Tag Archives: Nərmin Novruzova

Tiroid-bağırsaq oxu: Mikrobiota tiroid funksiyasına necə təsir edir?

İnsan öz mikrobiotası ilə simbiotik bir əlaqədədir. Trilyonlarla bakteriya insan bağırsağında, xüsusəndə yoğun bağırsaqda olur və əksəriyyəti iki dominant - Firmicutes və Bacteroides fəsiləsinə aid olduğu bilinir. Bakterial tərkibin formalaşması təbii doğuşla körpənin dünyaya gəlməsi anından başlayaraq və ana südü ilə qidalanması ilə davam edərək 3 yaşa qədər müddət çəkir.

Daha ətraflı

Sink sağlamlıq üçün nə dərəcədə faydalıdır?

Sink bütün canlı orqanizmlər üçün çox vacib mikroelementdir. O, bir çox biokimyəvi proseslərdə iştirak edir. 2020-ci ilin yanvar ayından etibarən, dünyanı bürüyən COVID-19 pandemiyası səbəbindən, bu gün  sinkin bir qida əlavəsi olaraq qəbulu son dərəcə populyarlaşıb. Bu məqalədə bütün minerallar və mikroelementlərin qida əlavələrinin həkim nəzarəti altında verilməli olduğu bildirilir.

Daha ətraflı

Insulin dirəncinin inkişafında kortizolun rolu

Bədənin stres hormonu olaraq geniş bilinsə də, kortizol bədənin müxtəlif funksiyalarına müxtəlif təsir göstərir. Bu, adrenal korteksin zona fasciculata qatından ayrılan əsas qlükokortikoiddir. Hipotalamus-hipofiz-adrenal ox həm kortizolun istehsalını, həm də ifrazını tənzimləyir. Tənzimləmə itkisi, Kuşinq sindromu kimi kortizol həddindən artıq xəstəliklərə və ya Addison xəstəliyi kimi kortikal çatışmazlığa səbəb ola bilər.

Daha ətraflı

Enerji xərclərinin tənzimlənməsində hormonların təsiri

İnsan orqanizmasının doğru çalışması üçün bir balansın olması vacibdi. Necə ki, xoşbəxtliyin sirri həyatdakı yaşam balansını əldə etməkdirsə, xəstəliklərin qarşısını almaq bacarığı, orqanizmə daxil olan qida ilə (enerji ilə), istifadə olunan enerji arasındakı balansı doğru istiqamətləndirməyə dayanır. Bu məqalədə enerji xərclərinin tənzimlənməsində bəzi hormonların təsirindən danışacağıq.

Daha ətraflı

Qidalanma biokimyası. Lipidlərin həzmi və sorulma mexanizmi

Qidalanma bütün canlılarda fizioloji ehtiyacların başında gəlir.İnsanların sivilizasiyası, rifahı və mədəniyyət səviyyəsi inkişaf etdikcə, qidalanma instiktiv bir davranış olmaqdan çıxaraq bir elm halını almışdı. Sevindirici haldırki, sağlam qidalanma haqqında çox insanlar maariflənir, bu elmin daha da inkişaf etməsi üçün düzgün qidalanma mövzusunda işiqlandırma vəzifəsini öz üzərlərinə götürürlər.

Daha ətraflı

Koronavirus və onun ən böyük fəsadı — STRES

Dünyanın digər ölkələri kimi, Azərbaycan da yeni pandemiya ilə - koronavirusla aktiv şəkildə mübarizə aparır. Bu mübarizə bizim alışdığımız həyat tərzini dəyişdi və təbii ki, nəticəsiz ötüşmədi. Bu gərgin vəziyyət bizim güclü stres keçirməyimizə səbəb oldu. Bu streslə mübarizə aparmağın yolları haqqında danışmaq istəyirik.

Daha ətraflı