Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi
Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbində — artıq çəkisi olan 7 yaşdan yuxarı uşaqlar və onların valideynləri üçün təhsil proqramı nəzərdə tutulmuşdur.
Bizim məktəbin əsas məqsədi artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.
Layihənin rəhbəri — Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, dietoloq.
«Öz praktikamda artıq çəkili uşaqlarda yalnız qidalanma planının yazılması, fiziki aktivliyin korreksiya edilməsi ilə kilo vermənin qısamüddətli və az effektli olduğunu görürdüm. Bunun əsas səbəbini, uşağın, əslində həyat tərzini niyə dəyişdiyinin tam mahiyyətini anlamamasında görürdüm. Çünki bizim ünsiyyətimiz daha çox valideynlərlə olur. Və görüşdüyümüz bir — iki konsultasiyada uşağa artıq çəkinin necə xəstəlik olduğunu, düzgün qidalanma vərdişlərini aşılaya bilmirik. Ona görə də qısa zamandan sonra uşaq motivasiyadan düşür, qidalanmasını pozur və yenidən çəki yığır».
Diyeta proqramı, fiziki aktivlik və medikamentoz müdaxilə ilə yanası piylənmənin effektiv müalicəsi pasientin bu sahədə düzgün biliklər almasıdır.
Hər zaman xarici praktikada artıq çəkili uşaqlar üçün məktəblərin daha effektli olduğunu oxuyurdum. Bu məktəblər uzunmüddətli müalicənin nəticələrini verirlər. Məktəblərdə iştirak edən uşaqlarda həyat keyfiyyəti yüksəlır, öz güvəni artır, müalicə üçün motivasiyası artır, fiziki ativliyi normallaşır, çəkisi azalır, sağlamlıq vəziyyəti yaxşılaşır. Və buna görə də Azərbaycanda ilk dəfə olaraq ANDOP-un nəznində bu məktəbi yaratmaq qərarına gəldik.
Araşdırmalar göstərir ki, sağlam qidalanma üzrə təhsil verən məktəblərdə iştirakdan sonra uşaqların psixoemosional vəziyyəti normallaşır, şirniyyat qəbulu 5 dəfə, un məmulatları qəbulu 2-3 dəfə azalır. Meyvə, tərəvəz, zülali qida qəbulu 4-10 dəfə, fiziki aktivliyi isə 5 dəfə artır.
Və buna görə də Azərbaycanda ilk dəfə olaraq ANDOP-un nəznində — Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbini — yaratmaq qərarına gəldik
Bizim məktəbin proqramında, iştirak edən uşaqlara piylənmənin necə bir xəstəlik olduğu, ağırlaşmaları öyrədilir. Uşaqlar düzgün qidalanma vərdişlərinə yiyələnir, xeyirli qidaları seçə bilir, valideynlərin köməyi olmadan özünə sağlam rasion qura bilir və ziyanlı qidalardan imtina edirlər.
Dərslərə başlamazdan öncə —
- Uşaqlarla konsultasiya keçiriləcək,
- Artıq çəkinin etilogiyası müəyyənləşdiriləcək,
- Antropometrik göstəricilər ölçüləcək,
- Uşağın həyat keyfiyyəti, psixoloji statusu müxtəlif testlərlə təyin olunacaq,
- Ehtiyyac olarsa laborator göstəricilər dəyərləndiriləcək,
- Yaşına uyğun fizioloji normalarda qidalanma planı təyin olunacaq.
Online Məktəbimizdə proqram — uşaqlarda artıq çəkiyə həsr olunmuş 8 interaktiv leksiya – dərsdən ibarətdir. Bu dərslərin 5-i uşaqlar, 3-ü valideynlər üçün nəzərdə tutulmuşdur. Dərslər həftədə bir dəfə keçiriləcək. Məlumatlar uşaqların başa düşəcəyi şəkildə, oyun xarakterli veriləcək. Dərsdən sonra testlər və uşaqlarla diskussiya keçiriləcəkdir.
- Birinci dərsdə uşaqlara — piylənmə nədir? Sağlamlığa ziyanları haqqında məlumat veriləcək. İlk dərsin sonunda məqsəd uşağın artıq çəkini xəstəlik kimi qəbul etməsidir
- Ikinci dərsdə movzu — zülal, yağ ,karbohidrat nədir? Nə üçün qəbul olunmalıdır? Hansı qidaların tərkibində daha çoxdur? Ziyanlı qidalar hansılardı? — öyrədiləcək. Ders zamani uşaqlarla qida svetaforu tərtib olunacaq. Ikinci dərsin sonunda məqsəd – uşağın zülal, yağ və ya karbohidratla zəngin olan qidaları ayırd edə bilməsidir.
- Üçüncü dərsdə vitamin və minerallar nədir? Vitamin və mineralların orqanizmə faydası haqqında məlumat veriləcək. Dərsin sonunda məqsəd — uşaqların müxtəlif mineral və vitaminlərlə zəngin qidaları seçə bilməsidir
- Dördüncü dərs — sağlam qida boşqabının qurulmasıdır. Düzgün rasion necə olmalıdır? Dərs zamanı uşaqlarla qida piramidasının qurulacaq. Dərsin məqsədi – uşaq sağlam boşqabını qura bilməsidir
- Beşinci dərsdə mövzü — uşağın fiziki aktivliyi necə olmalıdır? Dərsin sonunda məqsəd uşaqların gün ərzində neçə saat televizor, komputer qarşısında oturacağını, nə qədər fiziki aktivlikdə olacağını bilməsidir
Valideynlər üçün də 3 leksiya keçiriləcək
- Ilk leksiyada makro və mikronutriyetlər , sağlam rasionun təşkili haqqında
- Ikinci leksiyada davranış müalicəsi, ailənin düzgün qidalanma vərdişləri haqqında
- Üçüncü leksiyada fiziki aktivlik barəsində valideynlərə ətraflı məlumatlar veriləcəkdir
ANDOP akademiyası olaraq biz hər zaman insanlarımızın düzgün qidalanma vərdişlərinə yiyələnməsi və sağlam yaşaması üçün çalışırıq. Yeni proyektimiz olan — Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi — sağlam gələcəyimiz üçün atılan ən vacib addımlardan biridir.