Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi

Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.

Müəllif: Könül Kərimova, Tibb üzrə fəlsəfə doktoru, ANDOP mütəxəssisi

Bunlar, bir çoxlarının qida qəbulu ilə kompensasiyasına alışdığı stres amili, məsafədən işləyərkən soyuducuya daha yaxın olma amili, yoxsulların sayının artması (sosial-iqtisadi vəziyyət və kilo alma riski arasındakı əlaqə göstərilir), hərəkətin məhdudlaşdırılması və nəzarətsiz qida qəbulu ilə müşayiət olunan məcburi tənhalıq amilləridir.

Kopenhagen Universitetinin alimləri məqalələrində piylənmə və onunla əlaqəli metabolik xəstəliklərə səbəb ola biləcək beş faktorun adını çəkirlər.

Birincisi, epidemiya zamanı xəstələnmə qorxusu səbəbiylə ortaya çıxan və tez-tez qida qəbulu ilə kompensasiya edilən stresdir. İkinci səbəb günü gündən ağırlaşan iqtisadi vəziyyətdir. Sosial vəziyyət və pəhriz xüsusiyyətləri arasındakı əlaqə uzun müddətdir ki elmi ədəbiyyatda kifayyət qədər geniş təsvir edilir. Bir çox tədqiqatlar, yüksək keyfiyyətli qida məhsulları ilə qidalanma daha çox zənginliklə əlaqəli olduğunu, aşağı qidalı pəhrizin isə əsasən aşağı sosial-iqtisadi vəziyyətə və daha məhdud maliyyə qaynaqlarına sahib insanlar tərəfindən istehlak edildiyini göstərdi.

Üçüncü amil qidanın əlçatanlığıdır, xüsusilə də dəyəri aşağı olan qida məhsullarının. Soyuducunun yaxınlığı və istənilən vaxt atışdırmaların qəbulu mövcud vəziyyəti daha da pisləşdirir. Dördüncüsü, ev şəraitində qida qəbulu da qidalanma xüsusiyyətinə təsir edir. Alimlər yazır ki, sosial şəraitdə yeməklərin aradan qaldırılması, yəni həmkarlarından və ya qohumlarından kimsə bir insanın necə qidalanmasını görmədikdə bu  şəxsin idraklı, yəni şüurlu şəkildə qidalanmasına mənfi təsir edə bilər. Nəhayət, hərəkətin məhdudlaşdırılması da piylənmənin inkişafında vaciv bir amil kimi göstərilir.

Bundan əlavə, məqalədə stres amilinin metabolik xəstəliklərə çevrilməsinin fizioloji mexanizmləri, yəni psixososial qeyri-sabitliyin enerji metabolizmasını tənzimləyən neyroendokrin sistemlərə necə təsir göstərdiyi təsvir edilmişdir.

Piylənmə, koronavirusdan əvvəl də ÜST və BMT-nin və praktiki olaraq bütün tibbi icmaların diqqət tələb etdiyi böyük bir problem idi. Bütün dünyada piylənmədən əziyyət çəkən insanların sayının illik artımına nəzər salsaq, bunun əsl qeyri-infeksion və bəlkə də koronavirusdan daha dəhşətli pandemiya olduğunu görərik.

Təəssüf ki, mövcud pandemiya piylənmənin yayılmasını daha da artıra bilər. Dövlətlər virusun sürətlə yayılmasının qarşısını almaq üçün geniş miqyaslı tədbirlər görür, səyahət, şəxsi təmaslara və idmanala məşğul olmağa məhdudiyyətlər qoyuldu. Aşırı yemək karantin dövründə əsas problemlərdən biri halına gəldi və çoxları üçün ortaya çıxan və ya ağırlaşan çəki problemləri ilə nəticələndi.

Həddindən artıq çox yemək, əsl problemi daha da böyüdəcək bir «asılılıqlar kaskadını» işə salaraq, qüsurlu bir dövran yaradır: qida — depressiya — piylənmə — yenidən qida.

Stres vəziyyəti daimi bir hal aldıqca, bu vəziyyətdən çıxış yolunun tapmılmasında çətinlik yarada bilər. Yeməklərin miqdarını və tezliyini artıqca, depressiyanın və piylənmənin gedişatı daha da ağırlaşması ehtimalı yüksələcək. Təbii ki, qida davranışını tənzimləyən və əhval-ruhiyyəni, iştahanı, motivasiyanı və yuxuya təsir edən hormonların da bu proseslərdə rolu böyükdür.

Piylənmədən əziyyət çəkən xəstələrin sayının artması, evdə özünü təcridetmə vərdişləri ilə (qida rasionunda asan tez həzm olunan karbohidratlar və doymuş yağların artıqlığı, fiziki aktivliyin məhdudlaşdırılması) bağlı ola bilər. Həmçinin, metabolik sindrom hallarının sayının artması morbid piylənməyə səbəb olur (viseral piy kütləsinin artması, periferik toxumaların insulinə həssaslığının azalması — bu xəstənin bədən çəkisin onun yaşı üçün yol verilə biləcək çəkidən iki dəfə və ya daha çox olması, yəni həddindən çox piylənmə dərəcəsidir). Məsələn, Rusiyada piylənmədən əziyyət çəkən xəstələrin sayında fon vəziyyətindən və bölgəsindən asılı olaraq orta hesabla 10-13% artım proqnozlaşdırılır.

Ümumiyyətlə, bu problemlə əlaqəli vəziyyətin köklü bir şəkildə dəyişəcəyi gözlənilmir, çünki piylənmə epidemiyası karantindən çox əvvəl başlamışdı. İndi postindustrial ölkələrdə əhalinin 20-25%-i həddindən artıq kilolu və ya ağır metabolik xəstəliklərə məruz qalmışdır. Koronavirus bu mənada heç bir şeyi dəyişməyib. Piylənmə problemi yalnız bir insanın özünü təcrid edərkən soyuducuya daha da yaxınlaşması ilə məhdudlaşmır. Qida  asılılığı çox daha mürəkkəb bir şeydir. İnsan bioloji növü üçün bir neçə aylıq təcrid heç bir şeyi dəyişdirməyən bir saniyədən çox deyil.

Beləliklə, həm karantindən əvvəl, həm də sonra kütləvi piylənmə ilə necə mübarizə aparılması sualı hələ də açıq qalır.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *