“ANDOP Foodmind” Tələbə Nutrisiologiya Klubu

Tələbə Nutrisiologiya Klubu “ANDOP Foodmind” – bu, tələbələrin qidalanma elmi, sağlam həyat tərzi və qidanın orqanizmə təsiri ilə bağlı biliklərini artırmaq üçün yaradılmış təşkilatdır.
İLLİK PLANI
I. Təhsil və maarifləndirmə.
Nutrisiologiyaya giriş- yeni üzvlər üçün tanışlıq seminarı
Aylıq elmi müzakirələr — hər ay bir mövzunun seçilməsi:
- Makro və mikro elementlər
- Bağırsaq mikrobiotası
- Emosional qidalanma
- İdman və qidalanma
- Veqan və vegetarian qidalanma
- Malnutrisiya
- Klinik nutrisiologiya
II. Praktiki tədbirlər
“Harvardın sağlam qida boşqabı”nın hazırlanması. Tələbələrin öz sağlam boşqablarını hazırlaması (müsabiqə)
Qida etiketlərinin düzgün təhlili
Plastik cərrahiyə və bariatrik cərrahiyə şöbələrinə xəstəxana daxili praktik görüşlər
III. Yaradıcılıq və sosial aktivlik
“Breakfast and brains” — səhər yeməyi və elmi müzakirələr bir arada! (ICAMS üzvləri üçün)
Nutriquizz — ANDOP ofisində sağlam həyat tərzi və qidalanma mövzusunda interaktiv yarışlar.
IV. Əməkdaşlıqlar və gələcək kariyeraya dəstək
Qonaq mütəxəssislərlə görüş
Konfranslarda təşkilat komandamıza könüllü qoşulma və təcrübə qazanmaq fürsəti
Mentorluq dərsi
Networking imkanı
Sosial şəbəkələrdə uğur qazanmaq üçün seminarlar
Bu klub tələbələrə nəinki biliklərini dərinləşdirməyə, həm də onları gündəlik həyatda tətbiq etməyə və peşəkar əlaqələr qurmağa kömək edir.
Ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın