, çiy qida və ya aşağı temperaturda isidilmiş qida qanda – qida leykositozu reaksiyasına səbəb olmur. Və bu reaksiyanı qidaları müxtəlif cür hazırlamaqla yoxlayıblar, məlum olub ki, daha çox işləm görmüş, qızardılmış qidaya qarşı orqanizm daha ağır reaksiya verirmiş. Bunlar əsasən – marqarin, konfet, ağ undan hazırlanmış məmulatlar, şokalad,qızardılmış, duzlu qidalar və s. idi.
Əvvəllər belə hesab edilirdi ki, mədə-bağırsaq traktında bütün qidalar daha sadə birləşmələrə – amin turşularına, yağ turşularına, şəkərlərə parçalanır və genetik yadlığını itirir. Lakin reallıqda bu belə deyil. Məlum olub ki, zülallar təkcə amin turşuları şəklində deyil, həm də peptidlər şəklində və hətta tamamilə dəyişməmiş formada sorula bilir. Bu gün biz bağırsaq keçiricili pozulması,süzgəc bağırsaq formalaşmasının bilirik. Bu halda iri molekullar daha asanlıqla bağırsaq baryerini keçə bilirlər və qidalanma leykositozu –post-prandial inflamasyon daha da artır. İBS formalaşır.
Yüksək proteinli qida olmadıqda, qida leykositozu minimaldır. Bu hal – orqanizmdə qida termogenezinə sərf olunan enerjinin azalması , toxumaların vaxtından əvvəl sərbəst radikal qocalmasının, oksidativ stress formalaşmasının qarşısını almağa xidmət edir. Ona görə də bu gün yetişkin insanların heyvani proteini azaldıb, vegetarian qidalanmaya bənzər qidalanmasının əksər xəstəliklərin – şiş xəstəliklərinin inkşafını azaltdığını bildirilir.
O zaman necə qidalanma ilə əlaqəli leykositozu necə azalda bilərik? Hamı qeyri-rasional – çiy qidalanmaya keçməlidir?
Əlbəttə ki belə deyil, amma…
- Yeməkdən əvvəl çiy qida qəbulu qida leykositozunu onu azaldır. Hələ 1972ci ildə Alternative tibb sahəsində Amerikan mütəxəssis, naturapat Paul Breqq yazırdı ki, – Mən yeyən zaman bir qayda olaraq ilk çiy tərəvəz yeyirəm. Məhz çiy qidanın tərkibində olan natural stimulyatorlar, həzm şirəsi ifrazını stimulə edir.
- Hollivud ulduzları kimi ara sıra alkali diyetlərdən istifadə olunması (vegetarian tip qidalanma, çiy qidalanma vəs..)
- Qidaların çox çeynənilməsi bu qidaların zərərli təsiri azaldır.Eyni qidanın bir hissəsi çiy bir hissəsi bişmiş yeyilərsə qanda patoloji reaksiyanı mimimuma azalır.
- Aralıqlı oruc diyetləri Bu gün iki dəfəli qidalanma istər post-prandial leykositozun inkşafını azaldır, istər autofaqiyanı stimulyasiya etdiyini bildirən çox sübutlar vardır
Çox faydalıydı
Təşəkkür edirik
Maraqlı məlumat üçün təşəkkür edirəm.