Uşaqlar üçün “Biz nə yeyiriksə, oyuq” adlı layihə

Həyatda  uğur qazanmağın başlıca şərti – sağlamlıqdır. Bəzi istisnaları çıxsaq, həyatda ən böyük mükafatları fiziki cəhətdən möhkəm və güclü olanlar qazanır. Əgər bir insan fiziki cəhətdən özünü gümrah hiss etmirsə, bu, yazdığı hər bir məktubda, dediyi hər bir sözdə, qısacası, bütün davanışlarında özünü göstərəcək. Beləliklə, sağlamlıq problemi insanın atdığı hər addımda uğur qazanmağına mane olacaq.

🔥🔥🔥🔥🔥

Amma təsəvvür edin insan uşaqlıqdan öz orqanizminin, sağlamlığının qeydinə qalmağı öyrənərsə, böyüyəndə o nələr bacarar.

🐞🐞🐞🐞🐞

Uşaq bağçalarında, məktəblərdə və inkişaf mərkəzlərində maarifləndirici təlimlər keçirmək ANDOP-un məqsədləri çərçivəsindədir. Bu təlimlər 2 – 9 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Əsas məqsədlər:

  • Uşaqlarda sağlam qidalanma ilə bağlı öz fikirlərinin formalaşması;
  • Uşaqlıqdan sağlam qidalanma vərdişlərinin formalaşması;
  • Uşaqlarda daxili orqanlar və onların funksiyaları barədə təsəvvürün formalaşması;
  • Sağlam həyat tərzinin bütün gözəlliklərini göstərmək.

Mütəxəssislərimiz interaktiv oyun formasında təlim keçirlər. Bu təlimdə uşaqlar dünyanın nəhəng şirkət rəhbərlərinin timsalında sağlam qidalanmanın xüsusiyyətləri, oyaq qalma və yuxu rejimi haqqında (oyanmaq və yatmaq vaxtı) məlumat əldə edirlər.

Uşaqlar ürək, beyin, bağırsaq, qaraciyər, mədə və digər daxili orqanlarımızın fəaliyyəti haqqında məlumat alacaqlar. Ən əsası isə, bədənimizin enerjili  olması və daxili orqanlarımızın həyatımız boyu normal fəaliyyətdə qalması üçün düzgün qidalanma qaydalarını öyrənəcəklər.

🐞🐞🐞🐞🐞

Bu məqsəd – düzgün qidalanma və uşaqlarla işləmək ideyalarını  cəmiyyətdə təbliğ etmək  Nutrisiologiya, Diyetologiya  və Piylənmənin idarə olunması Akademiyası (ANDOP) üçün böyük əhəmiyyət kəsb edir. Bu dövr – uşaq orqanizminin formalaşması və intensiv inkişafı düzgün qidalanma prinsipləri ilə birbaşa əlaqəlidir. Buna görə təhsil müəssisələrində bilavasitə tədris prosesi ilə yanaşı, şagirdlər arasında sağlam qidalanma vərdişinin formalaşması yönündə işlər aparılmalıdır.

“Gələcək Nəsil” uşaq düşərgəsi, SUMMERCAMP iştirakçıları üçün

164 nömrəli məktəbin 1-4 sinif şagirdləri üçün

Ümumdünya Uşaqlar günü münasibəti ilə “Azercell”də uşaqlar üçün

“Uğur böcəyi” uşaq bağçasının uşaqları üçün

“Dərs Evi” tədris mərkəzinin tələbələri üçün

“Uğur böcəyi” uşaq bağçasının uşaqları üçün

“Kouç” düzgün qidalanma və sağlam həyat tərzi klubunun uşaqları üçün

Maraqlıdır

“İşdə qidalanma” korporativ layihəsi

ANDOP komandası Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün maraqlı layihə və treninqlər hazırlayır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *