fbpx
ƏSAS XƏBƏRLƏRMƏQALƏLƏR

ANDOP Piylənmənin İdarə Olunması üzrə Avropa Birliyinin — EASO-nun tamhüquqlu üzvüdür!

Məqsədinizə həmişə inanın və vəzifənizi fəxrlə, ürəklə icra edin! Yolunuza hər zaman bir əngəl çıxa bilər, amma bu, sizi dayandırmasın. Bu gün sizə böyük sevinclə xəbər vermək istəyirik ki, ANDOP Piylənmənin İdarə Olunması üzrə Avropa Birliyinin — EASO-nun tamhüquqlu üzvüdür! Bu qərar onlayn konfrans günləri zamanı qəbul edilib. İndi biz bu beynəlxalq nüfuzlu qurumu Azərbaycanda rəsmi olaraq təmsil edirik! Məlumat üçün qeyd edək ki, Avropada obezite ilə bağlı bütün elmi tədqiqatların başında EASO dayanır. Bu birlik alimləri, həkimləri, qidalanma mütəxəssislərini və xəstələri bir araya gətirir.

EASO keçirdiyi bütün konqreslərdə yüzlərlə peşəkar iştirakçını bir araya gətirir və hər dəfə bu xəstəliyin tədqiqatına böyük töhfə verir! EASO-ya üzv olmaq bizim düzgün və sağlam qidalanma sahəsində təhsil və təlimlərə sərf etdiyimiz əməyimizin layiqli qiymətləndirilməsidir. Həmçinin nüfuzu heç də az olmayan Ümumdünya Obezite Federasiyasının (WOF) tamhüquqlu üzvü olmağımız — bu cür dəstəklər hər dəfə sübut edir ki, biz doğru yoldayıq! Dünyadakı Covid-19 pandemiyasının fəaliyyətimizdə bir çox dəyişikliklər etməsinə baxmayaraq, biz bir an olsun belə, dayanmadıq və sağlam həyat tərzi və qidalanma sahəsində maarifləndirmə işlərini davam etdiririk!

ANDOP mütəxəssislərinin iştirakı ilə keçirilən vebinarlarımıza onlarla, yüzlərlə iştirakçının qatılması onu göstərir ki, biz çox önəmli bir işi icra edirik. ANDOP üzvləri və bizimlə olan hər kəsə yeni imkanlar yaratmaq üçün biz ancaq irəli gedəcəyik! Daim inkişafda olsaq, istədiyimiz hər şeyi əldə edə bilərik.

Dr. Sevinc Zaman, ANDOP və SSTM-in rəhbəri

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Back to top button