İnsan orqanizmasının doğru çalışması üçün bir balansın olması vacibdi. Necə ki, xoşbəxtliyin sirri həyatdakı yaşam balansını əldə etməkdirsə, xəstəliklərin qarşısını almaq bacarığı, orqanizmə daxil olan qida ilə (enerji ilə), istifadə olunan enerji arasındakı balansı doğru istiqamətləndirməyə dayanır. Bu məqalədə enerji xərclərinin tənzimlənməsində bəzi hormonların təsirindən danışacağıq.
Müəllif: Nərmin Novruzova, Həkim-diyetoloq, Cərrah, ANDOP mütəxəssisi
Hormonlar – orqan və ya bir hüceyrə qrupu tərəfindən birbaşa qan dövranına daxil olan və tənzimlənməsi üçün digər orqan və ya toxumalara sahib üzvi maddələrdir. Həyatın davam etməsi üçün yağ, karbohidrat və zülal kimi substratlardan enerji əldə etmək və hüceyrələrin bütövlüyü və davamlılığı üçün ATF istehsal edilməlidir. İnsanlarda enerji balansı gündəlik dəyişən dinamik bir prosesdir. Enerji alışı və istifadəsi arasındakı sadə tarazlığa əsaslanan bu yoldakı catışmazlıqlar, obezlik, kaxeksiya və onlarla əlaqəli ikincili xəstəliklərə yol aça biləcəyi üçün həll edilməli vacib problemlərdir.
Enerji xərcləri bazal metabolik sürət, qida maddələrinin istilik effekti və fiziki fəaliyyətlə sərf olunan enerjinin cəmidir. Enerji alışına və iştaha nəzarətə təsir edən hormonlarla bağlı bir çox araşdırma aparılsa da, hormonların enerji xərclənməsində roluna dair araşdırmaların sayı çox azdır. Hormonların enerji xərcləmələrinə təsiri xüsusilə istirahət enerji xərcləmələrindəki (İEX) dəyişikliklərlə əlaqədardır. Bununla birlikdə İEX və ümumi enerji xərclərini qiymətləndirməkdə çətinliklər tədqiqatlardakı məhdudiyyətlərin əsas səbəbləridir.
Enerji mübadiləsində hormonlar
İnsulin
İnsulin Pankreasın Langerhans adalarında beta hüceyrələri tərəfindən ifraz olunur. Təxminən 6000 molekulyar ağırlığında iki polipeptid zəncirindən ibarətdir. Qan şəkərini azaltmaq, əzələlərdə və qaraciyərdə glikogenin əmələ gəlməsini artırmaq, qaraciyərdə qlükoneogenezi inhibə etmək və toxumalarda qlükoza istifadəsini artırmaq təsirinə malikdir.
2 tip diabet (DM) olan xəstələrdə qlükoneogenez və əlaqəli hiperqlikemiya artmaqdadır. Hiperqlikemiya enerji istehlak edən fizioloji bir prosesdir. Enerji xərclənməsinin bu artması səbəbindən nəzarətsiz Tip 2 DM olan xəstələrdə İEX ümumiyyətlə yüksək qiymətləndirildi. 2009-cu ildə nəşr olunan bir araşdırmada, hiperqlikemik DM olan xəstələrdə bədən kütləsi indeksində (BKI) oxşar olan normal qan qlükoza səviyyəsinə sahib insanlarla müqayisədə İEX daha yüksək olmuşdur. İnsulinin müalicəsi ilə qan şəkəri normallaşdıqda İEX 3-10% azaldığı görüldü. Tip 2 DM olan kök şəxslərdə, İEX-nin dərialtı insulin terapiyasının dayandırılmasından sonra 7 gün ərzində 3% azaldığı görüldü.
Aparılan bir çox araşdırmalara dayanaraq sonda söyləmək olar ki, yağsız bədən çəkisi və aclıq insulin səviyyəsi İEX-nə təsir göstərən vacib parametrlərdir.
Tiroid hormonları
Tiroid hormonları (TH) lipid maddələr mübadiləsi və metabolizm sürətinin vacib bir tənzimləyicisidir. Lipolizi stimullaşdırmaqla yağ turşularının enerji üçün istifadəsini artırır və bununla da yağ yığılmasının qarşısı alırır. Bununla birlikdə, toxuma üçün xüsusi olaraq dövr edən və ya sərbəst buraxılan tiroid hormon səviyyələri metabolik sürətdəki dəyişikliklərə görə təyin olunur. Piylənmədə serum tiroid hormonu səviyyəsindəki dəyişikliklər görülməkdədi.
Tiroid hormonları periferik toxumalarda və mərkəzi sinir sistemində iştirak edərək enerji homeastazını tənzimləyir. Hipotiroidizm İEX-ni azaldır və çəki artımına səbəb olur, hipertiroidizm İEX-ni artırır və kilo verməyə səbəb olur.
Tədqiqatların əhəmiyyətli bir hissəsi TH-nin enerji xərcləri ilə mütənasib olduğunu bildirsə də, TH-nin İEX-nə təsir etmədiyini və ya tərs mütənasib olduğunu bildirən araşdırmalar da mövcuddur. 885 eutroid iştirakçısı ilə aparılan bir araşdırmada (18-79 yaş, 18-79 yaş, ortalama bədən kütləsi indeksi-BKI: 28,6 kq / m2), TH və İEX ilə ürək-damar risk parametrləri arasındakı əlaqə çox dəyişkən reqressiya analizi apararaq araşdırıldı. Nəticədə, eutroid xəstələrində İEX; T3, T4 və TSH səviyyələri ilə əlaqəli olduğu aşkarlanmadı.
Patoloji və eksperimental müşahidələrə əsaslanan klinik tədqiqatlar TH-nin metabolik dərəcənin əsas tənzimləyicisi olduğunu açıq şəkildə ifadə edir. Normal fizioloji şəraitdə hipotalamik-hipofiz-tiroid (HPT) oxu serum TH səviyyəsini sabitləşdirir, enerji mübadiləsini sabitləşdirir, aclıq və ya uzun müddətli pəhriz məhdudluğu halında hipotalamus tərəfindən dövriyyəsiz TH səviyyəsini azaldaraq enerji xərcləri azalır və aclığa uyğunlaşma təmin edilir. Bədəndəki qəhvəyi yağ toxumasının (QYT) əsas funksiyası termogenezi dəstəkləməkdir; UCP-1 zülalı ilə idarə olunur, soyuq və ya həddindən artıq kalori qəbulu zamanı UCP-1 aktivləşdirilməsi artır, İEX artır və fizioloji uyğunlaşma təmin edilir. UCP-1 bədəndə TH və mərkəzi sinir sistemi (MSS) tərəfindən aktivləşdirilir.
Siçovullarda və ya hipotalamik AMP-aktivləşdirilmiş protein kinazasında sistemli hipertiroidizm, tiroid hormonunun mərkəzi idarəetmə səviyyəsində azaldığı və buna görə QYT-nin simpatik aktivləşdirilməsi və induksiyası stimullaşdırıldığı görüldü. Tiroid vəzində ifraz olunan T4 təsirsizdir və hədəf toxumaya çatdıqda aktiv forma T3-ə çevrilir. T4 əlavəsi İEX-ni artırır, T3 isə ağ yağ toxumasında UCP-1-ə həssas olan hüceyrələrin inkişafını stimullaşdırır. TSH, tiroid bezindən T4 ifrazını stimullaşdırır və T4-in T3 çevrilməsi QYT termogenezini artırır; buna görə də T3 və TSH həm QYT funksiyalarında vacibdir. Təsvir edilən bu birbaşa təsirə əlavə olaraq, tiroid hormonları QYT üçün hipotalamik yolun mərkəzi induktorlarıdır.
Nəticədə tiroid hormonları ümumi enerji xərclənməsinin əsas komponentlərindən biri olan termogenezi, həmçinin İEX-nə təsirini artıraraq enerji xərcləməsinə kömək edir.
Estrogen
Estrogen – qaraciyərdə lipoliz, insulin təmizlənmsini, glikogen ehtiyyatını və xolesterol ifrazını artırır, lipogenez, glikogenez və xolesterol sintezini azaldır.
Estrodiol E2 (17b-estradiol) qaraciyər, qəhvəyi və ağ yağ toxumalarına təsiri ilə enerji balansının bir çox pilləsində iştirak edir. Ağ yağ toxumaların iltihabını, diferensasiyasını və fibrozunu idarə edir. Qəhvəyi yağ toxumasında termogenezi oyadır. Hipotalamusdakı simpatik sinir sistemi vasitəsilə QYT fəaliyyətini idarə edir və qida qəbulunu tənzimləyir.
Estrogen eyni zamanda Krebs dovranındakı bir çox fermentlərinin ifadə və fəaliyyətində təsir edir.
Ümumi yağ miqdarı və qarın yağlanması, qadınlarda estrogen səviyyəsinin azalması və menopauza dövründə enerji xərcləməsi ilə artdığı fərziyyəsi ilə aparılan araşdırmada, premenopauzal dövrdə 156 qadının 4 il müddətinə təqib olundu. 4 gün qida istehlakı qeyd edildi, akselerometr ilə fiziki fəaliyyət, 24 saatlıq enerji xərcləməsi isə whole – room kalorimetr ilə ölçüldü. Dörd ilin sonunda bütün qadınlarda bədən yağının miqdarı artdı, ancaq menopauz dövrü qadınlarında visseral yağ toxuması daha çox artdı. Menopauza girənlərdə estrogen səviyyəsi və 24 saatlıq enerji xərcləri azaldı. Yağ oksidləşməsi menopauza girən qadınlarda 32% azalıb, olmayanlarda da dəyişiklik müşahidə edilmədi.
Estrogen, yağ oksidləşmə və termogenezə təsirləri səbəbindən qadınlarda təsirli bir hormondur.
Adrenalin
Adrenalin, noradrenalin və dofamin hormonları “katexolaminlər” adlanır. Bu hormonlar böyrəküstü vəzin medulla (beyin) hissəsində tirozin adlanan amin turşusundan əmələ gəlir. Bu amin turşusundan əvvəl DOPA, sonra dofamin və noradrenalin meydana gəlir. Noradrenalin son mərhələdə adrenalin hormonuna çevrilir. Noradrenalin adrenal vəzlərin 20% və adrenalin 80% ifraz olunur. Adrenalin stress vəziyyətlərində qanda sürətlə artır, buna görə də stress hormonu olaraq da bilinir. Qanda adrenalin artdıqda ürəkbulanma, nəbz sayının artması, qan şəkərinin artması, dərinin solğunluğu və əllərin tərləməsi baş verir. Adrenalin ürək tutması, astma və bəzi allergik xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur.
Enerji mübadiləsinə iki əsas təsir göstərir; qlükoneogenez stimullaşdırmaqla iştaha müsbət təsir göstərir və ağ piy toxumasının qəhvəyi toxumaya keçməyi UCP-1 stimullaşdırmaqla artırır.
Kortizol
Stress hormonu da adlandırılan Kortizol, təhdid anında meydana gələn stresin idarə edilməsindən məsul olan əsas steroid hormondur. Başqa sözlə, vücudumuzda bir təhlükə aşkar edildikdə ifraz olunan təbii qoruyucu cavabdır. Qan təzyiqi,qan şəkərinin səviyyəsini idarə etməyə, immunitet funksiyasını qorumağa və iltihablı bir reaksiyanın qarşısını almağa kömək edir. Yetərincə ifraz edildiyi zaman sağlam bir stimuldur, lakin miqdarı artdıqda sağlamlığa zərər verə bilər. Kortizolun miqdarı ümumiyyətlə orqanizm tərəfindən tənzimlənir.
Kortizolun əsas vəzifəsi təhlükə, təzyiq kimi vəziyyətlərin yaratdığı fiziki, zehni və mənəvi stresə qarşı bədənin müdafiə mexanizmlərini aktivləşdirməkdir. Beyindəki hipotalamus bir anlıq həyəcan verdikdə, hipofiz vəzisi böyrəküstü vəzlərə təsir edərək, lazımı miqdarda kortizol istehsal edən bir kimyəvi hormon (adrenokortikotrop) buraxır. Beləliklə, vücudunuza “döyüşmək, qaçmaq və ya dondurmaq” cavabı öz təsirini göstərir.
Funksiyaları
- Qan şəkərinin səviyyəsini (dolayısı ilə enerji) artırmaq üçün zülalı qlükozaya çevirir; sabit saxlamaq üçün insulin hormonu ilə birgə işləyir.
- Qan təzyiqini qorumağa
- Qəfil infeksiyanın inkişafının qarşısını almağa
- İmmunitet sisteminin tənzimlənməsində
- Anticisim istehsal edərək bədənin müdafiə mexanizmini artırmaq
- Karbohidrat, yağ və protein istifadəsini idarə etmək
- Yuxu-oyanma dövrünü tənzimləmək
- Yaddaşı qorumaq
- Su-duz balansını idarə etmək imkanı verir.
Stress ilə artan kortizol hormonu yağ və şəkərlə zəngin qidaların qəbulunu artırır. Kortizolun enerji xərcləməsinə təsiri onun qida qəbuluna təsiri qədər aydın deyil.
Kortizol QYT-na təsir edərək termogenezi inhibə edir, enerji xərcləmələrinə mənfi təsir göstərir. Kortizol səviyyəsinin daim yüksək olduğu hallarda, mitoxondrial funksiyalar təsirlənir və nəticədə serum qlükoza artır. Müvafiq tədqiqatlar, optimal mitoxondrial funksiyalar üçün kortizol səviyyəsinin normal səviyyədə saxlanılmasını təklif edir. Depressiyada kortizol səviyyəsinin artması qarın piylənməsi, sümük sıxlığının azalması, hipertenziya, mədəaltı vəz və diabet kimi bəzi yan təsirlərə səbəb ola bilər.
171 kök qadın və 21 normal çəki iştirakçısı (nəzarət qrupu) ilə aparılan bir araşdırmada, artıq çəkisi olan xəstələrdə sidik (24 saat) kortizol səviyyəsi daha yüksək olmuşdur. Kök insanların pəhrizinə baxdığımızda ümumiyyətlə yüksək enerji qidalarına üstünlük verdikləri görülür. Bundan əlavə, sidik kortizolu yüksək olanların daha yüksək karbohidrat, yağ istehlakı və həftəlik nişasta qəbulu olduğu bildirilir.
Nəticə
Hormonların enerji xərcləməsinə təsirini araşdırmaq üçün edilən bu araşdırma nəticəsində, mövzunun son illərdə maraq oyatdığı və elmi araşdırmalara məruz qaldığı müəyyən edildi, mövzu ilə əlaqədar araşdırmaların sayı artsada yenə də məhduddur.
Bir çox hormonların enerji metabolizmasına təsir göstərdiyi bilinir. Enerji alışını tənzimləyən hormonlar, yəni iştah mexanizmi və bu hormonların bir çoxunun təsir mexanizmi, xəstəliklərin müalicəsindəki yeri, mümkün qarşılıqlı təsir və s mövzusunda bir çox araşdırma var. Bununla birlikdə, hormonlar və enerji xərcləməsinə təsir mexanizmləri haqqında fikirlər tam aydın deyildir.
Tədqiqatlarda məhdudiyyətlərin ən vacib səbəblərindən biri istifadə olunan avadanlığın bahalı və praktik olmamasıdır.
Digər bir məhdudlaşdırıcı amil, araşdırmaların etik ölçüsüdür. Bəzi hormonlar hormon fəaliyyətlərini aşkar etmək üçün təsirsiz hala gətirilməlidir və ya stimullaşdırılmalıdır, bu da, insan sağlamlığı üçün təhlükə yarada bilər və tədqiqatlar ümumiyyətlə laboratoriya heyvanlarına əsaslanır.
Bəzi hormonlar üçün tədqiqatlar uzun müddətli təqib ehtiyacına görə məhdudlaşır. Uzunmüddətli təqiblərdə iştirakçılar arasında yaşanan rabitə problemləri səbəbiylə mövzu ilə bağlı tədqiqatlar çətinləşir, iş meyarlarına və iqtisadi yükün yüksək olmasına təminat vermək çətindir.
Ümumiyyətlə, son tədqiqatlara uyğun olaraq əldə edilən nəticələr aşağıdakı kimi ümumiləşdirilə bilər
Aclıq insulin səviyyəsi istirahət enerjisinin xərclənməsinə təsir edən vacib bir parametrdir. İnsulin, hiperqlikemiya ilə əlaqəli enerjiyə olan tələbatın artmasını tənzimləyir və istirahət enerjisi xərcləmələrini azaldır. Məlumdur ki, istirahət enerji xərcləri tiroid hormonu səviyyəsinə birbaşa mütənasibdir və son tədqiqatlar gündəlik enerji xərclənməsinin tiroid hormon səviyyəsindən təsirlənmədiyini və ya hətta mənfi korrelyasiyanı göstərdiyini göstərir. Estrogen, termogenez, ağ və qəhvəyi yağ toxumasına təsir etdiyi üçün qadınlarda enerji mübadiləsi üçün vacibdir. Kortizolun daim yüksək olduğu hallarda karbohidrat qida qəbulu artır və istirahət enerji xərcləmələrini yavaşlatır. Adrenalin iki şəkildə enerji mübadiləsində təsirli olur. Glukoneogenezi stimulə edərək iştaha təsir göstərir və UCP1-i stimullaşdıraraq, ağ yağ toxumasının qəhvəyi toxumaya keçməni artırır.
Son söz
Hansı hormonun daha çox təsir etdiyini soruşsaz demək nəinki çətin, hətta yanlış olardı. Çünki hər şey həyatda tarazlıq halinda gözəldi.
Mənim düşüncəmi soruşsaz Kortizol və İnsulin hormonunun bir birinə münasibəti orqanizmin balansı çalışmasında rolu danılmazdı. Əgər insan daim stress vəziyyətindədirsə heç bir sistemin balanslı işləməsindəm söhbət gedə bilməz. Xroniki stess – orqanizmə daxil olan qida maddələrinin mənimsilməsinin pozulmasına, o da bir çox xəstəliklərin əmələ gəlməsinə sərait yaradır. Burada önəmli nüans stresslə mübarizə aparmaq yollarını araşdırmaq və düzgün dəyərləndirməkdi.
Biz ANDOP komandası olaraq siz oxucuların maariflənməsində, qida vərdişlərinin doğru istiqamətləndirilməsində, piylənmədən əziyyət çəkənlərə bir mərkəz olaraq istər motivə edici istərsədə müalicə baxımından qatqımız toxunursa, sizlərə faydalı ola biliriksə bu bizim ən böyük uğurumuzdu.
Sizin sağlamlığınız bizim üçün önəmlidir!