ANDOP Uşaqların beynəlxalq müdafiəsi Gününü məktəblilərlə birgə qeyd edib

Uşaqların beynəlxalq müdafiəsi gününüz mübarək! Bu bayram biz böyüklərə gənc nəslin mənəvi, fiziki və intellektual inkişafı naminə, onların sağlamlığı və firavanlığı üçün məsuliyyət daşıdığımızı bir daha xatırladır. Onların həyatda uğur qazanmağı bizlərdən asılıdır. Çünki həyatda uğur qazanmağın başlıca şərti sağlamlıqdır.

ANDOP ənənəvi olaraq həyatımızın bu mühüm aspektindən kənarda qalmır. Ötən gün 6 nömrəli məktəb-lisey ilə birlikdə məktəblilər üçün bu tarixə həsr olunmuş tədbir keçirilib. Təlimçilərimiz Dr. Nərmin Novruzova və Dr. Gülsüm Hüseynova həyatda xoşbəxtlik və uğurlar əldə etmək üçün sağlam qidalanmanın və sağlamlığın qorunmasının vacibliyindən interaktiv şəkildə danışdı.

Sağlam qidalanma uğur və xoşbəxtliyə necə təsir edir?

Bəzi istisnaları çıxsaq, həyatda ən böyük mükafatları fiziki cəhətdən möhkəm və güclü olanlar qazanır. Əgər bir insan fiziki cəhətdən özünü gümrah hiss etmirsə, bu, yazdığı hər bir məktubda, dediyi hər bir sözdə, qısacası, bütün davanışlarında özünü göstərəcək. Beləliklə, sağlamlıq problemi insanın atdığı hər addımda uğur qazanmağına mane olacaq.

Bu məqsəd — düzgün qidalanma və uşaqlarla işləmək ideyalarını cəmiyyətdə təbliğ etmək ANDOP üçün böyük əhəmiyyət kəsb edir. Bu dövr – uşaq orqanizminin formalaşması və intensiv inkişafı düzgün qidalanma prinsipləri ilə birbaşa əlaqəlidir. Buna görə təhsil müəssisələrində bilavasitə tədris prosesi ilə yanaşı, şagirdlər arasında sağlam qidalanma vərdişinin formalaşması yönündə işlər aparılmalıdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *