DNT testləri — sağlamlığa müasir yanaşma | Vebinar | 18 noyabr | 19:00
ANDOP sizi «DNT testləri — sağlamlığa müasir yanaşma» adlı interaktiv vebinara qatılmağa dəvət edir. Onlayn vebinar 18 noyabr saat 19:00-da baş tutacaq.
Vebinarda iştirak ÖDƏNİŞSİZDİR! Vebinar rus dilində keçiriləcək.
Vebinarın video yazısını baxmaq üçün
Bu, sizin üçün maraqlı və faydalı məlumat olacaq. Vebinar Zoom Meeting platformasında baş tutacaq.
Vebinarın aparıcısı: Dr. Anna KİSELEVA, Profilaktik və qocalma əleyhinə tibb doktoru, qastroenteroloq, DNT diyetoloqu, terapevt
İnsan haqqında, eləcə də onun inkişaf proqramı haqqında bütün irsi məlumatlar genlər zəncirində saxlanılır. Onları genetik analiz aparmaqla öyrənmək olar.
DNT testi nəyi göstərə bilər
🔸️Qidaya reaksiyaları (süd, gluten, qəhvə, spirt, duz);
🔸️Zülalların, yağların, karbohidratların mübadiləsinin xüsusiyyətlərini;
🔸️Arıqlamaq və ya çəki artırmaq üçün pəhrizi;
🔸️Ateroskleroz, 2-ci tip şəkərli diabet, insulin müqaviməti, arterial hipertenziya, onkologiya və s. kimi xəstəliklərin riskləri;
🔸️optimal idman və məşq rejimi;
🔸️həzm qabiliyyəti və vitamin çatışmazlığı riski (B6, B9, B12, A, C, E, D, omeqa-3).
Genetik test əsasında xəstəliklərin riskini azaltmaq üçün tədbirlər görmək və xəstələrin vəziyyətini izləmək üçün lazım olan diaqnostik prosedurlar təyin etmək mümkündür.