Proqram sağlam qidalanma sahəsində maariflənmək istəyən və bu sahədə daima yeniliklər axtarışında olan geniş auditoriya üçün hazırlanmışdır. Kurs Nutrisiologiya Diyetologiya və Piylənmənin idarə olunması Akademiyasının (ANDOP) əsas təlimlərini əhatə edir. Burada iştirakçılar Qidalanma və Diyetologiya sahəsində ən son məlumatları əldə edir, fəaliyyət və həyat tərzinə əsaslanaraq fərdi diyetlər tərtib etməyi öyrənir, praktik bacarıqlara yiyələnirlər.
Avqust, 2019
İyul, 2019
-
25 İyul
“DIETOLOGIYA VƏ PIYLƏNMƏNIN PROFILAKTIKASI” HƏKİMLƏR ÜÇÜN TƏHSIL PROQRAMI
Kurs diyetologiya və piylənmənin profilaktikası sahəsində dərin biliklərə yiyələnmək imkanı verən təlim proqramlarını əhatə edir. Proqramlar müasir tədqiqatlarda əldə edilən yeniliklərlə bağlı daim zənginləşir. Kurs yalnız tibbi auditoriya üçün nəzərdə tutulmuşdur. Bu, Azərbaycanda sağlam qidalanma sahəsində akademik bilik və praktiki bacarıqlar əldə etmək üçün unikal imkandır.
-
1 İyul
KETO-DİET: MİTOXONDRİAL DİSFUNKSİYANIN NEYRODEGENERATİV VƏ METABOLİK XƏSTƏLİKLƏRDƏ ROLU
ANDOP un yeni təlim proqramı olan Mitoxondrial Metabolik Terapiya (KETO pəhrizi) kursu başlayır. Kurs tibbi auditoriyaya yönəldilmişdir. Mitoxondriyal metabolik terapiya maddələr mübadiləsini yenidən tənzimləmək və bədənin əsas yanacağı qlükozanı yağlarla əvəz etmək üçün hazırlanan qidalanma sistemidir.
May, 2019
-
1 May
UŞAQ NUTRİSİOLOQİYASI
Artıq çəkisi olan uşağa necə kömək etmək olar? Uşaqlıqdakı artıq çəki və piylənmə bir başa yetkin yaşda piylənmə və onunla əlaqəli yoluxucu olmayan xəstəliklərin artması ilə bağlıdır, bu da vaxtından əvvəl ölümə səbəb ola bilər. Kurs tibbi auditoriyaya yönəldilmişdir.
Aprel, 2019
-
30 Aprel
DETOKS: BƏDƏNİN DÜZGÜN TƏMİZLƏNMƏSİ
Təlim zamanı orqanizmi toksinlərdən təmizləmək və detoksdan sonra çəkinin necə qorunması üçün nəzərdə tutulmuş proqramın sirlərinə yiyələnəcəksiniz.
-
29 Aprel
BARİATRİK CƏRRAHİYYƏ DİETOLOGİYASI
Bariatrik cərrahiyyə günümüzdə piylənmənin müalicəsində ən effektiv metodlardan birincisidir. Bariatrik əməliyyatlardan sonrakı uzun müddətli müvəffəqiyyətli nəticə isə xəstənin ömür boyu riayət edəcəyi qida və həyat tərzi dəyişikliklərinə bağlıdır. Bu yolda pasientin onu xüsusi müşahidə edəcəyi Bariatrik Dietoloqa ehtiyacı vardır.
-
28 Aprel
METABOLİZM VƏ ENERJİ HESABLANMASI
Təlim zamanı çəki verməni və yaxud çəki almanı doğru bir şəkildə həyata keçirməyə imkan verən praktik məlumatlar alacaqsınız.
-
27 Aprel
PSİXOLOGİYANIN ƏSASLARI. PİYLƏNMƏNİN MÜALİCƏSİNDƏ PSİXOLOJİ ASPEKTLƏR
Sizləri SSTM –in yeni "Uşaq psixologiyasının əsasları" layihəsində iştirak etməyə dəvət edirik. Bu, uşağı ilə doğru bir şəkildə qarşılıqlı əlaqə qurnaq istəyən valideynlər üçün bir təlimdir. Bu təlim, bütün stereotipləri aradan qaldırmağa və uşaqlarla ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcəkdir.