fbpx

Dünya şöhrətli alimlər Bakıda XXI-ci əsrin bəlası olan xəstəliyi müzakirə etdilər

Bakıda “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbir Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP), Azərbaycan Səhiyyə Nazirliyi İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (ISIM) tərəfindən və EASO-OMTF (Obesity Management Task Force) Piylənmə ilə mübarizə üzrə İşçi Qrupunun dəstəyi ilə təşkil edilmişdir.

Konfransda Piylənmənin Tədqiqi üzrə Avropa Assosiasiyasının (EASO) vitse-prezidenti Volkan Yumuk, Azərbaycan Səhiyyə Nazirliyi İctimai Sağlamlıq və İslahatlar Mərkəzinin (ISIM) İdarə Heyətinin üzvü Aris Rüstəmov və Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyasının (ANDOP) rəhbəri Sevinc Zaman, o cümlədən piylənmə problemlərini öyrənən Azərbaycan və Avropa ölkələrinin  həkimləri və alimləri iştirak etdi.

EASO-OMTF nümayəndələri məruzələrində problem üzrə ən son məlumatları təqdim etdilər, həmçinin dünya təcrübəsində mövcud olan piylənmənin müalicəsi metodlarından danışdılar.

Beynəlxalq elmi-praktik konfrans çərçivəsində qlobal piylənmə probleminin müxtəlif aspektlərinə toxunuldu: piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyə, uşaqlarda piylənmə, piylənmənin farmakoterapiyası, pasientlərin uzunmüddətli nəzarəti, piylənmə ilə mübarizə üzrə xüsusiləşdirilmiş mərkəzlərin yaradılması və s.

Konfrans digər vacib bir tədbirin baş tutacağından xəbər verir. ANDOP-un Azərbaycanda yerinə yetirdiyi missiyanı və uğurlu beynəlxalq əməkdaşın mövcudluğunu nəzərə alaraq, ANDOP EASO-nun tamhüquqlu üzvü olmağa hazırlaşır.  

Qeyd etmək lazımdır ki, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) – sağlam qidalanma sahəsində tədris proqramlarını reallaşdıran Azərbaycan həkimlərinin Elmi Birliyidir. ANDOP Dünya Piylənmə Federasiyasının üzvüdür (WOF — World Obesity Federation).

ANDOP treninqləri 2016-cı ildən etibarən Sağlamlıq Strategiyasi Treninq Mərkəzində (SSTM) keçirilir. Azərbaycanda ilk dəfə olaraq xaricə getmədən diyetologiya üzrə kompleks biliklər əldə etmək artıq mümkün oldu.

Maraqlıdır

Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi

Bizim məktəbin  əsas məqsədi  artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *