Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası Akademiyası (ANDOP) diyetologiya kursunun iştirakçılarına müvəqqəti olaraq, distant formatda təlim keçəcək. Bu qərar dövlət başçısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən qəbul edilib və xoşagəlməz epidemioloji vəziyyətdə sizin təhlükəsizliyinizi qorumaq məqsədi daşıyır.
Nəzərinizə çatdıraq ki, ANDOP-da təlimlər təcrübəli peşəkar mütəxəssislərin şəxsi müəllif mühazirələri və master-klaslar əsasında keçirilir. Sizinlə birgə onlayn dərs təcrübəsi qazanacağıq və bu sahədə mövcud olan bütün müasir imkanları sınaqdan keçirəcəyik.
Yaxın zamanlarda distant formatda təlimə başlayacağıq. Hazırda isə ZOOM platformasında mətn şəklində həyata keçiririk. Bunun tətbiqi istənilən cihazdan mümkündür: noutbuklardan, telefonlardan. Əminik ki, bu cür dərslər ofisimizdəki dərslərimizdən fərqlənməyəcək. Bu, müvəqqəti tədbirdir, ölkəmizdə epidemioloji vəziyyət normal hal aldıqdan sonra ənənəvi təlim formatımıza qayıdacağıq.
Eyni zamanda, bizim ofis təlimlərimizdə iştirak edə bilməyən iştirakçılarımız üçün gələcəkdə onlayn dərslər keçiriləcək.
İstənilən kritik vəziyyət bir çağırışdır və biz buna qarşı birgə mübarizə aparmalıyıq! Özünüzü qoruyun!
Hörmətlə, ANDOP və SSTM-in rəhbəri Sevinc Zaman
Salam.Qoşulmaq istərdim.Bir həkim kimi növbəti ixtisasa yiyələnmək məqsədilə