Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası üzrə Akademiyada (ANDOP) Metabolik Balans beynəlxalq proqramı çərçivəsində 3 günlük intensiv təlim keçirildi. Bu treninq ANDOP və Metabolik Balans İnternational arasında əməkdaşlığın əsasını qoydu, həmçinin Akademiyaya bu proqram üzrə təlim vermək və yerli mütəxəssislər yetişdirmək imkanı yaratdı.
Metabolik Balans proqramı çəkini nizama salmaqla maddələr mübadiləsini normallaşdırmaq məqsədi daşıyır. Bu proqram həkimlər və nutrisioloqlar tərəfindən hazırlanıb. Bu proqramın köməyi ilə rasionu balanslı və səmərəli etmək mümkündür. Bunun əsasını cari təhlillər və xəstənin sağlamlığı haqqında məlumatlara uyğun hazırlanmış fərdi qidalanma planı təşkil edir. Bu qidalanma planının hazırlanması zamanı müvafiq amillər nəzərə alınır: daxili orqanların və maddələr mübadiləsinin 36 hormonal, immunoloji və biokimyəvi laboratoriya göstəriciləri; xəstənin yaşı, çəkisi, boyu, genetik faktorlar və həyat tərzi; hər hansı bir xəstəliyinin olub-olmaması.
Tədbir iştirakçıları Türkiyədən dəvət olunmuş mütəxəssislər – doktor Altay Öktem və xanım Kamuran Demirtaş, habelə Metabolik Balans üzrə Azərbaycanda ilk yerli mütəxəssis – ANDOP-un həmsədri Emil Hidayətli ilə birgə təlim keçdilər. Proqramın təqdimatında “Metabolik Balans İnternational”-ın baş direktoru Rainer Herbert Keller də iştirak etdi.
Təlim iştirakçıları sertifikatlaşdırma nəticələri üzrə beynəlxalq səviyyəli sertifikat aldılar. Biz iştirakçılarla söhbət etdik və bu təlimlə bağlı onların fikirlərini öyrəndik.
«Azərbaycanlı və əcnəbi həkimlərin bu cür əməkdaşlıq şəklində fəaliyyəti Azərbaycanda tibbin, tibb elminin inkişafına kömək edir. Bu, çox ürəkaçandır. Şəxsən mən özüm üçün çox yeni şey öyrəndim və bizim ölkəmizdə belə layihələr həyata keçirildiyi üçüm çox şadam. Bu cür təşkilatçılığa görə ANDOP-un rəhbəri Sevinc Zaman və doktor Emil Hidayətliyə təşəkkürümü bildirirəm».
«Metabolik Balans – qidalanma rejimini planlamaq üçün kliniki tədqiqatlara əsaslanmış peşəkar bir proqramdır. Məhz buna görə mən də üçgünlük təlimdə iştirak etdim və bu proqramın yerli mütəxəssisi olmaq hüququ qazandım. Fikrimcə, öz işində peşəkar olmaq istəyən hər bir qidalanma mütəxəssisi bu təlimi keçməlidir».
«Artıq Azərbaycanda da Metabolik Balans beynəlxalq proqramın yerli mütəxəssisi olmaq imkanı var – bu, çox sevindiricidir. Kursda iştirak edən bütün həkimlər kimi, mən də yeni biliklər qazandım, yeni metodlar öyrəndim. Bu metodlar bizə artıq çəkidən əziyyət çəkən pasientlərimizə kömək etmək üçün çox vacibdir».
«Çox maarifləndirici kurs idi. Həkim müalicə ilə birlikdə xəstə üçün balanslı bir qidalanma rejimi hazırlamağı bacarmalıdır. Bütün bunlar barədə üçgünlük təlimdə məlumatlar aldıq. Xüsusilə, şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkən pasientlərim üçün Metabolik Balans proqramı çox faydalı ola bilər».
«Mən çoxdan Metabolik Balans proqramını öyrənməyi xəyal edirdim və bunun üçün hətta xaricə getməyi planlaşdırırdım. Çox şadam ki, bu layihə Azərbaycanda həyata keçirildi. Bu proqramın türkiyəli nümayəndələrinə – doktor Altay Öktem və Kamuran Demirtaşa təşəkkürümü bildirirəm. Təbii ki, ANDOP-un rəhbəri Sevinc Zaman və doktor Emil Hidayətliyə də həmçinin. Hər şey yüksək səviyyədə təşkil edilmişdi».
«Üçgünlük təlim çox maraqlı keçdi. Kursun müddəti az olsa da, zəngin faydalı məlumat bazasına malik idi. Bu həm yeni bilik, həm də yeni təcrübə deməkdir. Bu imkanı bizə verdikləri üçün təşkilatçılara minnətdarlığımı bildirirəm».
«Üçgünlük təlim bizə çox böyük miqyasda vacib və faydalı məlumatlar qazandırdı. İnsan orqanizmindəki metabolik proseslərin sağlamlığa təsiri, bir çox xəstəliklərin müalicəsi və profilaktikasında qidalanmanın əhəmiyyəti barədə müzakirələr apardıq. Metabolik Balans beynəxalq proqramın mütəxəssisi olduğum üçün çox şadam. Bütün təlimçilərə və layihənin təşkilatçılarına təşəkkür edirəm».
«Bu təlimdən özüm üçün çox yeni, faydalı məlumatlar əldə etdim. Bu layihəni ölkəmizdə həyata keçirdiklərinə görə təşəkkür edirəm. Əminəm ki, Metabolik Balans proqramını öz təcrübələrimizdə tətbiq etdikdən sonra paylaşmaq istədiyimiz uğurlu nəticələrimiz çox olacaq».
«ANDOP-un kurslarında təlim aldığımız bu müddətdə həmkarlarımla birgə diyetologiya sahəsində çox böyük məlumat bazası əldə etdik. Hər yeni təlim yeni məlumat, yeni fikir deməkdir. Böyük məmnuniyyətlə bu layihənin iştirakçısı oldum. Kursun bütün təşkilatçılarına, təlimçilərinə çox təşəkkür edirəm».
«Çox maraqlı keçdi. Düzdür, kurs gərgin rejimdə: səhərdən axşamadək 3 gün dalbadal olduğu üçün bir az yorulduq. Amma buna dəydi. Çox məlumat əldə etdim və bu sahədə çalışmağı düşünürəm».
«Bu proqramın insan metabolizminin bərpasına istiqamətlənmiş olmağı çox ürəyimcə oldu. Çünki bir çox xəstəliklərin təməlində məhz metabolizmin pozulması dayanır. Bu məlumatların bir hissəsini ANDOP-da diyetologiya kursunda əldə etmişdik, amma burda da çox yeni məlumatlar öyrəndik. Bu proqramın istifadəsi pasientə görə dəyişir. Buna görə hazırlanan balanslı pəhriz də fərdi olur».
«Bizə bu təlimdə iştirak etmək imkanı verildiyi üçün çox təşəkkür edirəm. Türkiyəli mütəxəssislər bu təlimdə əllərindən gələni etdilər. Qidalanma üzrə mütəxəssislərimizin Azərbaycandan kənara çıxmadan bu kursu öyrənə bilmək imkanının olması diqqətəlayiq haldır».
«Treninqdə iştirak etdiyimə çox məmnunam. Bu treninqdə çox faydalı məlumatlar əldə etdim. İnanıram ki, qazandığım bu bilik və təcrübə həm həyatımda, həm də karyeramda çox müsbət dəyişikliklər edəcək. Buna görə layihənin bütün təşkilatçılarına ürəkdən minnətdaram».
«Bu proqram haqqında məni məlumatlandırdığı üçün doktor Emil Hidayətliyə çox təşəkkür edirəm. Üçgünlük təlim çox maraqı keçdi. Çox faydalı məlumat əldə etdim. Düşünürəm ki, bu qidalanma proqramını ilk növbədə öz üzərimdə tətbiq edib, müsbət tərəflərini şəxsi təcrübəmdə öyrənim. Ondan sonra bu proqramı pasientlərimə tövsiyə edəcəyəm. Bütün təşkilatçılara çox təşəkkür edirəm».