Olimpiyaçılar üçün öyrənməyə dəyər 3 qida vərdişi

Məşq öncəsi və sonrası düzgün qidalanma idmançıların gündəlik həyatında çox böyük rol oynayır.  Və əgər sən  Dünyanın əsas idman tədbiri — Olimpiya Oyunlarında  ölkənin adını uca tutmağa gələn ən yaxşı idmançılardan birisənsə, deməli qidalanma sistemi daha mükəmməl şəkildə planlaşdırılmalıdır.

Təsəvvür edin ki, gününüz qaçışdan, üzgüçülükdən, gimnastikadan  və yarış üçün möhkəmləndirici məşqlərdən ibarətdir. Çox yorucu səslənə bilər amma bu olimpiya idmançıları üçün adi bir gündür. Lakin onlar üçün başqa bir olimpiya məşqi daha var – düzgün qidalanma. Bir çox idmançılar gündəlik məşqlərinə sərf olunan enerjini toplaya bilmək üçün  gün ərzində çox böyük kalori qəbul edirlər ( bəziləri gün ərzində 8000 kaloriyə qədər).

Olimpiya idmançıları nə yeyirlər və onların hansı qaydalarını biz öz rasionumuza daxil edə bilərik? 

Kalori əhəmiyyət kəsb etsə də,hər olimpiya iştirakçısının nə qədər kalori qəbul edəcəyini bilmək mümkün deyil. Onların hər birinin öz peşəkarlıqlarına, idman növlərinə və hazırlıq dərəcələrin görə  müxtəlif təlabatları var. Lakin onlar bilirlər ki, istənilən vəziyyətdə seçim sağlam qidalanma olmalıdır.

Tibb Üzrə Fəlsəfə doctoru , bir çox amerikalı idman mütəxəsisləri ilə işləyən dietoloq  Ceyson Maçovskinin sözlərinə görə olimpiyaçıların qidalanmasında ən önəmli aspektlərdən biri qidalanma planının düzgün hazırlanmasıdır hansı ki, idmançının gündəlik məşqi əsasında hazırlanır və özündə məşq üçün lazım olan bütün komponentləri -karbohidratları, zülalları birləşdirir. Belə pəhriz planı idmançının sağlamlığını və immunitetini qoruyur, eyni zamanda məşq və yarış zamanı idmançının fəaliyyətini gücləndirir.

  • məşqinizdən və ümumi sağlamlığınızdan məmnun qalmaq üçün sağlam qidaları seçin. Nə qədər sağlam olsanız, bir o qədər özünüzü yaxşı hiss edəcəksiniz və bədəniniz idman salonunda çəkdiyiniz əziyyətə daha yaxşı cavab verəcəkdir.
  • məşqdən əvvəl doyumlu bir porsiya yemək, məşq zamanı özünüzü daha yaxşı hiss etməyə və daha uğurlu məşq etmənizə kömək edəcəkdir.

Karbohidratlar, karbohidratlar və yenə də karbohidratlar

Karbohidratlar idmançılar üçün əsas enerji mənbəyidir və sutkalıq rasionun  təxminən 55- 65 faizini təşkil edir. Gündəlik kalori və yaxud karbohidratların miqdarını hesablamaq istəməyən idmançılar üçün Amerikalı dietoloqlar qidalanmanın sadələşmiş sistemini  hazırladılar. Onlar idmançılar üçün yüngül məşq günlərində ½ boşqab tərəvəz, ¼ taxıllar qurupu  və  ¼ boşqab zülal  qidaları yeməyi tövsiyə etdilər. Orta məşq günlərində taxılların sayı 1/3 boşqaba qədər artır və intensiv məşq günlərində bir boşqabın yarısını təşkil edir. Bu cür qidalanma sistemi idmançılara düzgün miqdarda karbohidrat qəbul etməyə və balanslaşmış qida planı ilə məşqlərdən  lazımı enerjini almağa imkan verir.

  • bu cür qidalanma qaydasına riayət edə və onu öz gündəlik məşq həyatınıza daxil edə bilərsiniz.

 Bərpaetmə böyük rol oynayır

Olimpiadaya hazırlıq zamanı idmançılar üçün məşqdən sonra qidalanma vacibdir. Onların hamısı məşq başa çatdıqdan dərhal sonra kifayət qədər miqdarda protein və karbohidrat qəbul etməyə çalışırlar. Onların əksəriyyəti şokoladlı süddə, dondurulmuş çiyələk və banan ilə sağlam və məmnunedici bir smuzi  seçirlər.

  • məşqdən sonra orqanizmin bərpası ən vacib mərhələdir ki, özünü yaxşı hiss etmək və növbəti məşq üçün gücünü bərpa etmək məhz buna bağlıdır. Ardıcıl məşqlərdən sonra sizin əzələləriniz zülallara və karbohidratlara ehtiyac duyur. Şokoladlı süd enerjinin bərpası üçün ən yaxşı seçimlərdən biridir.
  • əgər siz hər hansı bir yarışmaya hazırlaşırsınızsa həmin gün özünüzün adəti sağlam qidalanma programınızı dəyişməyin. Əks halda sizin mədəniz bunu qəbul etməyə bilər.

Biz sizə , olimpiya idmançılarının necə qidlandıqları barədə söhbət açdıq. Siz də öz məşqlərinizdən mümkün qədər faydalanmaq istəyirsinizsə onların qidalanma sistemindən özünüz üçün bir şey götürə bilərsiniz.

Maraqlıdır

Allergiyanın yaranma mexanizmi

Təəssüf ki, insanların əksəriyyəti allergiyadan əziyyət çəkir. Allergiya nədir? Başlayaq hüceyrədən! Hüceyrədən danışmasaq, allergiyanın nə olduğunu izah edə bilmərik. Çünki bütün proseslər hüceyrə səviyyəsində gedir

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *