«Tibbi genetika və müasir imkanlar»
Siz heç atalarınızdan aldığınız miras barədə — unikal bir gen toplusuna sahib olduğunuzu düşündünüzmü? Çox güman ki, bəli. Bu gün tibbi genetika tibb praktikasında fəal şəkildə tətbiq olunur. Laboratoriya testləri, genetik testlər, vitaminlər və mikro elementlərinin tam şəkildə analizi bir preventiv həkim (profilaktik tibb) üçün önəmlidir. Bütün bunları sağlam və düzgün qidalanmanın sirləri ilə əlaqələndirsək, belə nəticəyə gəlmək olar ki, hər bir konkret vəziyyətə uyğun strategiyanın işlənib hazırlanması fərdi yanaşma tələb edir.
Vebinarın proqramı:
🔸 PhD Dr. Könül Kərimova — Moderator
🔸 Prof. Dr. Elxan Rəsulov — «Müasir tibb elmində Tibbi genetikanın yeri və əhəmiyyəti»
🔸 Dr. Emil Hidayətli «Pəhriz tərtib edərkən genetik meyillilik necə nəzərə alınır?»
“Tibbi genetika və müasir imkanlar” vebinarı həkimlər və nutrisioloqlar üçün xüsusilə faydalı olacaq. Bu məlumatlar həm də diyetologiya sahəsində çalışmaq və doğru qidalanma sayəsində, insanların sağlam, gözəl, enerjili olmasına kömək etmək istəyənlər üçün çox vacibdir.