fbpx
MƏQALƏLƏRQİDALANMA

Qidalanma biokimyası. Lipidlərin həzmi və sorulma mexanizmi

Qidalanma bütün canlılarda fizioloji ehtiyacların başında gəlir.İnsanların sivilizasiyası, rifahı və mədəniyyət səviyyəsi inkişaf etdikcə, qidalanma instiktiv bir davranış olmaqdan çıxaraq bir elm halını almışdı. Sevindirici haldırki, sağlam qidalanma haqqında çox insanlar maariflənir, bu elmin daha da inkişaf etməsi üçün düzgün qidalanma mövzusunda işiqlandırma vəzifəsini öz üzərlərinə götürürlər. Çox sahəli bir sahə olan qidalanma elmində fikirlərin paylaşılması olduqca mühimdi. Təqdim olunan əsas məqsədi qarışıq metabolik yolları sadə və anlaşılacaq şəkildə siz oxuculara təqdim etməkdi. Ümid edirəm, qidalanma, metabolizma ve piylenme ile maraqlanan hər kəsə faydalı olacaqdır.

Müəllif: Nərmin Novruzova, Həkim-diyetoloq, Cərrah, ANDOP mütəxəssisi 

Abraham Maslov 1943 cu ildə yayınlanan “İnsanın  Motivasiya Nəzəriyyəsi” başlıqlı yazısında nəşr olunan yazıda, həyat boyu lazım olan ehtiyaclarını piramid şəkildə sıralasaq,ilki fizioloji ehtiyaclar duracacaq, yəni yuxu, qidalanma və.s. Ən üst yerdə isə özünü təsdiq etmək durur. Maslova görə insanın özünü təsdiq etməsinə gedən yol, ehtiyaclarını iyerarxiyaya uyğun səkildə qarşılanmasından keçir. Qidalanma bütün canlılarda olduğu kimi insanda da fizioloji ehtiyacdı.

Canlılarda böyümə ve inkişafın getməsi, funksiyaların yerinə gətirilməsi, sağlam bir həyat sürməsi üçün xaricdən qida alınması və optimal səmərəliliyi ilə istifadəsinə qidalanma deyilir.Qidalanmada önəm,doğru qidaların dogru miqdarda alınması olmalıdır.Bu səbəblə “yaxşı qidalanma” termini əvəzinə “düzgün qidalanma” terminin istifadəsi daha tamamlayıcıdır.

Düzgün qidalanmanın qaydaları aşağıdakı suallara cavab verilərək müəyyən oluna bilər.

  • Canlılığı davam etdirmək,böyümə və inkişafı təmin etmək üçün xaricdən hansı maddələr alınmalıdır?
  • Hər bir qida maddəsinin bioloji vəzifəsi nədir?
  • Bioloji vəzifəni qarşılayan maddələrin günlük miqdarı nə qədərdi?

Əsas qida maddələri protein, karbohidrat, yağ, vitamin və bioelementlərdi. Qida maddələrinin bioloji vəzifələri: enerji vermək, bədənin tikinti daşlarını yerinə qoymaq, dinamik funksiyasi olan endogen molekulların sintezində mənbə yaratmaq, reaksiyalara koenzim olaraq qatilmaq şəklində yekunlaşdırıla bilər.

Günlük qida ehtiyacı yaş, yaşayış tərzi və cinsiyyətə görə də dəyişir. Əsas qida maddələrinin günlük miqdarında dəyəşiklik olduğunda metabolizmalarını tənzimləyən mexanizmalar da dəyişir. Məsəl üçün aclıqda asetil KOA-dan yağ turşularının sintezi dəyanır, amin turşular qlikoneogenezə girir və s. Məqsəd orqanizmin olduğu veziyyətinə uyğunlaşdırmaqdı.

Ümumilikdə enerjinin 45-60%-karbohidratlardan, 20-35% yağlardan, 20-25% proteinlərdən alınır. Enerjinin ən az 20% karbohidratlardan temin edilməlidir, əks halda metabolik  asidoz yarana bilər. Yağların 1qramının oksidləşməsi-9kkal, proteinlərin və karbohidratların isə 1qramı təxminən 4 kkal edir. Həzmin sonunda əsas qida maddələrindən sərbəstləşən və sorulan əsas maddələr fruktoza, qlikoza, amin turşular, yağ turşuları və qliseroldu.

Həzm ve sorulma prosesində enerji xərclənir.Buna spesifik dinamik effekt deyilir. Proteinlərdəki enerjinin ~30%,karbohiratlardakının ~6%, yağlardakının isə ~4% qida maddələrinin həzmində və sorulmasında istifadə olunur.

Qida ilə əmələ gələn enerji orqanizmaya lazım olan enerjidən  az olarsa sıra ilə aşağıdaki hadisələr baş verir.

  • Depo yağlar istifadə olnur.
  • Serum proteinlərin sintezi azalır. İlk olaraq hipoalbunemiya müşahidə olunur. Daha sonrakı etaplarda əzələ proteininin parçalanması başlayır. Azot tarazlığı neqativ olur.
  • Metabolik dəyəşikliklər(ketoasidoz,dehidratasiya və s) əmələ gəlir.
  • İnfeksiyalara yoluxma meyli artır.
  • Bu hadisələr davam edərsə və vaxtında laxımi müalicə başlanmazsa sonda ölümlə nəticələnir.

Həzm sistemi ağızda başlayıb,qida borusu,mədə,nazik və yoğun bağırsaqla davam edərək anusda sonlanan, ağız suyu, pankreas və öd şirələrinin boşaldığı, gedişatı boyu bir çox enzim və hormon sintezlənən bir kanaldı.Vəzifəsi maddələrin həzmi və sorulmasını təmin etməkdi. Canlı hüceyrə istiliyi enerji səklində istifadə edə bilmir. Hüceyrənin işləməsi,lazim olan funksiyalari etməsi üçün ona enerji lazımdı. Enerji bir sistemin iş bacarma qabiliyyətidir. Hüceyrələr xaricdən orqanizmə daxil olan qida molekulların parçalanmasından  alınan enerjini ATF çevirmək üçün üç ədəd bir-birinindən fərqli, lakin bir-birinə bağlı olan metabolik yoldan istifadə  edər.

  1. Qlikoliz
  2. Krebs dövranı
  3. Oksidativ fosforlaşma

Orqanizmə enerji verən qida maddələrindən biri də yağlardı. Lidiplər suda həll olma qabiliyyəti çox aşağı olan, orqanik həll edicilərdə  həll olan geniş bir biomolekul toplusudur. Bu qrupdakı birləşmələr orqanizmdə sintez olunduğu kimi qida maddələri ilə də xaricden daxil olurlar. Canlı orqanizmdə lipidlərin funksiyasi:

  • Hüceyre membranının əmələ gəlməsində
  • Lazım olduqda enerji vermək məqsədi ilə yağ toxumasında depolanır
  • Dəri altında istiliyi qorumaq üçün toplanır
  • Daxili orqanlara mexaniki bir dəstəkdi
  • Lipid tərkibli birləşmələrdən bəziləri hormon və ya siqnal molekulları olaraq vəzifə daşıyır
  • Hüceyrə səthi reseptorların və qan qrupu antigenlərinin əmələ gəlməsində önəmli yer tutur
  • Sinir toxumasında miyelin qılafı boyunca depolyarizasiyanı təmin edir.

Lipidlər quruluş özəlliklərinə görə dörd əsas sinifə bölünürlər:

  1. Triasilqliseridlər
  2. Yağ turşuları
  3. Fosfolipidlər
  4. Izoprenoidlər

Qida ilə alınan yağlar heterogen bir qrup əmələ gətirir. Bu qrupda TAG xolesterol (sərbəst və ya yağ turşuları ilə efirləşmiş halda) sərbəst yağ turşuları, fosfolipidlər və yağda həll olan A, D, E və K vitaminləri yer tutur. Bu maddələrin ortaq nöqtəsi suda həll olmamalaridir. TAG qida maddələri arasında enerji əmələ gətirmə baxımından ən yüksək olan birləşmələrdi, lazım olduqda istifadə olunması üçün yağ toxumasında depolanır. Depolanan yağlar təxminən 12 saatdan uzun sürən aclıqdan sonra yağ turşularına və qliserola parçalanır, yağ turşularının oksidləsməsi ilə enerji əmələ gətirir. Ən çox yağla zəngin qidalar heyvani mənşəli qidalardı. Bəzi bitki toxumlarda yağla zəngindi (qoz, findiq ve s.)

Lipidlərin əsas funksiyalarından biri yağda həll olan vitaminlərin sorulması və bədəndə sintez olunmayan esensial yağ turşuları ilə təmin etməkdi. Lipidlərin həzmi ağızda lingual lipaza ilə başlayır, mədədə qastrik lipaza və nazik bağırsaqda pankreatik lipaza ilə davam edər, yağların həzmi və sorulması üçün onların emulsiyalaşmasına ehtiyac var. Bu səbəblə yağların daha da kiçik damlalara ayrılması üçün öd şirəsinə ehtiyac var. Nazik bağırsaqda lipidlərin həzmi ilə əmələ aqreqat ən sonda nazik bağırsaq divarından sorulur.

Lipidlərin sorulma sxemi.

  1. Miçellərdən monoasilqliserol və yağ turşuları sərbəstləşir
  2. Diffuziya ilə enterosidə girərlər
  3. Enterosidlərdə yenidən triasilqliserol sintez olunur
  4. TAG və yağda həll olan digər maddələr,apoproteinlərlə paketlənir,hilomikron əmələ gəlir
  5. Hilomikronlar eksositozla hüceyrələr arası aralığa və limfa sisteminə keçər
  6. Yağda həll olan vitaminlər,uzun zəncirli yağ turşuları monoasilqliserolla birlikdə sorulur

Hüceyrə membranının quruluşunu nəzərə salsaq 40% lipidlərdən əmələ gəldiyini gərə bilərik. Deməli yağlar orqanizmdə bir çox funksiyaların yerinə yetirilməsində önəmli yer tutur. Qida planında yağları rasiondan çıxararaq qida seçimi etmək ən yanlış seçimdi. Balanslı şəkildə qidalanma sağlamlığın təməlidi. Diqqət edilməsi önəmli olan məqam qidaları seçərkən onun miqdarına və keyfiyyətinə nəzarət etməkdi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Back to top button