Xərçəngönü vəziyyətlər və kolorektal xərçəngin laborator diaqnostikası (III hissə)

Son aparılan tədqiqatlara əsasən xərçəng və xərçəngönü zədələnmələrdə potensial biomarker transferrindir (Tf). Onun hemoqlobinlə birgə kəmiyyət təyini hal-hazırda ən yüksək dəqiqliyə malikdir: 96% xərçəngli və 88% xərçəngönü vəziyyət olan xəstələrdə.

Müəllif: PhD. Dr. Gülüstan Babayeva, Tibb üzrə fəlsəfə doktoru

Mədə-bağırsaq xəstəliklərinin qeyri-invaziv laborator diaqnostik meyayyarları — (I hissə)

Xərçəngönü vəziyyətlər və kolorektal xərçəng — (II hissə)

Aşağı riskli pasientlərin skrininqi zamanı 30% halda şiş prosesini aşkarlamağa səbəb oldu ki, bu da qeyd olunan markerlərin kolorektal xərçəng skrininqində uğurla istifadəsinə imkan verir. Yapon tədqiqatlarının göstərməsinə görə transferrin nəcisdə hemoqlobinə nisbətdə daha uzun müddət qalır. Xüsusi pəhriz tələb olunmur. Transferrinin yüksək miqdarda olması yuxarı şöbələrin, hemoqlobin isə aşağı şöbələrin zədələnməsini göstərir. Hər iki göstəricinin yüksək olması yayılmış prosesin olmasını bildirir. Nə qədər göstərici yüksəkdirsə, zədələnmənin həcmi və ya dərinliyi bir o qədər böyükdür. 2 günlük variant (nəcis 2 defekasiya aktı zamanı götürülür) daha optimaldır, çünki bağırsağın selikli qişasının zədələnməsi zamanı müdafiə mexanizmləri işə düşür, bu da qısa müddətli zədələnmə ocağını məhdudlaşdırır və qeyd olunan markerlərin miqdarını azaldır.

Transferrin və hemoqlobinin nəcisdə immunoloji kəmiyyət testi kolorektal xərçəngin mümkünlüyü, mərhələsi və lokalizasiyası haqqında proqnoz verir. Onların istifadəsi kifayət qədər kolonoskopiyaya tələbatı azaldır. Müayinə yalnız transferrin və hemoqlobinin yüksək göstəriciləri zamanı aparılır. Erkən mərhələdə xərçəngin simptomsuz gedişini, şiş prosesində, iltihabi proses, həmçinin autoimmun patologiya zamanı bağırsaq selikli qişasının zədələnmiş sahələrində malignizasiya imkanı kimi  prediktorların olması bu patologiyanın aşkarlanması üçün kifayət qədər pasient kontingentinin olduğunu göstərir.

Fekal transferrin və kalprotektinin kəmiyyət müayinəsi hesabına laborator imkanların genişlənməsi iltihabi xəstəliklər, xərçəngönü vəziyyət və kolorektal xərçəngin erkən gərəksiz mərhələdə aşkarlanmasını təmin edir ki, bu da əsaslı kolonoskopiya müayinəsini tələb edəcək; gərəksiz kolonoskopiya müayinələrinin sayı azalacaq (laborator skrininqdən sonra diaqnostikanın II mərhələsinə keçiləcək), bu da iqtisadi cəhətdən daha məqsədəuyğundur, digər tərəfdən həkim kolorektal xərçəngin risk qruplarını formalaşdıraraq maddi vəsaitələrin tələb olunan müalicə və profilaktik sahəyə sərf olunmasına imkan verəcək.

Müayinə üçün əsas göstərişlər

  • Bağırsaq xərçəngi
  • Şiş prosesi zamanı cərrahi müdaxilədən sonra bağırsağın vəziyyətinin monitorinqi
  • İrsi qeyri- polipoz kolorektal xərçəng
  • Ailəvi adenomatoz polipoz
  • Polip və onlara şübhənin olması
  • MBT-nın xroniki iltihani xəstəlikləri, kolitlər
  • Uzun müddətli və dəfələrlə aparılan antibiotiklə müalicədən sonra
  • Nekrozlaşan enterokolit
  • Mədə və bağırsağın iltihabi prosesləri
  • Kron xəstəliyi və ona şübhə olduqda
  • Autoimmun xəstəliklər
  • Bağırsaq xərçəngi və ya polipləri aşkarlanmış xəstələrin I və II dərəcə qohumlarının ailə üzvlərinin müayinəsi
  • Kolorektal xərçəngə skrininq- 40 yaşdan sonra profilaktik müayinə (ildə 1 dəfə)

Əlavə göstərişlərə aiddir:

  • Xroniki hemorroy
  • Helikobakterioz, xüsusilə bağırsaq forması
  • Qurd invaziyaları, xüsusilə təkrari yoluxma və xroniki gediş zamanı
  • Uzunmüddətli qeyri- steroid iltihab əleyhinə dərmanların qəbulu (aspirin və aspirin tərkibli preparatlar, hansılar ki xoraya səbəb olur)
  • Keçirilmiş bakterial (dizenteriya, qarın yatalağı, eşerixioz) və ya virus (xüsusilə rotavirus infeksiyası) mənşəli infeksiyalar
  • Keçirilmiş hemokolit

Ttransferrin (Tf) və  hemoqlobin (Hb) nəcisdə təyini

İki testin kompleks şəkildə istifadəsi (transferrin və hemoqlobin) həssaslığı və spesifikliyinə görə geniş istifadə olunan “gizli qan” müayinəsindən dəfələrlə üstündür, zədələnmənin dərinliyi və dərəcəsini aşkar etməyə imkan verir, transferrinin təyin olunması hesabına diaqnostikanı (o cümlədən, patologiyanın erkən mərhələdə aşkarlanması) yaxşılaşdırır. Dərman preparatlarının qəbulu nəticəyə təsir etmir, yüksək spesifikliyinə görə yalançı müsbət və yalançı mənfi cavablar qeyd olunmur.

Bir çox ölkələrdə qeyd olunan testlərdən KRX-in milli skrininq proqramında istifadə olunur.

Məqsəd- mədə- bağırsaq traktı selikli qişasının müxtəlif xarakterli (infeksion, iltihab, autoimmun, şiş) zədələnmələrini aşkarlamaq və patologiya aşkar olunmuş xəstələrin monitorinqidir.

Müayinəyə hazırlıq tələb olunmur. Xüsusi pəhriz və dərman preparatlarının qəbulunu dayandırmağa ehtiyac yoxdur.

Materialın yığılması üçün dəst təqdim olunur. Bura daxildir; xüsusi işlənmiş konteyner, biomaterialın düzgün yığılması üçün kağız vərəq (yuduqdan sonra unitazda bir neçə dəqiqə ərzində həll olur) və rus dilində təlimat. Nəcis 4 nöqtədən götürülür, buferlə konteynerə qoyulur və sıx bağlanır. Buferin olması nəcisin laboratoriyaya çatdırılmasına qədər keyfiyyətinin itməməsini (7 günə qədər) təmin edir və müayinənin keyfiyyətini kifayət qədər yaxşılaşdırır.

Kolorektal xərçəng skrininqi və ilkin diaqnostika üçün iki günlük variant məsləhət olunur. Belə halda xəstəyə 2 müxtəlif rəngli qapağı olan konteyner dəsti verilir (nəcis 2 defekasiya aktı zamanı müxtəlif konteynerlərə qoyulur və üzərində ad, soyad, ata adı və yığılma tarixi qeyd olunur). Bir konteynerdəki biomaterial həkimin (pasientin) göstərişi ilə test oluna bilər və eyni vaxtda hər iki markerin (transferrin və hemoqlobin) təyini mümkündür.

İnterpretasiya. Transferrinin miqdarının yüksəlməsi bağırsağın yuxarı, hemoqlobinin yüksəlməsi isə aşağı şöbələrinin zədələnməsini göstərir. Göstərici nə qədər yüksəkdirsə, zədələnmə bir o qədər dərindir.

Nəcisdə transferrin və hemoqlobinin təyini testinin nəticələrinin interpretasiyası NS- plus (istehsal edən ölkə- Yaponiya) analizatorunun istehsalçısının tövsiyəsinə görə sərhəd göstərici hesab olunur:

  • Transferrin (Tf) – 50 nq/ml
  • Hemoqlobin (Hb) – 100nq/ml

Həssaslığı yüksəltmək üçün markerlərin aşağıdakı normativ göstəriciləri təqdim olunub:

  • Transferrin (Tf) — < 25nq/ml
  • Hemoqlobin (Hb) — < 50nq/ml

KRX skrininqi və MBT xəstəliyinin ilkin diaqnostikası zamanı Tf və Hb müayinəsi 2 günlük metodla aparılır (patologiya 5% çox aşkarlanır). Paientin sağlamlıq vəziyyətinin monitorinqi zamanı da 2 günlük metod məsləhət olunur (əvvəlki göstəriciləri nəzərə almaq şərtilə).

Bir günlük metod maddi vəsaitin çatmadığı halda istifadə olunur. Həmçinin, ilkin müayinədə yüksək göstərici aşkarlanıbsa bir günlük metodla kifayətlənmək mümkündür.

İnterpretasiya

  1. Klinik əlamətlər olmayan və hər iki göstəricinin norma daxilində olması hallarında təkrar müayinə 40 yaşdan sonra ildə 1 dəfə aparılmalıdır. Daha cavan yaşlarda isə 2 ildə 1 dəfə kifayətdir.
  2. Yüksək riskli qruplarda normal göstəricilər zamanı hər 6 aydan bir müayinə aparılmalıdır.
  3. Yüksək göstəricilər (Tf- 25nq/ml- 250 nq/ml və Hb 50 nq/ml – 500 nq/ml) zamanı 3 aydan sonra təkrar müayinə məsləhətdir. Bağırsaq selikli qişasının zədələnməsi səbəbini (iltihab, infeksiya, helmintoz, xərçəngönü vəziyyət, xərçəngin erkən mərhələsi) və adekvat müalicəni dəyərləndirmək üçün həkim (terapevt, qastroenteroloq, infeksionist, proktoloq, onkoloq) konsultasiyası məsləhətdir (onkopatologiyada ailə anamnezi və ya autoimmun xəstəliklərin müəyyənləşdirilməsi). Kolonoskopiyanın aparılmasına dair sualı həkim həll edir. Adətən belə vəziyyət uşaqlar və böyüklərdə infeksiyalar zamanı (rotavirus infeksiyası, salmonelloz, dizenteriya, eşerixiozlar, stafilokokk infeksiyası), helmintozlarda antibiotik, vərəm əleyhinə müalicə və ya kimya terapiyasından sonra müşahidə olunur. Əvvəlki Tf və Hb miqdarını nəzərəvalmaqla təkrar müayinə müvafiq müalicədən 1- 1,5 ay sonra aparılır.
  4. Yüksək göstəricilər zamanı (Tf 250- 500nq/ml və Hb 500 – 5000nq/ml), onkoloq və qastroenteroloqun konsultasiyası və kolonoskopiya məsləhət olunur. Belə hal xərçəng, bağırsaq polipləri, İBX, infeksiyalarda rast gəlinə bilər.
  5. Çox yüksək göstəricilər zamanı (Tf 500nq/ml-dən çox və/ və ya Hb 5000 nq/ml-dən çox), ilk növbədə, kolonoskopiya, onkoloq (proktoloq) konsultasiyası xərçəngi inkar (təsdiq) etmək üçün və iltihabi bağırsaq xəstəliklərini inkar (təsdiq) etmək üçün qastroenteroloqun konsultasiyası məsləhət olunur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *