Karantin şəratində ürək-damar xəstələri nə yeməlidir və əl altında nə olmalıdır?

Məlum olduğu kimi, özünütəcrid şəraiti yenidən 2 həftə  – mayın 4-dək uzadıldı. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında qeyd edilir. Bu müddət ərzində  uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq və növbəti həftə ictimaiyyətə təqdim ediləcək. Amma nə qədər ki karantin davam edir, ürək-damar xəstələri özünə qulluq etməlidir. Məhz bu mövzuda danışmaq istəyirik.

Ürək-damar xəstəliyinin olması ilə koronavirusa yoluxma riskinin daha da artması arasında bir əlaqənin olduğu qeyd edilmir, lakin bu insanların yoluxma riski daha yüksəkdir. Buna görə bu xəstələr ciddi şəkildə təcrid olunmalıdırlar.

ANDOP mütəxəssisi, kardioloq-diyetoloq, həkim İradə Abdullayevanın dediyi kimi,

özünütəcrid şəraitində ürək xəstələri təlaşa düşməməlidir – bu çox vacibdir.

  • Həkiminizin təyin etdiyi dərmanları vaxtaşırı qəbul etmək lazımdır. Hər ehtimala qarşı, evdə təcili hallar üçün bu dərmanlar olmalıdır: tabletlər – kaptopril 25 mq, nitroqliserin, aspirin, furosemid 40 mq, izoptin 40 mq, konkor kor; ampulalar – maqnezium sulfat, dibazol,

“Bu dərmanları sizi müalicə edən həkiminizlə məsləhətləşmədən, özbaşına istifadə etmək tövsiyə edilmir” –deyə, mütəxəssis bildirdi. Həmçinin onu da qeyd etdi ki, bu dərmanlar  yalnız təcili hallarda təyin olunur: hipertonik kriz, miokard infarktı və paroksizmal taxikardiya tutması zamanı

Qidalanmaya gəldikdə isə, qida rejimlə qəbul edilməlidir. Daha doğrusu, eyni intervalla müəyyən bir vaxtda tez-tez, hissə-hissə — gündə 5-6 dəfə kiçik miqdarda.

— Rasiondan sadə karbohidratları (ağ buğda unundan hazırlanmış çörək məhsulları, qənnadı məmulatları və bütün xəmir xörəkləri ) çıxartmaq, əvəzində mürəkkəb karbohidratlardan istifadə etmək (tam taxıl unundan çörək və makaron, dənli bitkilər), gündəlik duzun miqdarını 2-5 qrama qədər ( 1-2 çay qaşığı) azaltmaq lazımdır. Gün ərzində qəbul edilən ümumi mayenin miqdarını 1 litrə qədər azaldın, ürək-damar və sinir sistemini qıcıqlandıran qidaları (tünd çay, qəhvə, enerji içkiləri) rasiondan çıxardın, qaz yaradan qidaları (kələm, paxlalılar və s.) azaldın, qida liflərinin (tərəvəz, meyvə, kəpək) istifadəsini isə artırın, — deyə, mütəxəssis yekunlaşdırdı.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *