fbpx
MƏQALƏLƏRQİDALANMA

Maqneziumun önəmi

Maqnezium (Mg) — sağlamlıq üçün çox vacib makroelementdir. Mg bədənin 300-dən çox biokimyəvi reaksiyalarında iştirak edir. İnsan bədənində ~70 qram maqnezium var: 60% -i sümüklərdə, qalan 40% -i əzələlərdə və toxumalarda olur.

Müəllif: Dr. İradə Abdullayeva, kardioloq-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis, ANDOP mütəxəssisi

Maqneziumun faydaları:
Mg — sümük inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir;
Mg — ürək ritmini normallaşdırır, qan təzyiqini nizamlayır;
Mg — qan şəkərinin səviyyəsini tənzimləyir;
Mg — əzələ qıc olmalarını aradan qaldırır;
Mg — oynaq ağrısını azaldır.
Mg – osteoporozun yaranmasının qarşısını alır: kalsiyumla birgə sümük toxumasının mineral sıxlığını artırır.
Mg — yuxusuzluq, stres və depressiya kimi problemlərin qarşısını alır.
Mg — yorğunluqla mübarizə aparır, baş ağrısını aradan qaldırır;
Mg — diş sağlamlığında önəmlidir;
Mg — böyrək daşlarının yaranmasının qarşısını alır.

Bədəndə maqnezium çatışmazlığı hansı simptomlarla müşahidə olunur?

  • Paresteziya şəklində — həssaslıq pozulur (uyuşma, keyləşmə, qaşınmalar olur);
  • Qıcolmalar əmələ gələ bilər;
  • Tez yorulma, əsəbilik, yuxusuzluq halları olur;
  • İştəhanın azalması, qəbizlik, ürək bulanması baş verə bilər;
  • Qan təzyiqinin yüksəlməsi;
  • Ürək döyüntüsünün artması;
  • Qan şəkərinin artması;
  • İmmun sisteminin zəfləməsi.

Orqanizmdə normadan artıq miqdarda maqnezium olduqda, xüsusilə kalsium və fosforla eyni vaxtda istifadəsi zamanı zəhərlənmə baş verə bilər.

Qanda maqneziumun artımı antasidlərin (qastrit, mədə xorasının müalicəsi üçün dərmanlar) və ya işlətmə dərmanlarının istifadəsi ilə baş verə bilər. Böyrək funksiyasının pozulması serum maqneziumda əhəmiyyətli dərəcədə artıma səbəb ola bilər. Tez yorğunluq, yuxululuq, iş qabiliyyətinin azalması və nəcisin pozulması– ishal halları yarana bilər.

Bədəndə maqnezium çatışmazlığının qarşısını necə almaq olar?

Bu zaman pəhrizə aşağıdakı qidaları daxil etmək lazımdır:

  • çərəzlər — keşyu, şam fıstığı, badam;
  • qarabaşaq yarması, arpa sıyığı, noxud, lobya, xardal;
  • ağ kələm;
  • alma, qreypfrut, limon, ərik, banan;
  • maqnezium az miqdarda süd məhsullarında, məsələn, kəsmikdə, süddə var;
  • maqnezium krevetin, halibut, sazanın tərkibində də var.

İnsan bədəninin gün ərzində maqneziuma olan ehtiyacı orta hesabla 400 mq-dır. Maqnezium qəbulu gün ərzində 800 mq-ı keçməməlidir. Maqnezium çatışmazlıqlarının qarşısını qidalar vasitəsi ilə təmin edə bilmədikdə və bir çox xəstəliklər zamanı maqnezium qida əlavələrinin istifadəsi tövsiyə olunur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Back to top button