ANDOP

Nutriciologiya, dietologiya və piylənmənin profilaktiyası akademiyası (ANDOP) Azərbaycanda dietologiya və piylənmənin qarşısının alınması sahəsində maarifləndirici və təlimatlandırıcı layihələr həyata keçirdən yeganə təşkilatdır. Bizim həmfikirlərimiz üçün isə ANDOP bilik və bacarı    qların bölüşdürülə bildiyi elmi cəmiyyətdir. Biz Dünya piylənmə federasiyasının üzüyük və bizim missiyamız sağlam qidalanmanı təşviq etmək və sağlam həyat tərzini dəstəkləməkdir.

Biz arzularımıza 2016-cı ildən etibarən təlimlərimizin SSTM – Sağlamlıq strategiyası üzrə təlim mərkəzi əsasında həyata keçirilməsi yolu ilə nail oluruq.

Bizim təlimlərimizin əsas auditoriyası müxtəlif ixtisasdan olan həkimlərdir, lakin, idman məşqçiləri, idmançılar, qida mütəxəssisləri,həmçinin sağlam qidalanma üzrə məlumat əldə etmək istəyən insanlar da bizim iştirakçılarımız arasındadır.

ANDOP sağlam qidalanma sahəsində hər bir dəstəyi təmin edir. Biz dövlət və beynəlxalq təşkilatlar, özəl klinikalar ilə bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *