Əsas xəbərlər

Metabolic Balance Azərbaycanda

Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası üzrə Akademiyada (ANDOP) Metabolik Balans beynəlxalq proqramı çərçivəsində 3 günlük intensiv təlim keçirildi. Bu treninq ANDOP və Metabolik Balans İnternational arasında əməkdaşlığın əsasını qoydu, həmçinin Akademiyaya bu proqram üzrə təlim vermək və yerli mütəxəssislər yetişdirmək imkanı yaratdı.

Daha ətraflı

Bakıda “Dünya Piylənmə Gününə” həsr olunmuş beynəlxalq konfransı keçirildi

Konfransda Sizi Piylənmə səbəbləri, onun yaratdığı xəstəliklərə ən yeni Funksional Tibb yönümündən yanaşım və Azərbaycanda ilk dəfə Türkiyə Funksional Tibb Akademiyasının qurucusu Prof.Dr Mustafa Atasoy və komandasının - Emre Batuhan, Abdullah Cerit həmçinin bu sahədə öncül yerli mütəxəssislərimizin təqdimatları, maraqlı müzakirələr gözləyir . Tədbirin sonunda Sertifikat təqdim olunacaq.

Daha ətraflı

Professor Abd Tehrani: «İxtisaslaşmış klinikaların piylənmə ilə mübarizədə fəaliyyəti çox effektivdir»

Abd Tehrani, Birminhem Universitetində (UOB) Milli  Tibbi Araşdırmalar İnstitutunun doktoru, həm də  Heart of England NHS Foundation Trust  təşkilatının rəhbəri və fəxri məsləhətçi-endokrinoloqudur. O, konfrans iştirakçılarına piylənmənin bir xəstəlik olması haqqında məruzə etdi. Məşhur alimin konfransla bağlı təəssüratlarını öyrəndik.   

Daha ətraflı

Uşaqlarda artıq çəki – onun sağlam inkşaf etdiyinin göstəricisi deyil

Uşaqlarda artıq çəki və piylənmə orqanizmdə metabolik pozğunluqların əsasını qoyur və gələcəkdə metabolik sidromun inkşafına səbəb olur.Metabolik sindromun ağırlaşmaları erkən ölüm risqini artırır. Günümüzdə çox aktual problemdir,geniş yayılmasının əsas səbəbi valideynlərin artıq çəkini sağlamlıq kimi düşünmələri və hansı ciddi patologiyalara səbəb olacağından məlumatsız olmalarıdı. Bu gün bu problem haqqında pediatr, dietoloq, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi Gülsüm Hüseynova ilə danışacayiq.

Daha ətraflı

Doktor Qrehem Simpson: “4 həftə ərzində II tip diabetdən tamamilə qurtulmaq mümkündür”

Yanvarın 25-də Bakıda "Diabetik piylənmənin 4 həftəlik müalicəsi" proqramının dünya təqdimatı çərçivəsində böyük bir konfrans keçirildi. Tədbir Sea Breeze Anti-Aging Center və ANDOP tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində "insulinə qarşı müqavimət" sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan doktor Qrehem Simpson azərbaycanlı həkimlərə II tip şəkərli diabet və diabetik piylənmənin tam müalicəsi üsulunu paylaşdı

Daha ətraflı

Sevinc Zaman: Sağlam həyat tərzi və qidalanmanı təbliğ etmək üçün fəal şəkildə maarifləndirmə işi aparmaq lazımdır

Sağlam həyat tərzi və düzgün qidalanma sağlamlığın qorunmasında vacib amillərdir. Təsadüfi deyil ki, bir çox xəstəliklərin kökündə bəzən insanın öz orqanizminə laqeyd yanaşması durur . Buna görə də maarifləndirmə tədbirləri zəruridir. Bu gün Nutrisiologiya Dietologiya və Piylənmənin idarə olunması Akademiyasının rəhbəri Sevinc Zamanla bu barədə danışacağıq.

Daha ətraflı

Mariya Xassapidu: «Piylənmə ilə mübarizədə bütün cəmiyyəti cəlb etmək və problemə kompleks şəklində yanaşmaq vacibdir»

Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi  və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən təşkil edilən “Piylənmənin idarəsində Müasir Tendensiyalar” adlı beynəlxalq Elmi Konfransın keçirildiyi ərazidə  biz professor Mariya Xassapidu ilə üzləşdik.

Daha ətraflı