Son illərin çoxsaylı araşdırmalar göstərmişdir ki, SYT təkcə yüksək enerjili yanacaq deyil, həm də vacib siqnal molekullarıdır. Onların konsentrasiyası əzələlərdə qlükoza istifadəsinin intensivliyinə təsir edən vacib tənzimləyici amildir. Bundan başqa, adipoz toxuma, insulinə qarşı həssaslığa təsir göstərən (bunlar adiponektin və leptindir), xüsusən də şiş nekrozu amili-α (TNF-alfa), rezistin və s adipositokinlər adlanan çox sayda amil ifraz edən ən vacib endokrin orqandır.
Müəllif: Könül Kərimova, Tibb üzrə fəlsəfə doktoru, ANDOP mütəxəssisi
SƏRBƏST YAĞ TURŞULARI (I hissə)
Adipoz toxumanın kütləcə artması onun həddindən artıq lipolizini də yüksəldir. Normalda, SYT yağ toxumalarından sərbəst buraxılması ciddi tənzimlənir, digər toxumalara enerji ehtiyaclarını lazımi şəkildə ödəmək üçün zəruri dərəcədə balanslaşdırılmış bir miqdar təmin edir. Lakin, yağlarla bəarabər patoloji olaraq artan siqnal molekulları da (xüsusən TNF-alfa) qan dövranına keçir, bu da metabolik homeostazın pozulmasına səbəb olur.
Beləliklə, insulinin təsir mexanizminin pozulması və İR-in başlanmasına səbəb olan ən erkən hadisələr məhz adipoz hüceyrələrdə başlayır və bu qlükozaya qarşı tolerantlığın pozulmasından çox əvvəl baş verir.
Sərbəst yağ turşuları: insulin rezistentliyi mexanizminin dərk edilməsinin açarıdır
Qan zərdabındakı sərbəst yağ turşularının profili cinsdən və yaşdan, pəhrizdən, hormonal vəziyyətdəki dəyişikliklərdən asılı olaraq dəyişir; məsələn, adrenalektomiya və ya kastrasiya yağ turşularının profilinin dəyişməsinə səbəb olur. SYT konsentrasiyasındakı dəyişiklik, öz növbəsində, hormonal məlumatların ötürülməsinin iki mərhələsində əhəmiyyətli dəyişikliklərə səbəb olur: qlükokortikoidlərin plazmadakı xüsusi daşıyıcı zülallara və toxuma reseptorlarına bağlanması.
Müasir baxımdan, SYT artıq metabolik proseslərdə iştirak edən passiv substratlar kimi qəbul edilmir. SYT vacib metabolik siqnallar və lipid pozğunluqlarının iştirakçısıdır. Bir sıra vəziyyətlərdə, hormonlara bənzər molekullar kimi davranırlar, genlərin transkripsiyasına təsir edir, bir sıra reseptorlara bağlanırlar.
SYT və ya onların törəmələri ilə əlaqə yaradan reseptorlar arasında peroksisom proliferatorla aktivləşdirilən reseptorlar olan PPARs xüsusi yer tutur. Bağırsaqda çox miqdarda əmələ gələn G-zülalla birləşən GPR120 reseptoru, doymamış uzun zəncirli SYT üçün reseptor rolunu oynayır. GPR120-nin sərbəst yağ turşuları ilə stimullaşdırılması GLP-1 ifrazını artırır və bu da öz növbəsində dövr edən insulinin miqdarını artırır.
Xarici tibbi ədəbiyyatlarda, yağ toxumalarında olan trigliseridlərin hidrolizi nəticəsində əmələ gələn sərbəst yağ turşuları “miokard tablosundakı qırmızı işıq” kimi dəyərləndirilir. Onların plazma səviyyəsinin artması artan təhlükə haqqda xəbər verir: əvvəlcə metabolik sindrom, daha sonra insulinə müqavimət, diabetik kardiomiopatiya və daha sonra ürək-damar xəstəliyi. Sonra isə bu işıq sönə bilər və miokard nekrozu markerlərinin «işıqları» yanır, bu isə «geriyə dönüş nöqtəsinin» keçdiyini göstərir.
Beləliklə, SYT səviyyəsinin yüksəlməsi birbaşa piylənmə ilə əlaqəlidir, yəni bu “işıqlar” son nöqtənin inkişafından çox əvvəl yanır ki, bu da korreksiyaedici tədbirlərin vaxtında və səmərəli aparılmasına imkan yaradır.
Son tədqiqatların çoxsaylı nəticələri açıq şəkildə göstərir: artıq əmələ gəlmiş piy toxuması səbəbindən SYT səviyyəsinin yüksəlməsi — əgər ilk deyilsə, ən azı insulin rezistentliyinin əsas səbəblərindən biridir. Piylənmə, metabolik sindrom və tip 2 diabet xəstəliyindən əziyyət çəkən xəstələrin əksəriyyətində bir çox toxumada – yağ, əzələ, qaraciyər və endotel hüceyrələrində insulin rezistentliyinə səbəb olan SYT səviyyəsinin yüksəlməsi dəfələrlə və etibarlı şəkildə göstərilmişdir.
SYT, qlükozaya qarşı tolerantlığın pozulmasının və ŞD2 müstəqil prediktorudur.
Beləliklə, çox miqdarda yağ hüceyrələrindən SYT artan axını, həmçinin insulinə normal həssas olan toxumalarda trigliseridlərin və lipolizin saxlanması mexanizmlərindəki pozğunluqlar — bunlar insulin rezistentliyinin ən erkən əlamətləridir.
Vacib məqam odur ki, bu pozğunluqlar postprandial hiperglikemiyanın və ya aclıq zamanı hiperglikemiya inkişafından əvvəl aşkar edilir. Həqiqətən, SYT aclıq dövründə plazma səviyyəsində artımı, gələcəkdə qlükoza tolerantlığının pozulmasının ən erkən əlamətidir.