Müqəddəs Ramazan ayında oruc tutarkən orqanizmdə nə baş verir?

Orucluqda düzgün qaydada qidalanmaq üçün həmin ərəfədə orqanizmdə nə baş verdiyini bilmək lazımdır. Alimlər  sübut ediblər ki, orucluq zamanı sağlam insanın orqanizmi 3 mərhələdən keçir. Bunu nəzərə alaraq, mən bir diyetoloq kimi tövsiyə edirəm ki, orqanizmə zərər verməmək və bu mərhələləri rahat keçirmək üçün müəyyən bir qidalanma rejimi olmalıdır. Gəlin bu mərhələləri bir-bir nəzərdən keçirək.

Müəllif: həkim İradə Abdullayeva, kardioloq, diyetoloq, ANDOP mütəxəssisi

Birinci mərhələ (adaptasiya) 10 gün çəkir. Bu mərhələdə orqanizm aclığa tədricən öyrəşməyə başlayır və qaraciyərdə toplanmış ehtiyat qlükozadan istifadə edir. Sonra digər dəyişikliklər baş  verir: maddələr mübadiləsi və orqanizmin bütün funksiyaları zəiflədiyi üçün bədənin hərarəti bir qədər azalır (enerjiyə qənaət üçün maddələr mübadiləsi zəifləyir), qanda şəkərin səviyyəsi düşür. Belə ki, orqanizm qaraciyərdəki ehtiyat qlükogendən istifadə edir. Orucluğun təqribən 7-ci günündə (2-3 gün gec və ya tez də ola bilər) asidotik böhran (artmış asetonun qandan xaric olunması) baş verir. Bu proses oksigen çatışmazlığı, fiziki cəhətdən zəiflik hissi, ağızdan aseton qoxusunun gəlməsi və temperaturun artması ilə özünü göstərir. Növbəti gün bu əlamətlər yoxa çıxır, orqanizm sanki yenilənir, yemək istəyi qətiyyən olmur. Daxilən rahatlıq və eyforiya hissi olur. Orqanizm ona lazım olmayan hər şeyi: ölmüş hüceyrələri, karbohidrat artıqlarını, çökmüş yağları məhv edir. Orqanizm daxilən özünü bərpa edir. O, enerjini bədənin bütün hissələrinə lazımi qaydada paylayır: üstünlüyü isə ən vacib orqanlara–baş və ürəyə verir. Bütün bunlar orqanizmin enerjisini sürətlə yaxşılaşdırır. Birinci mərhələdə qidalanma bütün nutriyentlərlə zəngin və balanslı olmalıdır.

Sonrakı mərhələ (detoksikasiya) – bu mərhələdə orqanizm artıq aclığa öyrəşib. Təxminən 8-15 günə orqanizm tamamilə adaptasiya olur və toksinlərdən təmizlənməyə başlayır. Bu mərhələdə yoğun bağırsaq, qaraciyər, böyrək və dəri detoksikasiya prosesindən keçir.

Bu mərhələdə orqanların funksionallığı maksimum səviyyəyə çatır; yaddaş və konsentrasiya yaxşılaşa bilər; daha çox enerji yarana bilər. Bu mərhələdə heyvani zülalları, karbohidratları azaltmaq, suyu və tərəvəzləri  isə artırmaq lazımdır.

15-30 günə  üçüncü mərhələ – yenilənmə baş verir. Hüceyrələrin genetik aparatı yeniləndiyi üçün aclıq zamanı yeni kök hüceyrələr əmələ gəlir və bəzi orqanlarda əlavə hüceyrələr yaranır. Köhnə, məhv olmuş hüceyrələrin xaric olunması və yeni kök hüceyrələrin, toxumaların yaranması nəticəsində orqanizm cavanlaşır. Bu dövrdə orqanizm faydalı yağlar, zülallar və tərəvəzlərlə qidalanmalıdır. Dehidrasiyanın (orqanizmin susuzlaşması) qarşısını almaq üçün bədən lazımi miqdarda su ilə (8-10 stəkan) təmin edilməlidir. Bunlar riayət etməli olduğunuz ümumi qaydalardır. Ancaq hər bir insanın fərdi xüsusiyyətləri, saat və mövsümi amillər var. Bunlar mütləq nəzərə alınmalıdır.

Uca Allah dualarınızı və orucunuzu qəbul etsin!

Maraqlıdır

“Yaşlılarda qidalanma” mövzüsunda görüş keçirildi

2024-cü il 26 senytabr tarixində Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası akademiyası (ANDOP) DOST mərkəzləri tərəfindən evdə səyyar sosial xidmət gostərilən vətəndaşlara "Yaşlılarda qidalanma" mövzüsunda görüş keçirtdi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *