ANDOP komandası Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün maraqlı layihə və treninqlər hazırlayır.
Bu layihə və təlimlər həyatlarının üçdə birini iş yerində keçirən və qidalanmasına lazımi diqqəti göstərməyən şirkət işçilərinin iştirakına yönəldilib. Bu cür həyat tərzi iş qabiliyyətinin aşağı olmasına, diqqət pozğunluğuna və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Peşəkar şəkildə sağlam qidalanma sistemini tətbiq edən master-klaslar sayəsində iş yerində düzgün qidalanma imkanı yaranacaq, həmçinin kollektiv mehribanlaşacaq, ünsiyyət və qarşılıqlı münasibətlər üçün yeni qapılar açılacaq.
Bu tədbirlər ANDOP-un korporativ yöndə fəaliyyətini təqdim edir. Biz bu layihəni bütün şirkətlər üçün “teambuilding” şəklində də tətbiq etməyə hazırıq. Təcrübəmizdən bilirik ki, insanları bir araya gətirmək üçün belə layihələr çox yaxşı nəticə verir.