Мехрибан Мамедова

Aytən Əfəndi, rəssam

Təlimlərimizin iştirakçılarının hissləri bizlər üçün çox maraqlıdır. Hiss etmək qabiliyyəti ümumiyyətlə böyük xoşbəxtlikdir. Başqasının hisslərini duya bilmək isə ikiqat xoşbəxtlikdir.

Məzunlarımızın fikirlərini bölüşməkdə davam edirik. Bu arada Qeyd edək ki, həkimlər və qeyri həkim auditoriyası üçün sentyabrın 1-dən dietologiya ilə bağlı tədris proqramları başlayacaq. Kurslara qatılmaq üçün aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz. https://forms.gle/55dvzqP9D4zyooAB7

Aytən Əfəndi, rəssam:

“Mən həmişə ANDOP un fəaliyyətini izləyirdim. Mənimçün olduqca maraqlı idi. Düzdür, kurslara qatılarkən istədiyimi əldə edəcəyimə dair müəyyən şübhələrim var idi. Ancaq indi əminliklə vurğulamaq istəyirəm – burada inanılmaz biliklər əldə etmək mümkündür. Özümü yenidən kəşf etdiyimi hiss etdim! Evdə, ailədə bütün qidalanma sistemini yenidən nəzərdən keçirdim. Səhhətimdə olan müsbət dəyişiklikləri müşahidə edirəm. Həkim olmasam da, materialı mənimsəmək mənim üçün çətin olmadı. Təlimçilərimiz bizə bu işdə çox kömək etdilər. “

Maraqlıdır

Laləzər Məmmədzadə, kouç-diyetoloq

ANDOP-a yalnız sağlam və doğru qidalanmanın sirlərini öyrənərək bu sahədə ilk addımını atanlar deyil, həmçinin yeni biliklər qazanmaq istəyən təcrübəli mütəxəssislər də müraciət edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *