Bakıda Bariatrik cərrahiyyə problemlərinin müzakirəsi

Bakıda doktor Tariel Ömərovun rəhbərlik  etdiyi Bariatrik və Metabolik Cərrahiyyə Assosiasiyası tərəfindən təşkil edilən Beşinci Beynəlxalq konqresi keçirildi. ANDOP  konqresin işində olduqca fəal iştirak etdmişdir.

Bakıda keçirilən Bariatrik və Metabolik Cərrahiyyə üzrə Beşinci Beynəlxalq konqresdə ən yadda qalan çıxışlardan biri ANDOP təlimçisi, təşkilatın beynəlxalq layihələr üzrə meneceri doktor Əsmər Kərimlinin məruzəsi oldu.

Məruzə Azərbaycanda keçirilən elmi tədqiqat  —  “Bariatrik cərrahiyyə və Sleeve qastroektomiyasından sonra insanlarda yaranan B12 defisitinin korreksiyası üzrə müqayisəli araşdırma” mövzusu üzərində qurulmuşdu. Bu elmi iş doktor Tariel Ömərov və doktor Emil Hidayətlinin dəstəyi ilə həyata keçirilmişdir.

Doktor Əsmər Kərimli  “Bariatrik Dietologiya” üzrə ANDOP təlimçisidir. Ümumdünya Piylənmə Federasiyası  (WOF) çərçivəsində SCOPE sertifikatı, Tibbi Təhsilin Davamı üçün akkreditasiyasının Avropa üzrə Şurasının verdiyi Avropa Tibb Mütəxəssisləri (UEMS) sertifikatının sahibidir. Hazırda o, SCOPE proqramı çərçivəsində sertifikat almış ikinci mütəxəssisdir.

Qeyd edək ki, konqresdə 28 ölkədən mütəxəssislər iştirak etmişlər.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *