Plazmada mövcud olan yağ turşuları ya efirləşdirilir və bu vəziyyətdə əsasən albuminlə bağlı olur və ya efirləşdirilmir və sərbəst vəziyyətdədirlər. Sərbəst yağ turşuları (FFAs) 5-ci sinif lipoproteinlərin bir hissəsidir. Sonuncu, albumin molekulunun iki xüsusi bölgəsinə möhkəm bağlı olan uzun zəncirli yağ turşularından ibarətdir. Plazmada SYT səviyyəsinin artdıqda onlar bu molekulun əlavə hissələrini tuturlar, lakin bu vəziyyətdə əlaqə gücü daha az olur.
Daha ətraflıMüqəddəs Ramazan ayında oruc tutarkən necə qidalanmalıyıq?
Bütün müsəlmanların Ramazan bayramını təbrik edirik! 15 ildir ki, mən oruc tuturam və hər il həm bir həkim, həm də bir müsəlman olaraq, özüm üçün yeni bir şey öyrənirəm. Pasiyentlərim bu sualı mənə tez-tez verirlər: “Oruc tutaraq arıqlaya bilərəm”? Ona görə bu gün çalışacağam ki, bu sualı ətraflı cavablandırım. Təəssüf ki, çoxları elə bilir orucluq vaxtı yemək-içməkdən imtina etmək arıqlamağa və orqanizmi təmizləməyə kömək edəcək. Əslində isə, bu qədər bəsit deyil.
Daha ətraflıKarantin şəratində ürək-damar xəstələri nə yeməlidir və əl altında nə olmalıdır?
Məlum olduğu kimi, özünütəcrid şəraiti yenidən 2 həftə – mayın 4-dək uzadıldı. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında qeyd edilir. Bu müddət ərzində uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq və növbəti həftə ictimaiyyətə təqdim ediləcək. Amma nə qədər ki karantin davam edir, ürək-damar xəstələri özünə qulluq etməlidir. Məhz bu mövzuda danışmaq istəyirik.
Daha ətraflıKarantin və detoks
Sosial şəbəkələrdə izləyicilər tərəfindən bu kimi suallar tez-tez verilir: "Karantin dönəmində evdə olduğumuz üçün artıq çəki problemi yarana bilər. Biz detoks edərək, çəki itirə bilərikmi? Bu, bizim səhhətimizə mənfi təsir etməz ki?" Dietoloq, doktor Şumarə Qaracayeva bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.
Daha ətraflıUşaqlara tərəvəz sevdirməyin əsl zamanıdır
Hazırda - pandemiya vəziyyətində həm immunitetin qalxması üçün, həm də oturaq şəraitdə çəki almamaq üçün uşaqların bol miqdarda tərəvəz yeməsi vacibdir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, valideynlər evdə ikən uşaqlara tərəvəz sevdirməyin tam zamanıdır. Bunu hansı üsullarla edək? Pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, doktor Gülsüm Hüseynova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.
Daha ətraflıKoronavirusa qarşı ən yaxşı müdafiə – güclü immunitetdir!
Koronavirusun hazırda geniş şəkildə yayılmasına baxmayaraq, xəstələnmə riskini azaltmağın, özünü və ailəni qorumağın bir neçə yolu var. İmmun sistemini necə gücləndirmək olar? Diyetoloq, doktor Fəridə Həsənova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.
Daha ətraflıUşaqlar üçün ev şəraitində və artıq çəki yığmadan necə bayram keçirmək olar?
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə, ev şəraitində qalmaqla, əksər uşaqlar passiv həyat tərzi keçirirlər. Bu dövrdə bir tərəfdən hipodinamiya digər tərəfdən alimentar faktorlar uşaqlarda ən az koronavirus qədər ciddi olan, müasir dövrümüzdə epidemiya şəklində yayılmış uşaq piylənməsinə səbəb ola bilər.
Daha ətraflıNutrisioloq – diyetoloq kimdir?
Son zamanlar çox müzakirə olunan məsələlərdən biri – yalnız həkimlərin diyetoloq, ya nutrisioloq olmaq və məsləhət vermək hüququna malik olmasıdır. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu gün tibb təhsili olmayan insan da Nutrisioloq-Diyetoloq ixtisasına yiyələnə bilər.
Daha ətraflıOlimpiyaçılar üçün öyrənməyə dəyər 3 qida vərdişi
Məşq öncəsi və sonrası düzgün qidalanma idmançıların gündəlik həyatında çox böyük rol oynayır. Və əgər sən Dünyanın əsas idman tədbiri - Olimpiya Oyunlarında ölkənin adını uca tutmağa gələn ən yaxşı idmançılardan birisənsə, deməli qidalanma sistemi daha mükəmməl şəkildə planlaşdırılmalıdır.
Daha ətraflıTez-tez qida qəbulu diabetə gətirib çıxarır
Indiyə qədər alimlər hesab edirdilər ki, tez –tez lakin kiçik porsiyalarla qidalanmaq lazımdır. Lakin müasir tədqiqatlar belə bir pəhrizin zərərini sübut edir.
Daha ətraflı