
NDDP (Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası İctimai Birliyi) üzvlərinin görüşündə «Nutrisioloqun karyera yolu: Başlanğıcdan uğura doğru» təlim keçirildi.
Təlim zamanı NDDP rəhbəri Dr. Sevinc Zaman karyera strategiyasının qurulması zamanı səhvərlərdən necə qaçmaq barədə qiymətli məsləhətlər paylaşdı. Onun çıxışı, xüsusilə diyetologiya və nutrisiologiya sahəsində öz peşəkar yoluna yeni başlayan üzvlər üçün faydalı oldu.
Yeni üzvlərə NDDP-nin xüsusi üzvlük kartları təqdim edildi. Artıq cəmiyyət tərəfindən təqdim olunan müxtəlif imkanları onlara əlçatan olub: konfranslarda, seminarlarda, təhsil proqramlarında iştirak, peşəkar əməkdaşlıq və özünürealizasiya imkanları.
Görüş zamanı gələcək planlar müzakirə edildi və iştirakçılar təşkilatın fəaliyyətində öz iştiraklarını necə görmək istədikləri barədə fikirlərini bölüşdülər. Bu, hər bir üzvün gözləntilərini və təkliflərini ifadə etməsinə şərait yaratdı və cəmiyyətin daha da inkişafına və möhkəmlənməsinə kömək edir.
NDDP, diyetologiya sahəsində peşəkarlar üçün əvəzolunmaz bir platforma olaraq qalır, onları təcrübə və bilik mübadiləsi, həmçinin böyümə və inkişaf üçün yeni imkanlar yaratmaq məqsədi ilə birləşdirir.





