Classic Layout

Müqəddəs Ramazan ayında oruc tutarkən orqanizmdə nə baş verir?

Orucluqda düzgün qaydada qidalanmaq üçün həmin ərəfədə orqanizmdə nə baş verdiyini bilmək lazımdır. Alimlər  sübut ediblər ki, orucluq zamanı sağlam insanın orqanizmi 3 mərhələdən keçir. Bunu nəzərə alaraq, mən bir diyetoloq kimi tövsiyə edirəm ki, orqanizmə zərər verməmək və bu mərhələləri rahat keçirmək üçün müəyyən bir qidalanma rejimi olmalıdır. Gəlin bu mərhələləri bir-bir nəzərdən keçirək.

Daha ətraflı

Sərbəst yağ turşuları (I hissə)

Plazmada mövcud olan yağ turşuları ya efirləşdirilir və bu vəziyyətdə əsasən albuminlə bağlı olur və ya efirləşdirilmir və sərbəst vəziyyətdədirlər. Sərbəst yağ turşuları (FFAs) 5-ci sinif lipoproteinlərin bir hissəsidir. Sonuncu, albumin molekulunun iki xüsusi bölgəsinə möhkəm bağlı olan uzun zəncirli yağ turşularından ibarətdir. Plazmada SYT səviyyəsinin artdıqda onlar bu molekulun əlavə hissələrini tuturlar, lakin bu vəziyyətdə əlaqə gücü daha az olur.

Daha ətraflı

Müqəddəs Ramazan ayında oruc tutarkən necə qidalanmalıyıq?

Bütün müsəlmanların Ramazan bayramını təbrik edirik! 15 ildir ki, mən oruc  tuturam və hər il həm bir həkim, həm də bir müsəlman olaraq, özüm üçün yeni bir şey öyrənirəm. Pasiyentlərim bu sualı mənə tez-tez verirlər: “Oruc tutaraq arıqlaya bilərəm”? Ona görə bu gün çalışacağam ki, bu sualı ətraflı cavablandırım. Təəssüf ki, çoxları elə bilir orucluq vaxtı yemək-içməkdən imtina etmək arıqlamağa və orqanizmi təmizləməyə kömək edəcək. Əslində isə, bu qədər bəsit deyil.

Daha ətraflı

Karantin şəratində ürək-damar xəstələri nə yeməlidir və əl altında nə olmalıdır?

Məlum olduğu kimi, özünütəcrid şəraiti yenidən 2 həftə  – mayın 4-dək uzadıldı. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında qeyd edilir. Bu müddət ərzində  uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq və növbəti həftə ictimaiyyətə təqdim ediləcək. Amma nə qədər ki karantin davam edir, ürək-damar xəstələri özünə qulluq etməlidir. Məhz bu mövzuda danışmaq istəyirik.

Daha ətraflı

Koronavirus və onun ən böyük fəsadı – STRES

Dünyanın digər ölkələri kimi, Azərbaycan da yeni pandemiya ilə - koronavirusla aktiv şəkildə mübarizə aparır. Bu mübarizə bizim alışdığımız həyat tərzini dəyişdi və təbii ki, nəticəsiz ötüşmədi. Bu gərgin vəziyyət bizim güclü stres keçirməyimizə səbəb oldu. Bu streslə mübarizə aparmağın yolları haqqında danışmaq istəyirik.

Daha ətraflı

Pandemiya zamanı ürək xəstələri nə etməlidir?

Dünyada anidən COVİD-19 virusunun peyda olması hamımızı həyat tərzimizi dəyişməyə və özünütəcrid rejiminə keçməyə məcbur etdi. Risk qrupuna daha çox yaşlılar, həmçinin, müxtəlif xəstəliklərdən, habelə ürək xəstəliklərindən əziyyət çəkən insanlar daxildir. Bu barədə bizə doğru məlumat verməyi ANDOP mütəxəssisi, kardioloq-diyetoloq, həkim İradə Abdullayevadan xahiş etdik.

Daha ətraflı

Karantin və detoks

Sosial şəbəkələrdə izləyicilər tərəfindən bu kimi suallar tez-tez verilir: "Karantin dönəmində evdə olduğumuz üçün artıq çəki problemi yarana bilər. Biz detoks edərək, çəki itirə bilərikmi? Bu, bizim səhhətimizə mənfi təsir etməz ki?" Dietoloq, doktor Şumarə Qaracayeva bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.

Daha ətraflı

Uşaqlara tərəvəz sevdirməyin əsl zamanıdır

Hazırda - pandemiya vəziyyətində həm immunitetin qalxması üçün, həm də oturaq şəraitdə çəki almamaq üçün uşaqların bol miqdarda tərəvəz yeməsi vacibdir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, valideynlər evdə ikən uşaqlara tərəvəz sevdirməyin tam zamanıdır. Bunu hansı üsullarla edək? Pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, doktor Gülsüm Hüseynova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.

Daha ətraflı

13 aprel tarixindən «KETO-DIYET» qeyri həkimlər üçün ONLINE təlim başlayır

Keto pəhrizi haqqında onlayn rejimdə hərtərəfli məlumat əldə etmək istəyirsiniz? ANDOP «KETO pəhrizi. Mitoxondrial disfunksiyanın neyrodegenerativ və metabolik xəstəliklərdə rolu» təlim proqramı çərçivəsində distant təlimə başlayır.Evdə təcridedilmə şəraitində 2 həftə ərzində kursu bitirib, xüsusi bilik əldə edə bilərsiniz. Təlimin nəticələrinə əsasən, sertifikat verilir. Daha ətraflı: «KETO pəhrizi. Mitoxondrial disfunksiyanın neyrodegenerativ …

Daha ətraflı