Bakıda doktor Tariel Ömərovun rəhbərlik etdiyi Bariatrik və Metabolik Cərrahiyyə Assosiasiyası tərəfindən təşkil edilən Beşinci Beynəlxalq konqresi keçirildi. ANDOP konqresin işində olduqca fəal iştirak etdmişdir.
Bakıda keçirilən Bariatrik və Metabolik Cərrahiyyə üzrə Beşinci Beynəlxalq konqresdə ən yadda qalan çıxışlardan biri ANDOP təlimçisi, təşkilatın beynəlxalq layihələr üzrə meneceri doktor Əsmər Kərimlinin məruzəsi oldu.
Məruzə Azərbaycanda keçirilən elmi tədqiqat – “Bariatrik cərrahiyyə və Sleeve qastroektomiyasından sonra insanlarda yaranan B12 defisitinin korreksiyası üzrə müqayisəli araşdırma” mövzusu üzərində qurulmuşdu. Bu elmi iş doktor Tariel Ömərov və doktor Emil Hidayətlinin dəstəyi ilə həyata keçirilmişdir.
Doktor Əsmər Kərimli “Bariatrik Dietologiya” üzrə ANDOP təlimçisidir. Ümumdünya Piylənmə Federasiyası (WOF) çərçivəsində SCOPE sertifikatı, Tibbi Təhsilin Davamı üçün akkreditasiyasının Avropa üzrə Şurasının verdiyi Avropa Tibb Mütəxəssisləri (UEMS) sertifikatının sahibidir. Hazırda o, SCOPE proqramı çərçivəsində sertifikat almış ikinci mütəxəssisdir.
Qeyd edək ki, konqresdə 28 ölkədən mütəxəssislər iştirak etmişlər.