Cəmiyyətdə ixtisaslı insanlara böyük ehtiyac var. Həyatını və ətrafındakıların həyatını yaxşıya doğru dəyişdirmək üçün yeni bir şey öyrənmək istəyənlərə ANDOP qapıları həmişə açıqdır.
Məzunlarımızın fikirlərini bölüşməkdə davam edirik. Bu arada Qeyd edək ki, həkimlər və qeyri həkim auditoriyası üçün sentyabrın 1-dən dietologiya ilə bağlı tədris proqramları başlayacaq. Kurslara qatılmaq üçün aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz. https://forms.gle/55dvzqP9D4zyooAB7
Sevda Həsənova, texnoloq:
“Mən həkim deyiləm, amma orta tibb təhsilim var. Kurslarda iştirak etdim və çox məmnun oldum. Sağlam həyat tərzi sürmək üçün bir çox maraqlı şeylər öyrəndim – yaşlanma əleyhinə, düzgün qidalanma və s. Bu məlumat ilk növbədə, özüm və ailəm üçün lazım idi. Ancaq gələcəkdə dietologiya ilə peşəkar şəkildə məşğul olmağı planlaşdırıram”