fbpx
ƏSAS XƏBƏRLƏRMƏQALƏLƏR

31-ci Avropa Obezite Konqresi. 12-15 May, İtaliya, Venesiya.

31-ci illik Avropa Obezite Konqresi  (ECO) böyük uğurla keçdi. Möhtəşəm konqres təşkilatçılarına, EASO-nun icraçı komandasına, bütün məruzəçilərə, tədris seminarının aparıcılarına, nümayəndələrə, həmkarlara və dostlara ECO2024-ü indiyədək ən yaxşı ECO-ya çevirdiklərinə görə təşəkkür edirik.

Tədbir mayın 12-15-də Venesiyada (İtaliya) baş tutub.

Konqresdə ANDOP əsas heyati ilə təmsil olunub. Komandamızı təmsil edən Dr. Emil Hidayətli, Dr. İradə İbrahimova, Dr. Nərmin Novruzova, Dr. Gülsum Hüseynova, rəhbərlik etdiyi Dr. Sevinc Zaman müxtəlif müzakirələrdə iştirak edib.

Piylənmə və əlaqəli xəstəliklər bütün dünyada vacib bir problemdir. Venesiyada keçirilən EASO iclasında dünyanın hər yerindən olan mütəxəssislər müqayisə aparıblar. Qida təhsili, profilaktika və yeni həyat tərzi haqqında məlumatlılığa daimi töhfə gələcək nəsillər üçün əsas yoldur.

Qeyd edək ki, bu, piylənmənin qarşısının alınması və müalicəsi sahəsində ən son elmi araşdırmalardan xəbərdar olmaq üçün əla fürsətdir. Yeni məlumatlar ANDOP tərəfindən təklif olunan diyetoloqiya üzrə kurslarında istifadə olunacaq.

Konqres çərçivəsində baş verən əsas və çox xoş hadisələrdən biri EASO-nun yeni prezidentinin üç il müddətinə seçilməsi oldu. Böyük sevinc hissi ilə qeyd etmək istərdik ki, bir neçə dəfə Azərbaycanda olmuş və ANDOP təşkilatının təşkil etdiyi Beynəlxalq konfranslarda iştirak etmiş böyük dostumuz professor Volkan Yumuk EASO-nun prezidenti seçilmişdir. Professor Volkan Yumuku bu yüksək vəzifəyə təyin olunması münasibətilə bütün ANDOP komandası adından təbrik edirik.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Back to top button