Tez-tez qida qəbulu diabetə gətirib çıxarır

Indiyə qədər alimlər hesab edirdilər ki, tez –tez lakin kiçik porsiyalarla qidalanmaq lazımdır. Lakin müasir tədqiqatlar belə bir pəhrizin zərərini sübut edir.

Nutrisiologiya Dietologiya və Obezitenin Profilaktikası Akademiyası (ANDOP) –un həmsədri və aparıcı təlimçisi , qidalanma və piylənmənin idarə olunması üzrə mütəxəsis dr. Emil Hidayətlidən bu məsələyə aydınlıq gətirməsini xahiş etdik.

Dr. Emil Hidayətli:

Aparılan araşdırmalarda məlum oldu ki, sən demə tez-tez qəlyanaltı etmək maddələr mübadiləsini ləngidir. Bundan əlavə, yeməklər arasındakı qəlyanaltılar mədə şirəsinin istehsalını stimullaşdırır ki, bunun nəticəsində özümüzü daim ac hiss edirik.

Son zamanlar Alimlər hesab edirlər ki, yemək arasında qəlyanaltı edilmədən gündə 3 dəfə yeməyə qayıtmaq daha yaxşı olar. Test nəticələri göstərdi ki, məhz belə bir pəhriz insan orqanizmi üçün daha faydalıdır.

Yediyimiz zaman orqanizm şəkərin hüceyrələrə daşınmasına kömək edən bir hormon olan insulin istehsal edir. Bu enerji ümumiyyətlə 3 saat kifayətdir. Sonra orqanizm daxildən enerji istehlak etməyə, yəni öz piylərini yandırmağa başlayır. Vücudu daim enerji ilə bəsləyəriksə, yağ yandırılması baş verməz və kökələrik .

Həmişə normada qalmaq üçün qəlyanaltı yeməyəcəyiniz qidalanma rejiminə riayət edin. Və ən vacib olanı – özünüzə inanın ! Nəticəyə deyil, məhz özünüzə!

Maraqlıdır

Allergiyanın yaranma mexanizmi

Təəssüf ki, insanların əksəriyyəti allergiyadan əziyyət çəkir. Allergiya nədir? Başlayaq hüceyrədən! Hüceyrədən danışmasaq, allergiyanın nə olduğunu izah edə bilmərik. Çünki bütün proseslər hüceyrə səviyyəsində gedir

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *