Təlimlərimizə aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/teeFR3n1ZrqKv2SG8
Marina İsmayıl, bioloq:
“Hazırda internetdə düzgün qidalanma mövzusunda xeyli sayda maraqlı məqalə tapmaq mümkündür. Lakin bütün bunlara peşəkar səviyyədə diqqət yetirəndə başa düşürsən ki, hər bir insana, onun mənəvi və fiziki vəziyyətinə olduqca fərdi qaydada yanaşmaq lazımdır. Bütün bunlar kifayət qədər çətindir və müvafiq təcrübə tələb edir. Mən uzun müddət bu bilikləri harada əldə edə biləcəyimi axtarırdım, hətta xarici ölkələrə səfər etməyə hazırlaşırdım, sən demə doğma Bakımızda bu kurslar bu cür yüksək səviyyədə təşkil edilmişdir. Bəxtim gətirdi və dərhal bu fürsətdən istifadə etdim”.