Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.
Daha ətraflıBlog Layout
Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi
Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.
Daha ətraflıMaqnezium çatışmazlığının səbəbləri nədir?
Uzun əsrlər boyu insanlar orqanizmə su və qida ilə daxil olan maqneziumun miqdarını yoxlamağa heç ehtiyac duymayıblar. Amma qida sənayesi nə qədər çox inkişaf edirdisə, Qərb insanlarının rasionunda bu element də bir o qədər azalmağa başlayırdı.
Daha ətraflı14 noyabr, 18:00. Təlim “KLİNİKİ LABORATOR DİAQNOSTİKA”
Həkimsiniz və düzgün diaqnoz qoymaq üçün laboratoriya analizlərinin nəticələrini peşəkar səviyyədə qiymətləndirmək istəyirsiniz? Yeni elmi biliklər və iş metodları sayəsində həmkarlarınızın yanında böyük üstünlük əldə etmək istəyirsiniz? ⠀ ❗️Bu kursda nəzəriyyədən tutmuş praktik işlərin təhlilinə qədər – hər şey öyrənəcəksiniz. Qazandığınız bilik və bacarıqlar SERTIFIKATla qiymətləndiriləcək. ⠀⠀ Kursda nə öyrənəcəksiniz? …
Daha ətraflı16 noyabr, 14:00. Vebinar “Qidalanma sayəsində, artıq çəkidən qurtulub, daima düzgün formada necə qalmaq olar?”
30 sentyabr tarixinə planlaşdırılmış “Qidalanma sayəsində, artıq çəkidən qurtulub, daima düzgün formada necə qalmaq olar?” vebinarı 16 noyabr saat 14.00-da baş tutacaq. Vebinarda iştirak etməklə nə əldə edəcəksiniz? 📈 Çəki vermək üçün düzgün hədəflərin qoyulması 📈 Arıqlayarkən əsas yanlışlardan qaçmaq və sağlamlığa zərər verməmək üçün nə etmək lazımdır? 📈 Hədəf …
Daha ətraflıKompulsiv qidalanma – qida davranışının pozulması
Zaman keçdikcə insanların gözəllik anlayışı dəyişir. Əksər insanların düşüncəsinə görə, azçəkili olmaq bacarıqlı, gözəl, sağlam olmaq deməkdir. Artıq çəkili olmaq isə, əksinə, tənbəl, zəif, çirkin olmağın göstəricisidir. Buna görə də, dünyada qidalanma davranışının pozulması müşahidə olunan insanların sayı getdikcə artır.
Daha ətraflıQan laxtalanmasını azaldan 16 qida
Artıq hər kəs bilir ki, koronavirus infeksiyasının ağırlaşma səbəblərindən biri olan tromblaşma xəstələr arasında ölüm hallarının artması ilə nəticələnir. Bunu nəzərə alaraq, bu infeksiyanın bütün müalicə protokollarına qandurulducu preparatlar daxil edilir. Tromblaşma nədir və niyə yaranır? - bu barədə qısa danışmaq istəyirəm. İnsan orqanizminin xəstəliklərə qarşı mübarizə aparmaq və təhlükəli vəziyyətlərdə yaşamağa kömək edən öz müdafiə sistemləri və reaksiyaları var.
Daha ətraflıQlüteni hər kəs həyatından cıxarmalıdırmı?
Qlüten – yüksək yapışqanlılıq xüsusiyyətinə malik, mürəkkəb bitki zülalıdır. Qlüten azərbaycanca "yapışqan" mənasını daşıyan "glue" – ingilis sözündən götürülüb. Qlüten xəmirin yumuşaq, elastik və həcmli olmasını təmin edir.
Daha ətraflıSağlam qida sağlam düşüncə deməkdir
İnsan öz ehtiyaclarını qarşılamaq üçün əsrlər boyu hər zaman fəaliyyətdə olub. Hələ qədim zamanlarda istər qida axtararkən, istər vəhşi heyvanlardan qorunarkən, istərsə də yaşamaq üçün özünə sığınacaq hazırlayarkən insan yetərincə enerji sərf edirdi.
Daha ətraflıPiylənmə həm estetik qüsur, həm də ciddi bir xəstəlikdir
Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci vacib səbəbi piylənmədir.
Daha ətraflı