QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı

2025-ci il oktyabrın 18-19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçirilib.
Tədbirdə ANDOP İctimai Birliyinin nümayəndəsi Jalə Məmmədova da iştirak edib.
2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb.Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.
Qazanılan bacarıqlar ANDOP-un gələcək fəaliyyətlərində uğurla tətbiq olunacaq.










