“Məktəblilər üçün sağlam qidalanma” adlı layihə

Məktəb illəri – uşaqlarımızın intensiv əqli və fiziki inkişafı dövrüdür. Məktəblilərdə sağlam qidalanma vərdişlərinin formalaşması çox mühümdür. Məhz buna görə, təhsil müəssisələrində bilavasitə tədris prosesi ilə yanaşı, şagirdlərdə sağlam qida davranışının formalaşmasına yönəldilmiş işlər aparılmalıdır.

Bu layihə – İSTƏK liseyində ANDOP mütəxəssisləri tərəfindən işlənib hazırlanmış müəllif layihəsidir. Layihənin koordinatoru Azərbaycan Tibb Universitetinin (ATU) qidalanma gigiyenası və kommunal gigiyena kafedrasının dosenti, PhD Qalina Qəniyevadır.

Layihə, təhsil müəssisəsinin qida blokunun işinin Azərbaycanın sanitariya normalarına və bu sahə üzrə bütün beynəlxalq normalara tam uyğun şəkildə təkmilləşdirilməsini əhatə edir. Bunu nəzərə alaraq, ANDOP tərəfindən müstəqil monitorinq keçirilir, bu monitorinqə əsasən zəruri tövsiyələr tərtib edilir. Hər bir yaş dövrü üzrə əqli və fiziki yüklənmələr nəzərə alınmaqla məktəbli üçün sağlam qidalanmanın bütün prinsiplərinə uyğun olan xüsusi menyu işlənib hazırlanır.

Layihənin ikinci mərhələsi – maarifləndirici təlimlərin keçirilməsidir. Belə ki, təhsil ocağının bütün müəssisələrinin qida blokuna aidiyyəti olan işçi heyəti – aşpazlar, aşpaz köməkçiləri, mətbəxin texniki işçiləri, təsərrüfat müdirləri, habelə həkimlər və tibb bacıları üçün sanitariya minimumu üzrə öyrədici təlim keçirilir.

1-6-cı sinif şagirdləri üçün təlimlər keçirilir. Təlimlər zamanı uşaqlara sağlam qidalanmanın prinsipləri, düzgün qida vərdişləri, düzgün qidalanıb – qidalanmama halları barədə məlumat verilir. Uşaqlara əzələ kütləsinin inkişafına, əqli inkişafa, boyun artmasına, dişlərin, saçların, dərinin sağlamlığına kömək edən qida məhsulları barədə məlumat verilir.

Layihənin ən məsuliyyətli hissəsi – şagirdlərin valideynləri üçün xüsusi təlimlərin keçirilməsi.  Axı, uşaqların düzgün qida davranışına riayət etməsi çox zaman valideynlərin sağlam qidalanma prinsiplərini nə dərəcədə dərk etmələrindən, dəstəkləmələrindən və evdə tətbiq etmələrindən asılıdır. Təlimin gedişində valideynlər üçün, təhsil müəssisəsində görülmüş bütün işlərin təqdimatı həyata keçirilir.

Maraqlıdır

“İşdə qidalanma” korporativ layihəsi

ANDOP komandası Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün maraqlı layihə və treninqlər hazırlayır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *