Bədən kütlə indeksi (BKİ), cins, yaş və fəsil D vitamininə necə təsir göstərir?

Məlumdur ki, artıq çəki və piylənmə 2-ci tip diabet, osteoartrit, bəzi bədxassəli şişlər və hətta psixoloji xəstəliklər daxil olmaqla, bir çox somatik xəstəliklər üçün risk amilləridir. Bununla yanaşı, son illərin araşdırmalarına görə, piylənmə D vitamini çatışmazlığı ilə əlaqəlidir.

The dependency of vitamin D status on body mass index, gender, age and season (Bədən kütləsi indeksinə, cinsə, yaşa və mövsümə görə, D vitamini mübadiləsinin göstəriciləri)
Lagunova Z., Porojnicu A., Lindberg F., Hexeberg S., Moan J.
Anticancer. Res. 2009, 29(9): 3713–20

Oslo şəhərində metabolizm və həyat tərzinin tibbi idarəedilməsi klinikasında qeydiyyatda olan 2126 xəstədə D vitamini mübadiləsi araşdırıldı, xüsusilə serum 25 (OH) D3 müəyyən edildi. 25 (OH) D3 səviyyəsindəki mövsümi dalğalanmalar xəstələrin BKİ, cinsiyyəti və yaşı ilə müqayisə edildi.

Məlum oldu ki, yaşından asılı olmayaraq, hər iki cinsdən olan insanlar arasında eyni tendensiya müşahidə olunur: BKİ artdıqca 25 (OH) D3 səviyyəsi azalır. BKİ ilə əks korrelyasiya yalnız 25 (OH) D3 üçün deyil, həmçinin serum 1.25 (OH) 2D3 üçün də qeyd edilib.

Serum 25 (OH) D3 konsentrasiyasındakı mövsümi fərqlər ən çox bədən çəkisi normal olan 50 yaşdan kiçik kişilərdə aşkarlanıb. D vitamini defisitliyi ən çox BKİ≥ 40 olan pasiyentlərdə müşahidə edilib: qadınların 32%-ində, kişilərin 46%-ində.

Bu tədqiqatın nəticələri serum 25 (OH) D3 səviyyələrinin və mövsümi dalğalanmaların BKİ-dən asılı olduğunu təsdiqləyir. Bu məlumatlara əsasən, BKİ≥40 olan hər üç qadından biri və hər iki kişidən birində D vitamini çatışmazlığı var.

Piylənmə ilə D vitamini çatışmazlığı arasındakı patogen əlaqə bir neçə mexanizmdən qaynaqlanır. Birincisi, D3 azlığının insulinin işinə mane olması və yağ, əzələ toxumalarında qlükoza mübadiləsini pozduğuna dair dəlillər var. İkincisi, piylənmə zamanı yağda həll olan D vitamini çox miqdarda toxumaya paylanır. Bu da qan plazmasında D3 konsentrasiyasının azalmasına səbəb olur.

Üçüncüsü, piylənmə olduqda günəş şüalarının təsiri ilə D vitamininin dəridə ifrazı azalır, çünki obez insanlar daha çox qapalı geyinir və günəşdə daha az vaxt keçirirlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.