Əsas faktlar:
- Uşaq hüquqları Konvensiyasına görə, hər bir uşaq südəmər dövrdə və digər yaş dövrlərində düzgün qidalanma hüququna sahibdir.
- Uşaq ölümlərinin 45%-i yanlış qidalanma ilə bağlıdır.
- Hesablamalara görə, 2017-ci ildə bütün dünyada 5 yaşınadək 155 milyon uşaqda boy artımının ləngiməsi (yaşa görə çox qısa boy), 52 milyon uşaqda çəki ilə boy uyğunsuzluğu, 41 milyon uşaqda isə artıq çəki və ya piylənmə olub.
- Uşaqların təxminən 40%-i 6 ayadək yalnız ana südü ilə qidalanıb.
- Az sayda uşaq ana südünə adekvat, təhlükəsiz qida ilə qidalanır: əksər ölkələrdə 6-23 aylığında olan hər dörd uşaqdan birinin qidalanması yaşına uyğun çeşidli qidalanma kriteriyalarına və qidalanma aralıqlarına cavab verir.
- Hər il 820.000-dən çox 5 yaşınadək uşaq anadan olandan 23 ayınadək ideal qaydada ana südü ilə qidalansa, sağ qala bilər. Ana südü ilə qidalanma intellektual səviyyəni artırır, məktəbə davamiyyəti yaxşılaşdırır və yetkin yaş dövründə daha yüksək gəlir əldə etməsinə kömək edir.
- Ana südü ilə qidalanma yolu ilə uşaqların inkişafının yaxşılaşdırılması və səhiyyə xərclərinin azaldılması həm fərdi ailələr üçün, həm də dövlət səviyyəsində iqtisadi üstünlükdür.
Nümunə
Statistikalara görə, yetərsiz qidalanma hər il 2,7 milyon uşağın ölümünə səbəb olur və ya uşaq ölüm səbəblərinin 45%-ini təşkil edir. Südəmər və erkən yaş dövründə uşaqların yaşına və inkişafına uyğun qaydada qidalanması onların sağ qalması üçün ən vacib addımlardan biridir. İlk 2 il xüsusilə önəmlidir. Belə ki, bu müddət ərzində ideal tərzdə qidalanma ölüm və xəstəlik hallarını, həmçinin xroniki xəstəliklər riskini azaldır və düzgün inkişafı formalaşdırır. İdeal qaydada südvermə çox vacibdir – məhz bunun sayəsində hər il 5 yaşadək 820.000-dən çox uşağı xilas eləmək olar.
Südəmər və erkən dövrdə uşaqların qidalanması üzrə ÜST və YUNİSEF tövsiyələri aşağıdakılara uyğundur:
- Körpə doğulandan 1 saat sonra ana südü ilə qidalanmalıdır.
- İlk 6 ayda yalnız ana südü ilə qidalanmalıdır: 6 ayından 2 yaşadək ana südü ilə yanaşı, təhlükəsiz və nutriyentlərlə zəngin əlavə düzgün qidalarla təmin olunmalıdır.
- Ümumiyyətlə, südəmər və digər yaş qruplarında olan uşaqların çoxu ideal qaydada qidalanmır. Belə ki, orta hesabla, 6 ayadək olan uşaqların cəmi 36%-i yalnız ana südü ilə qidalanır.
HİV-ə yoluxan anaların dünyaya gətirdiyi körpələrin tələblərinə cavab verən tövsiyələr təkmilləşdirilib. Hal-hazırda antiretrovirus preparatlar sayəsində, bu uşaqlar 6 aya qədər yalnız ana südü ilə qidalana bilər və ən azı, 12 ay ərzində ana südü ilə qidalanmağa davam edə bilər. Bu da HİV-a yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.