Tam taxıl. Uşaqlar üçün təbii, faydalı qida

Uşaqlarınız qəlyanaltı etmək  istədikdə  onlara  mütləq tam taxıllı məhsullar  verin. Tam taxıllı məhsullar nəinki faydalı və doyumludur, həm də dadlıdır!

Tam taxıl bütün qida maddələrini özündə ehtiva edir. İşlənmiş taxıllardan fərqli olaraq, tam taxılda bütün faydalı maddələr olduğu kimi qalır. Belə ki, tam taxıllı məhsuların istehsalında  taxılın 3 hissəsindən də istifadə olunur.

Uşaq piylənməsi üzrə mütəxəssis, pediatr, həkim Gülsüm Hüseynova bildirdi ki, tam taxılda  kəpək  (xarici qabığı), rüşeym  və endosperm (unlu nüvə) olur.

— Orqanizmdə maddələr mübadiləsini tənzimləməkdə kəpək çox faydalıdır. Lif yağ yandırmır, artıq çəkinin azalmasına təsir etmir, amma bunun əsl səbəbinə — metabolizm pozğunluğuna müsbət təsir edir. Kəpək bağırsaq mikrobiyotasının yaxşılaşmasına, bədənin, dərinin və saçın sağlamlığını qorumağa kömək edir. Tam taxıllı məhsulların sağlam pəhrizə daxil edilməsi diabet, ürək və bəzi xərçəng xəstəliklərinə tutulma riskinin azalmasına kömək edir. Taxıldakı lif uşağınızın özünü gümrah hiss etməsinə kömək edəcək və  beləliklə, sağlam qəlyanaltı edəcək» — deyə, mütəxəssis bildirdi.

Tam taxıl uşağınızın sağlam qidalanması üçün lazım olan lif, zülal və karbohidrat mənbələrindən biridir. Tam taxıllar müxtəlif ölçüdə, formada, rəngdə və ən əsası, fərqli dadda olur. Həmçinin vitamin və minerallarla zəngindir. Uşaqlar enerjinin çoxunu tam taxıllı məhsullardan almalıdır.

Amma tam taxıllı məhsullar alarkən diqqətli olmaq lazımdır. Bu zaman məhsulun rəngini əsas götürmək olmaz. Çünki şərbət və başqa əlavələr qatdıqda da  məhsul qəhvəyi rəng alır.

Qısacası, tam taxıllı məhsullar – sizin bütün ailə üzvlərinizin balanslı, çeşidli qida rasionunun ayrılmaz bir hissəsidir. Həm də çox ləzzətlidir.

Maraqlıdır

Laksatif xəstəliyin elmi izahı

Bu gün etiraf etməliyik ki, insanın psixi fəaliyyəti, müasir informasiya axını, gərgin rejim  həzm orqanlarının funksiyalarına getdikcə daha pis təsir edir və fiziki fəaliyyətin paradoksal şəkildə azalması ilə müşayiət olunur. Son vaxtlara qədər hesab edilirdi ki, xroniki qəbizlikdən əziyyət çəkənlər dünyadakı yetişkin insanların, orta hesabla, 12%-ni təşkil edir. Bu gün III Roma Funksional Patoloji konsensusuna (2006) görə, bu problemdən əziyyət çəkənlərin sayı 2 dəfə artaraq 27%-ə çatıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *