Tag Archives: piylənmə

Metabolik sindromla bağlı araşdırma

Morbid piylənməsi olan xəstələr arasında D3 çatışmazlığı və ikincili hiperparatireoz kifayət qədər çoxdur. 25 (OH) D3 və maqnezium çatışmazlığının metabolik sindrom riskini artırması ilə bağlı araşdırmalar var. Həmçinin metabolik sindrom ilə paratiroid hormonu səviyyələri arasında əlaqə olduğuna dair məlumatlar var.

Daha ətraflı

D3 vitamini azlığının mənfi təsirləri hansılardır?

25(OH)D3 çatışmazlığının mədəaltı vəzin endokrin hüceyrələrinin funksiyası da daxil olmaqla, bir çox hüceyrələrin metabolik funksiyalarını pozduğu artıq məlumdur. Son illərdə əhali arasında müxtəlif etnik və yaş qrupları üzrə D3 vitamini çatışmazlığının yayılmasının qiymətləndirilməsi üçün tədqiqatlar aparılmışdır. Yenilənmiş təlimatlara görə, qan serumunda D3 vitamininin optimal səviyyəsi minimum 70 nmol / L hesab olunur.

Daha ətraflı

Tiroid-bağırsaq oxu: Mikrobiota tiroid funksiyasına necə təsir edir?

İnsan öz mikrobiotası ilə simbiotik bir əlaqədədir. Trilyonlarla bakteriya insan bağırsağında, xüsusəndə yoğun bağırsaqda olur və əksəriyyəti iki dominant - Firmicutes və Bacteroides fəsiləsinə aid olduğu bilinir. Bakterial tərkibin formalaşması təbii doğuşla körpənin dünyaya gəlməsi anından başlayaraq və ana südü ilə qidalanması ilə davam edərək 3 yaşa qədər müddət çəkir.

Daha ətraflı

Iltihab prosesi və mikronutrientlər

İnfeksiya, iltihab və mikronutrient statusunun dəyişməsi arasındakı əlaqə uzun illərdir ki, məlumdur. Bir çox xəstəliklərdə iltihab reaksiyası müşahidə olunur. Bu da, təbii ki, nəticədə mikronutrient ehtiyatlarına təsir edir.

Daha ətraflı

Piylənmə və COVID-19: Tədbir görmək zamanıdır.

COVID-19 bu günə qədər dünyada 3,5 milyondan çox insanı təsir altına salıb. Bu  virus dünyada bir çox insana təsir etsə də, xəstəxanaya yerləşdirilən koronaviruslu xəstələrin əksəriyyətində başqa xəstəliklər də müşahidə olunub. Çindən gələn ilkin məlumatlara görə, COVID-19-a yoluxmuş xəstələrdə piylənmə ilə yanaşı, ən çox görülən xəstəliklər 2-ci tip diabet, hipertoniya, xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, hepatit B, ürək-damar xəstəliyi, baş beyinin damar xəstəliyi və immun çatışmazlığı idi. Piylənmə COVID-19 infeksiyasının ümumi komorbidliyi kimi qeyd olunmayıb.

Daha ətraflı

Piylənmə koronar ürək xəstəliyi üçün risk faktoru kimi

Dünya miqyasında təxminən 650 milyon insan piylənmədən əziyyət çəkir. Artıq piy toxuması adipokin sintezinin artmasına, lipid istehsalına, simpatik sinir sisteminin və renin-angiotensin-aldosteron sisteminin aktivləşməsinə və yüngül bir sistemik iltihab vəziyyətinə səbəb ola bilər. Beləliklə, piylənmə bir sıra ürək-damar xəstəlikləri (CVD) üçün risk faktorları olan 200-dən çox fəsad ilə əlaqələndirilir.

Daha ətraflı

Piylənmə problemi və fiziki məşğuliyyət

Piylənmə xroniki, residivləşən xəstəlikdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olduğu kimi, inkişaf etməkdə olan ölkələrdə də piylənmənin yayılma nisbəti epidemiyanın miqyası ilə müqayisə edilə bilər. Sənayeləşmiş ölkələrdə piylənmə səviyyəsi 1980-ci ilə qədər 10%-i keçməmişdi.

Daha ətraflı