Uşaqlara tərəvəz sevdirməyin əsl zamanıdır

Müasir dövrümüzdə əksər uşaqlar tərəvəz yeməkdən imtina edir. Bilirik ki, tərəvəzlər müxtəlif vitamin, mineral və liflərlə zəngindir. Hazırda – pandemiya vəziyyətində həm immunitetin qalxması üçün, həm də oturaq şəraitdə çəki almamaq üçün uşaqların bol miqdarda tərəvəz yeməsi vacibdir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, valideynlər evdə ikən uşaqlara tərəvəz sevdirməyin tam zamanıdır. Bunu hansı üsullarla edək?

Pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, doktor Gülsüm Hüseynova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.

Uşaqlar hər zaman valideynlərinə oxşamaq istəyirlər, onlardan örnək alırlar. Bol miqdarda tərəvəz yeməklə onlara nümunə ola bilərsiniz.

Tərəvəzləri uşaqların tez-tez görəcəkləri və asanlıqla götürə biləcəkləri yerdə saxlayın. Masanın üzərinə konfet, şirniyyat əvəzinə, meyvə, tərəvəz qoyun.

Tərəvəz yemək vərdişini uşaqlarda körpəlikdən yaratmağa çalışın. Eyni tərəvəzi  kiçik yaşlı uşaqlara 10 dəfəyə qədər fasilələrlə təklif edin. Əksər uşaqlarda qidalanma vərdişi  gec formalaşır. Bir müddət əvvəl imtina etdiyi qidanı uşaqlar sonra sevməyə başlayırlar. Amma sadəcə təklif edin, məcbur etməyin. Bu, əks reaksiyaya səbəb ola bilər, uşaq təzyiq edildiyi  üçün imtina edər.

Tərəvəz almağa uşağınızla birlikdə gedin və ona istədiyi tərəvəzləri seçməyi təklif edin. Özünün aldığı tərəvəzə uşağın marağı daha çox olacaq. Bu üsulu karantin bitəndən sonra sınayın.

Əkməyə yeriniz varsa, uşaqlarla birlikdə tərəvəz əkin və məhsulları birlikdə toplayın. Hazırda marketlərdə uşaqlar üçün bostan aksesuarları satılır. Ev səraitində kiçik  tərəvəzlər, göyərti əkə bilərsiniz.

Tərəvəz salatını birlikdə hazırlayın, uşağa özünün hazırladığını yemək daha maraqlı olacaq. Tərəvəz salatına uşağınızın sevdiyi başqa inqridiyentləri də əlavə edin (məsələn, xama, qatıq, hər hansı bir meyvə və s).

Oyun xarakterli olması üçün tərəvəzləri fərqli formalarda kəsib, uşağınıza təklif edə bilərsiniz.

Maraqlıdır

“Yaşlılarda qidalanma” mövzüsunda görüş keçirildi

2024-cü il 26 senytabr tarixində Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası akademiyası (ANDOP) DOST mərkəzləri tərəfindən evdə səyyar sosial xidmət gostərilən vətəndaşlara "Yaşlılarda qidalanma" mövzüsunda görüş keçirtdi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *