fbpx
MƏLUMATMƏQALƏLƏR

Cücərtinin faydaları

Cücərtinin müalicəvi xüsusiyyətlərini hələ qədim dövrlərdən bilirdilər. Bəzi bitkilərin cücərmiş toxumlarından (buğda, çovdar, küncüt və s.) xalq təbabətində bir çox xəstəliklərin profilaktikası və müalicəsi üçün istifadə ediblər. Cücərtilər qidalanma və dərman xüsusiyyətlərini özündə birləşdirir. Buna görə də onu “canlı dərman”, “tibbi qida”, “şəfalı qida”, “cavanlaşdırıcı iksir” də adlandırırlar.

Daimi cücərti istehlak etmək maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır, immuniteti artırır, vitamin və mineral çatışmazlıqlarını kompensasiya edir, turşu-qələvi tarazlığını bərpa edir, bədəni toksinlərdən təmizləyir, həzmi asanlaşdırır, bədəni gümrahlaşdırır, yaşlanmanı ləngidir. Bu, uşaqlar və qocalar, hamilə qadınlar, süd verən analar, zehni və fiziki əməklə gərgin məşğul olan insanlar üçün xüsusilə faydalıdır.

İnsan bədəninə ümumi müsbət təsirindən əlavə, tərkibində müəyyən qida maddələri, vitaminlər və mikroelementlər olan hər bir taxılın cücərtisi xüsusi şəfalı təsirə malikdir.

Cücərmiş toxumlar böyük enerji potensialına malikdir. Onu yeməyə əlavə etməklə hədsiz gümrahlıq qazanırıq. Cücərtinin tərkibindəki fermentlər bu toxumların tərkibindəki zülalları, yağları və karbohidratları parçalayaraq, mənimsənilməsini  asanlaşdırır və orqanizmin enerjisinə qənaət edərək işləməyə davam edir. Cücərmə zamanı antioksidan vitaminlər və mikroelementlərin miqdarı on dəfə, hətta yüz dəfə artır, bitkinin canlı toxumasının üzvi sisteminə yerləşir və bir-birinin fəaliyyətini dəstəkləyərək artır. Bəzi əczaçılıq preparatlarından fərqli olaraq, cücərtilərin insan sağlamlığına mənfi təsiri olmur.

Cücərmiş toxumlar yeganə «canlı» qidadır. Bu isə onun hədsiz dəyərə malik olduğunu göstərir.

Cücərtiləri rasiona daxil etməklə insan bütün təbii bioloji xüsusiyyətlərə malik və maksimum həyat fəaliyyəti mərhələsində olan canlı bir orqanizmi yemək fürsəti əldə edir. Təbii şəraitdə cücərən toxumlar ilk bir neçə gündə milyonlarla mikrobla mübarizədə qalib gəlmək, mümkün qədər tez kök meydana gətirmək, torpaqda möhkəmlənmək və ilk cücərtilərini günəşə çıxarmaq üçün bütün gücünü birləşdirir. Güc və sağlamlıq əldə etmək üçün insan məhz bu qısa müddətdə bu məhsuldan istifadə etməlidir.

Cücərtilərdən maksimum effekt yalnız müntəzəm istifadə zamanı mümkündür.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Back to top button