fbpx

Piylənmə koronar ürək xəstəliyi üçün risk faktoru kimi

Dünya miqyasında təxminən 650 milyon insan piylənmədən əziyyət çəkir. Artıq piy toxuması adipokin sintezinin artmasına, lipid istehsalına, simpatik sinir sisteminin və renin-angiotensin-aldosteron sisteminin aktivləşməsinə və yüngül bir sistemik iltihab vəziyyətinə səbəb ola bilər. Beləliklə, piylənmə bir sıra ürək-damar xəstəlikləri (CVD) üçün risk faktorları olan 200-dən çox fəsad ilə əlaqələndirilir.

Tədqiqat haqqında tam məlumatla burada tanış ola bilərsiniz http://andop.az/wp-content/uploads/2021/06/obr.13112.pdf

Müəllif: İradə Abdullayeva, həkim-kardioloq, diyetoloq, ANDOP mütəxəssisi

Bu məqalədə piylənmə və ürək-damar riski arasındakı əlaqəyə baxılır, kilo itkisinin ürək-damar riski üzərində təsiri araşdırılır və piylənməsi olan insanlarda hazırkı CVOT (ürək-damar nəticələrinin araşdırılması) tədqiqatları nəzərdən keçirilir.Ümumavropa araşdırması EPIC-CVD (Avropa Xərçəng və Qidalanma üzrə Tədqiqat – Ürək-Damar Xəstəliyi) artıq çəkili (BMI over 25 ilə <30 kq m2) və ya piylənməsi (BMI (30 kq m2) olan insanların daha yüksək CHD riskə malik olduqlarını nümayiş edir hətta metabolik sindrom olmadıqda belə. Buda piylənmənin koronar ürək xəstəliyi üçün müstəqil bir risk faktoru olmasını təsdiqləyir. Mendelian randomizasiyasına dair işlərin meta-analizi göstərdi ki, BMI bir vahid belə artımı, digər risk faktorlarından asılı olmayaraq, koronar ürək xəstəliyi (CHD) riskinin 20 % artması ilə əlaqədardır.

INTERHEART tədqiqatı, abdominal piylənməsinin (kişilərdə bel / kalça nisbəti> 0.90, qadınlarda> 0.83) də ürək-damar mənfi nəticələrinin əhəmiyyətli bir proqnozlaşdırıcısı olduğunu və BMI ilə biraz əlaqəli olduğunu bildirdi. Bel ətrafının visseral piylənmənin birbaşa ölçülməsi ilə korrelyasiya edildiyi və CHD üçün müstəqil bir risk faktoru olduğu göstərilmişdir.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən tədqiqatlar ABŞ və Avropanın populyasiyalarını əhatə edirdi və riskləri, aşağı BMI ilə sağlamlıq riski Qərb əhalisindən daha yüksək olan Asiya populyasiyaları da daxil olmaqla digər populyasiyalar üçün fərqli ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir